Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İlham Əliyev Lukaşenkoya zəng etdi

Baxılıb: 772     Tarix: 02-07-2019 14:40   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.
Qanunvehedef.az xəbər verir ki, Prezident İlham Əliyev Belarus Prezidentini ikinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və Belarus idmançılarının bu yarışlarda qazandığı uğurlar münasibətilə təbrik edib. Dövlət başçısı, eyni zamanda, Aleksandr Lukaşenkoya Belarus Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə təbriklərini çatdırıb, Belarus xalqına tərəqqi və firavanlıq arzulayıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko təbriklərə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar