Xəbər lenti
Arxiv
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Sabah 29 dərəcə isti olacaq

Baxılıb: 278     Tarix: 07-04-2021 13:22   

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12 , gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar