Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ər-Riyada silah satışı dayandırılır: Senat razılaşdı

Baxılıb: 611     Tarix: 20-06-2019 12:14   

ABŞ Senatında olan demokratlar və respublikaçılar Səudiyyə Ərəbistanına 8 milyard dollarlıq silah satışını qadağan edən qətnaməyə səs vermək barədə razılıq əldə ediblər.
Qanunvehedef.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı demokrat senator Bob Menendes deyib. O, Senatda respublikaçıların lideri Miç Makkonellə razılıq əldə etdiklərini bildirib.
Qeyd edək ki, ABŞ senatorlarının bəziləri Ər-Riyada qarşı təzyiqlərin gücləndirilməsini tələb edirlər. Onlar buna əsas səbəb kimi Səudiyyə Ərəbistanında insan haqlarının pozulmasını, Yəmən müharibəsini, Qaşıqçı cinayətini göstərirlər.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar