Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rəhim Rəhimli vəzifədən çıxarıldı

Baxılıb: 744     Tarix: 21-01-2020 11:38   

Müğənni Rəhim Rəhimlinin “MTV Azərbaycan” (Muz TV) icraçı direktoru vəzifəsindən azad edilməsi xəbəri dəqiqləşib.
Bu barədə Qanunvehedef.az-a “MTV Azərbaycan” kanalından məlumat daxil olub. Məlumatda bildirilir ki, Rəhim Rəhimlinin qeyri-peşəkarlığı və idarəetmədə zəifliyi nəticəsində yaranan vəziyyət onun vəzifədən uzaqlaşmasını şərtləndirib.
R.Rəhimli 2018-ci ilin iyunundan bu vəzifəni daşıyırdı.
Qeyd edək ki, R.Rəhimlinin vəzifədən kənarlaşdırılması barədə bir neçə gün əvvəl məlumat yayılsa da, kanal rəhbərliyi rəsmi açıqlamasında faktı təkzibləməyə çalışmışdı. Bu gün isə MTV-nin təsisçisi Xudaverdi Hacıyev mediaya faktı dolayısı ilə təsdiqləyib. O qeyd edib ki, R.Rəhimli kanalda “qeyri-rəsmi” çalışırdı, hazırda isə işlərinin çoxluğu ilə bağlı özü kanaldan uzaqlaşıb.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar