Diş implanları – itirilmiş dişlərin yerini bərpa etmək üçün yerə bərpa ediləcək dişin kökünü əvəz edən süni diş köküdür Həkim- stomatoloqla müsahibə
Baxılıb: 2 976 Tarix: 13-06-2018 10:11
Stomatologiyada diş əkilməsi və ya implantasiya bu mövzuda aktual və daim inkişaf edən sahələrdəndir. Bunun sayəsində də zamanla insanlar bu üsula daha çox etibar edir, artıq implantın üstün cəhətlərini və təhlükəli prosedur olmadığı haqda məlumatlıdırlar. Bu gün sizə hər kəsi maraqlandıran implant haqqında məlumat verəcəyik."Qanun ve hedefin”-in bu mövzu ilə bağlı suallarına “VİP DENTAL KLİNİKA” nın baş həkimi, stomatoloq Dr. Zaur Əliyev cavab verəcək.
Əvvəla implantın nə olduğu və özəlliyi barədə danışa bilərsinizmi?
Diş implanları – itirilmiş dişlərin yerini bərpa etmək üçün yerə bərpa ediləcək dişin kökünü əvəz edən süni diş köküdür. Özəlliyi ondan ibarətdir ki, implantasiya əməliyyatı zamanı digər konstruksiyalarda olan digər dişlərin zədələnməsi kimi çətinliklər yaranmır və yalnız diş əksikliyi olan nahiyədə əməliyyat keçirilərək diş əkilir. Digər özəlliklərindən biri də budur ki, implantlar stomatalogiyanın digər sahələrində də istifadə olunur. Məsələn, mini-implantlar, çıxan protezlərin ağız boşluğunda yaratdığı problemləri aradan qaldırmaq və ya birdəfəlik protezi ləğv etmək kimi prosedurlarda implant əməliyyatından istifadə edirik.
Bəzən maddi və ya digər
səbəbdən az saylı implantdan istifadə edərək üzərinə çıxarıla bilən protez düzəldirik. Lakin çıxarıla bilən protezlə implant üzərinə düzələn protez arasında böyük fərq var. Adi protezin ölçüsü böyük olur və bu da diskomfort hissi yaradır – tərpənir, qidalanan zamanı narahatçılıqlara səbəb olur. Bu problemlerin birdəfəlik həlli üçün biz pasiyentlərə adi implantı məsləhət görürük.
İmplant əməliyyatından əvvəl pasientlərin diqqət etməli olduğu məqamlar hansılardır?
Hər hansı bir xroniki narahatlığı ya da hər hansı bir dərmana allergiyası olan (təzyiq, şəkər, ürək xəstəliyi v. s) xəstələrdə müalicədən əvvəl müəyyən təhlillərin aparılması əhəmiyyət daşıyır. Mövcud xroniki xəstəliyi olan şəxslər uzun müddət istifadə etdiyi dərmanlar haqqında mütləq diş həkimini xəbərdar etməlidir. İmplant müalicəsindən əvvəl verilən dərmanların nizamlı istifadəsi də edilən müalicənin yaxşı olmasını təmin edir. İmplantdan əvvəl laxtalanmağı gecikdirən antikoagülan dərmanlar (aspirin növü) diş həkiminin təyin etdiyi müddətdə istifadə edilməlidir. Edilən müalicədən əvvəl və sonra ağız və diş sağlamlığının əhəmiyyətini vurğulayan mütəxəssislər dişlərin nizamlı təmizlənməsi mövzusuna əhəmiyyət göstərilməsi lazım olduğunu ifadə edir.
İmplant müalicəsindən əvvəlki və sonrakı müddətin əhəmiyyətli olduğunu ifadə edən mütəxəssislər implantdan sonra da qanamaların ola biləcəyini, ilk 24 saat ərzində əməliyyat aparılan nahiyə ilə çeynəmənin məhdudlaşdırılmasının lazım olduğunu bildirir. İmplantdan sonra keylik keçənə qədər yemək və içmək olmaz. Çünki hiss etmədən keyləşmiş nahiyəni dişləyə bilərsiniz ki, bu da yaraların meydana gəlməsinə səbəb ola bilər. İmplantın tətbiqi nəticəsində ağrı olarsa, qanı duruldan dərmandan, diş həkiminin uyğun hesab etdiyi ağrıkəsicidən istifadə etmək lazımdır. İmplantdan sonra siqaret və içki bir sıra fəsadlara yol aça bilər.
Stomatoloqlar implant əməliyyatından taxminən 24 saat sonra ilıq duzlu su, sodalı su və ya ağız qarqaralarından istifadə etməyi tövsiyə edirlər. Bunların yaranı təmizləyərək sağalmağını sürətləndirəcəyini, əməliyyatdan sonrakı ağız qoxusunu azaldaraq, mikrobların yaranmasına maneə törədəcəyini ifadə edirlər.
-Diş implantı üçün istənilən pasiyent müraciət edə bilərmi, yoxsa burada məhdudiyyətlər vardır?
-İmplantasiya əməliyyatına diş əksikliyi olan istənilən pasiyent müraciət edə bilər. Müraciət edən pasiyentlərin ağız boşluğunu vizual müayinə edirik, rentgen, tomoqrafiya müayinələr və digər analizlərin nəticəsində qərar verir və təbii ki, sonda əks göstərişin olub-olmayacığını müəyyən edirik. Və hər kəsin müraciəti qəbul olunur. Yalnız psixoloji problemləri olan insanlar müraciət edə bilməz. Çünki bir müddət sonra emosional çətinliklərə görə həkimə implantın çıxarılması kimi müraciətlər ola bilər. Ən çox verilən suallardan biri də şəkərli diabet xəstələrinin implant diş əkimi üçün müraciət edə biləcəklərinə dair suallardır. Əlbəttə, o xəstələr də müraciət edə bilər.
İmplant zamanı ağrı hiss edilirmi?
Əməliyyatın ağrılı olmasına gəlincə, həkim ağrı hiss edilmədiyini bildirib:
"Lazımlı keyləşdirici iynələrlə keyləşdirilmə aparılarsa, ağrı hiss edilmir. İmplant əməliyyatları yerli keyləşdirmə ilə həyata keçirilir. Bəzi hallarda sedasya və ya ümumi narkoz altında da edilə bilər. Tək bir implantın yerləşdirilməsi diş çəkimindən daha rahat və 15 dəqiqə sürən bir prosesdir. Əməliyyatdan sonra hiss edilən ağrı sadəcə əməliyyat günü olur və ağrı kəsici dərmanlarla keçir. Bəzən heç ağrıkəsici dərmana belə ehtiyac olmur. Əməliyyatdan sonra xəstələrə bir-iki gün ev istirahəti məsləhət görülür. Amma bir və ya iki ədəd implant qoyulduğu zaman heç bir istirahətə ehtiyac yoxdur. Əməliyyat yerində şişlik və göyərmə ola bilər. Bu da 1 həftə içində öz özlüyünə keçir”.
– Bəs implant olunmuş dişlərə necə qulluq etmək lazımdır?
– Diş implantlarına edilən qulluqla öz dişlərimizə edilən qulluq arasında demək olar ki, fərq yoxdur. Dişləri gündə 2 dəfə fırçalıyır, diş saplarından istifadə etdiyimiz kimi, implantlara da eyni qulluq göstərilməlidir. Sadəcə olaraq, sırf implant dişlər üçün xüsusi diş məcunları və diş fırçaları vardır. Bunlarla implantın bəzi nahiyyələrini- qapağın altını təmizləməyi təmin edir. Bundan əlavə, digər dişlərdə olduğu kimi implant dişləri üçün də ildə 2 dəfə baxış üçün həkimə müraciət etməlidirlər.
-Bu cür dişlərin ömrü nə qədərdir?– Diş implanların ömrünün uzun olmasında həkimin peşəkarlığının böyük rolu vardır. Və ondan sonrası isə pasiyentin özündən asılıdır – əgər gigiyenik qulluğu və həkimə baxış üçün müayinəni vaxtında həyata keçirərsə və başqa bir xəstəliklə qarşılaşmazsa implant ömürlük ola bilər. Ümumilikdə statistikaya görə ağız boşluğunda düzələn bütün konstruksiyalar içində ən uzunömürlü implantlar sayılır.
Sağlam dişlərə malik olmaları üçün oxucularımıza nə məsləhət görərdiniz? – Avropada dişlərin sağlam olması üçün hər bir şəxs mütləq şəkildə müayinədən keçməlidir. Əks təqdirdə o, tibbi sığortadan məhrum oluna bilər. Amma Azərbaycanda bu, könüllü şəkildə həyata keçirildiyi üçün mən məsləhət görürəm ki, sağlam dişlərinin olmasını istəyən hər kəs 6 aydan bir həkim müayinəsindən keçsin.
Dr.Zaur Əliyev
“VİP DENTAL KLİNİKA” nın baş həkimi
Həkimlə əlaqə(050-388-57-05)
Müsahibəyə görə təşəkkürümüzü bildiririk

Ən çox oxunanlar
Son xəbərlər