Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Pərvin Abıyeva ilk dəfə sevgilisinin qardaşının ölümündən danışdı: "Nə yaşadıqlarımı mən bilirəm…"

Baxılıb: 550     Tarix: 27-01-2020 11:32   

"Bu şəkildə çox gəncəm, ancaq zirvəyə doğru baxan, həyatdan böyük ümidləri olan, günün birində ölkədə çox tanınan biri olacağını ağlına belə gətirməyən qız. Hər halda o vaxtlar desəydilər ki, bir neçə ildən sonra aktrisa olacaqsan, ya da başına bu hadisələr gələcək, gülərdim".
Publika.az xəbər verir ki, bu sözləri uzun müddətdir sosial şəbəkələrdən və efirlərdən uzaq düşən kino ulduzu Pərvin Abıyeva deyib.İnstaqramda şəxsi həyatı barədə geniş açıqlama yayan ulduz son başına gələnlərlə bağlı açıqlama yayıb:
"Çox vaxt filmlər həyatdan götürülüb çəkilir, ya da filmə baxıb "eyni həyatda olduğu kimidir" deyirik. Amma həyat film deyil. Həyat daha çətin və ağırdı. Həyatda alınmayanda, növbəti dubl yoxdur. Bir dəfə yaşayırsan və bitir. Bizə filmlərdə görmələrini istədikləri qədərini göstərirlər, real həyatdan götürülən bir film olsa belə, orda da hər şeyi olduğunu kimi görə bilmirik. Onların çəkməyi istədiklərini görə bilirik. Mən də beləyəm, siz mənim görməyinizi istədiyim qədərini görürsünüz və məni tanıyırsınız. Nə yaşadıqlarımı mən bilirəm, nə hisslər keçirdiyimi də, necə biri olduğumu da. Həyatımı müzakirə etməyi heç kimə icazə vermirəm. Eləcə də heç kimin həyatını müzakirə etmirəm, çünki sizi tanımıram. Həyatdı, başımıza hər şey gələ bilər, hər birimizin gələcək də. Hər birimiz xoşbəxt olacağıq deyə bir qayda yoxdu. Sevdiyimiz heç kimi itirməyəcəyik də deyə bir şey. Önəmli olan insanlığı itirməməkdi".
Qeyd edək ki, Pərvin sevgilisi - keçmiş polis leytenantı Murad Abdullayevin qardaşı Cavid Abdullayev Yeni il gecəsi qəflətən dünyasını dəyişib. Abıyeva, "Miss Azerbaijan-2019" gözəllik yarışmasının qalibi Səmra Hüseynova, keçmiş aparıcı Seyran Əliyeva, Murad və Cavid Abdullayev qardaşları bayramı Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən "CHI club Kiev"də keçiriblər.шаблоны для dle 11.2



Ən çox oxunanlar