Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Pensiyaçılara ŞAD XƏBƏR - Prezidentdən daha bir tapşırıq

Baxılıb: 750     Tarix: 19-06-2019 10:34   

2019-cu ilin 1 oktyabr tarixindən etibarən ölkədə pensiyaların minimum həddi 160 manatdan 200 manata qaldırılacaq.
Bu barədə Oxu.Az-a Milli Məclisdəki (MM) mənbələrdən məlumat daxil olub.
Bildirilib ki, dövlət başçısının imzası və təqdimatı ilə parlamentə "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi daxil olub.
Qanun layihəsi sabah - iyunun 20-də MM-in Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə ediləcək və parlamentin 28 iyun tarixli plenar iclasına tövsiyə olunacaq.
Qanun layihəsi qəbul olunub imzalandıqdan və hüquqi qüvvəyə mindikdən sonra 25 faizlik artım təxminən 700 minə yaxın pensiyaçını əhatə edəcək.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar