PUTİNƏ AÇIQ ETİRAZ! – London-Moskva münasibətləri normallaşmayacaq
Baxılıb: 619 Tarix: 03-07-2019 11:06
Böyük Britaniyanın Baş naziri bəyan edib ki, Londonla Moskva arasında münasibətlərin normallaşması mümkün deyil.
Tezera Meyin sözlərinə görə, «nə qədər ki, Rusiya özünün məsuliyyətsiz və araqarışdırıcı fəaliyyətini dayandırmayıb», situasiya dəyişməyəcək. Ancaq Rusiya lideri ilə görüş faktının özü – lap vəzifəsindən gedəcək siyasətçi ilə olsa da – əhəmiyyət kəsb edir.
Moskvanın normallaşma imkanları barədə pozitiv siqnallarına baxmayaraq, London Tereza Meyin dili ilə ifadə edib ki, özünun sərt xəttini yumşaltmağa hazır deyil. Bu zaman öz postundan gedəcək Meylə görüş faktının özü də müəyyən əhəmiyyət kəsb edir. Belə ki, Mey gedəndən sonra Baş nazir postu Mühafizəkarlar partiyasının əlində qalacaq. Skripallarla bağlı insidentdən sonrakı dövrdə Britaniya və Rusiya liderlərinin bu görüşü ilk görüşdür və situasiyanı «zondlaşdırmaq» lazım idi. Belə ki, Mey görüş barədə kabinet üzvlərinə danışacaq.
İstisna deyil ki, özəl söhbət zamanı Putin və Mey heç olmasa, nələrdəsə razılığa gəliblər. Nədən ki, belə olmasaydı, onların hər ikisi ayrıca görüş keçirməzdi və yalnız formal salamlaşma ilə ötüşərdilər.
Ən çox oxunanlar
Son xəbərlər