Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Qəzaya uğrayan təyyarə ilə bağlı RƏSMİ AÇIQLAMA

Baxılıb: 473     Tarix: 25-07-2019 11:36   

Hərbi Prokurorluqda Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşməsi ilə əlaqədar cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb.
Bu barədə Qanunvehedef.az-a Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, hazırda ibtidai araşdırma intensiv davam etdirilir. Hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.
Qeyd olunub ki, Hərbi Prokurorluğun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar