Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Həkim problem qaldırdı: Təcili həll edilməlidir

Baxılıb: 740     Tarix: 19-06-2019 12:11   

Valideynlər sosial şəbəkələrdəki tibbi qruplarda tez-tez sual verirlər ki, filan dərman nə üçündür, filan dərman nəyə lazımdır? Soruşmaq ayıb deyil, ancaq bütün dünyada hər kəs belə sualların cavabını internetdə tapır. Bizdə isə tapmaq mümkün deyil, çünki dilimizdə internet resursu yoxdur.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev internetdən dərmanlar və onların tərkibi barədə Azərbaycan dilində məlumat çatışmazlığı haqda deyib.
Həkim bildirib ki, istənilən dərman, preparat haqqında axtarış zamanı məlumat ancaq rus dilində çıxır:
“Azərbaycan dilində tibbi ədəbiyyat yazılmır, yazılanlar da günümüzlə ayaqlaşmır. Tərcümə də yoxdur, təəssüf ki. Bu məsələdə Türkiyədən örnək götürmək olar, lakin götürmürük.
İnternetdə istənilən məsələ barədə rusca axtarış verən kimi azı əlli məlumat çıxır. Bizim dilimizdə isə xüsusilə dərmanlar, onların tərkibi, əks təsirləri, saxlanma qaydaları haqqında heç bir məlumat əldə etmək mümkün deyil”.
Pediatr vurğulayıb ki, təcili şəkildə bu problemi həll etmək lazımdır:
“Rus dilinin əleyhinə olanlarla müzakirələrdə bu məsələni həmişə qabardıram. Mən də razıyam, rus dilində oxumayaq, öyrənməyək, öz dilimizdə oxuyaq. Amma razılaşaq ki, öz dilimizdə faydalı, ciddi bir şey yoxdur, tapa bilmirik. Nə kitab var, nə də internet məlumatı. Yenə də məcbur olub rus və ya başqa dillərdə məlumat axtarırıq, sonra onu tərcümə edirik - yarı düz, yarı yanlış. İnternet əsrində belə olmamalıdır. Digər sahələrdə də təxminən eyni vəziyyətdir. Bunun çarəsini tapmaq lazımdır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar