Nazir: Bu gündən sonra Şəkini göz bəbəyi kimi qorumalıyıq
Baxılıb: 587 Tarix: 10-07-2019 13:49
Bu gündən sonra Şəkini göz bəbəyi kimi qorumalıyıq. Onun adət-ənənəsini, memarlığımı, təmizliyini qorumalıyıq.
Qanunvehedef.az xəbər verir ki, bunu UNSEKO Dünya İrs Komitəsinin 43-cü sessiyasının baş çatması münasibətilə keçirilən mətbuat konfransında sessiyasnın keçirlməsi üzrə Təşkilat Komitəsinin sədri, Mədəniyət nazri Əbülfəs Qarayev bildirib.
O qeyd edib ki, artıq Şəki şəhəri təkcə Azərbaycana deyil, bütün bəşəriyətə məxsusdur.
Nazir daha sonra deyib: "Bakıda Dünya İrs Siyahısına 29 yeni nominasiya qəbul olundu. Onlardan 24-ü mədəni, 4-ü təbii, 1-i isə qarışıq irs nümunısidir. Artıq bütün dünya üzrə 1121 məkan Dünya İrs Siyahısındadır. Biz fəxr edirik ki, artıq Azərbaycanın 3 irs nümunəsi siyahıdadır".
Ə.Qarayev bildirib ki, 10 gün ərzində 166 məsələyə baxılıb: "Onlardan cəmi 31-i yeni nominasiyalar idi. Digər məsələlər köhnə nominasiyaların mövcud vəziyyəti və araşdırmaların vəziyyəti ilə bağlıdır. Düzdür, biz Şəkinin siyahıya daxil edilməsinə nail olduq. Amma bu o demək deyil ki, biz bundan sonra orada nə istəsək edəcəyik. Əksinə, Şəkini daha ciddi şəkildə qorumalıyıq. Orada konvensiyanın tələblərinə uyğun balanslaşdırılmış yanaşmanı təmin etməliyik. Bütün işlər yüksək səviyyədə görülməlidir. Bu işdə şəhər sakinlərdən tutmuş rəhbərliyədək hamı səy göstəməlidir. Çünki günün birində beynəlxalq ekspert komissiyası gəlib orada vəziyyəti öyrənə bilər. O zaman çatışmazlıq aşkar olunarsa, bu, yaxşı hal olmaz".
Ən çox oxunanlar
Son xəbərlər