Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Xumar ruhu, duyğuları və sənəti ilə yaşayan insandır"

Baxılıb: 595     Tarix: 08-01-2020 15:48   

Müğənni Elton Hüseynəliyev Əməkdar artist Xumar Qədimovanın kilsədən paylaşdığı fotonun müzakirə olunmasına münasibət bildirib.
Big.az xəbər verir ki, o, həmkarını müdafiə edərək X.Qədimovanın ünvanına xoş sözlər yazıb:
"Bir neçə saytda oxudum ki, Xumar xanım kilsədə şam yandırıb, dua edib, şəkil çəkdirdiyinə görə bir çox insanlar tərəfindən tənqid olunub. Demək istəyirəm ki, əgər Xumar xanım bəziləri kimi süni insan olsaydı, camaata xoş gəlsin deyə gedib məsciddə şəkil çəkdirərdi. Məsciddə dua edə bilərəm, amma bu, o demək deyil ki, bağışlanmış müqəddəs insanam. Hamımızın günahı var, amma haqsız danışmaq olmaz".
E.Hüseynəliyev bildirib ki, sənətçi ilə 15 ildir dostdur:
"Kaş, hamı Xumar kimi olardı, lakin elə olmur. İnsan gərək olduğu kimi görünsün, özü, sözü, nəfəsi təbii olsun. Beşüzlü məxluqlar onsuz da çoxdur, amma dünyada ikinci Xumar yaşamır, o, Azərbaycanın xanımı və sənətkarıdır. Kiməsə xoş və ya naxoş olmaq üçün yox, ruhu, duyğuları, sənəti və xanımlığı ilə yaşayan insandır. İnsanları tanımadan, bilmədən haqqında mənfi nəsə söyləmək düzgün deyil. Ola bilər ki, sevməyəsiniz, ancaq qınamaq heç kimin haqqı deyil. Bir də onu bilin ki, kilsə də Allahın evidir. Heç kim özünü alim hesab etməsin, insan olaq yetər".

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər