Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qanunvehedef saytının suallarını Baku Medical Plaza Klinikasının Tibb elmləri namizədi, ürək- damar cərrahı Seymur Əmrahov cavablandırdı

Baxılıb: 1 208     Tarix: 13-06-2018 10:31   
Azərbaycanda ürək xəstəliklərinin artdığı, ürəyində problemi olan cavanların sayının çoxaldığı hər kəsə məlumdur. Bundan əlavə, infarktdan ölüm faizi də yüksəlməkdədir. Bu cür halların qarşısını almaq üçün açıq ürək əməliyyatına girənlərin, damarlarına stend qoyduranların da statistikasında artım var. Lakin qəribədir ki, ürək-damar xəstəlikləri daha çox kişilərdə müşahidə olunur.

 Qanunvehedef saytının suallarını Baku Medical Plaza Klinikasının Tibb elmləri namizədi, ürək- damar cərrahı Seymur Əmrahov cavablandırdı.

Məlum olduğu kimi, hər orqanın həyatını davam etdirməsi və vəzifəsini yerinə yetirməsi üçün onun qan dövranı yolu ilə qidalanması lazımdır. Qan ürək əzələmizə də «aorta-koronar» adlı aorta damarları yolu ilə gəlir. Damar kirəcləşməsi (ateroskleroz) vəziyyətində bu damarlarda daralma və tıxanmalar yarana bilər. Bu vəziyyət inkişaf etdikdə isə qan axının qarşısı alınır və ürək kifayət qədər qidalanmır. Bu da ürəyin vəzifəsini yerinə yetirə bilmədiyini göstərən sinə ağrısına və infarkta səbəb olur.


Aorta koronar şuntlama, koronar şuntlama nədir?


Ürəyin işemik xəstəliyundə tac damarların mənfəzinin daralması, ürək əzələsinin qan eləcə də oksigen təchizatının pozulmasına gətirib çıxardır. Bu zaman xəstələr döş qəfəsinin sol nahiyəsində olan ağrəlardan – döş inağından ağrıların sol kürək və qol, boyun nahiyələrinə irradiasiyasından şikayət edirlər. Bu zaman xəstədə diaqnozu dəqiqləşdirmək üçün EKQ, qanda ürək enzimlərinin təyin edilməsindən başqa koronaroqrafiya müayinəsi aparılmalıdır. Koronaroqrafiya zamanı tac damarlarda mövcud daralmalar aşkar edilərək ballon angioplastik əməliyyatı icra eilməklə genişləndirilir. Bəzən bu mümkün olmadıqda xəstədə aorta koronar şuntlama əməliyyatı icra edilməlidir. Müasir koronar cərrahiyyəsi nəinki miokardda baş verə biləcək geridönməz orqanik dəyişikliklərin qarşısını almaq, hətta onun yığılma qabiliyyətini artırmaq və xəstənin həyat tərzi keyfiyyətini qaldırmaqla ömrünün uzadılmasına imkan verir.


ÜRӘK DAMARLARININ DARALMASI VӘ YA TAMAMӘN TUTULMASI İLӘ ÖZÜNÜ GÖSTӘRӘN TAC DAMAR XӘSTӘLİYİ DӘRMAN MÜALİCӘSİNӘ CAVAB VERMİRSəYA DA BALON İLӘ AÇILA BİLMİRSӘ CӘRRAHİYYӘ ӘMӘLİYATINA EHTİYAC varmı?
ӘNӘNӘVİ ŞUNTLAMA ӘMӘLİYATLARINDA DÖŞ QӘFӘSİ ÖN TӘRӘFDӘN AÇILIR VӘ AŞAGI ӘTRAFLARDAN ALINAN VENOZ DAMAR TIXALI OLAN ÜRӘK DAMARLARINA CALAQ EDİLӘRӘK ÜRӘYİN YENİDӘN QİDALANMASI BӘRPA EDİLİR.ÜRӘK YENİDӘN OKSİGEN İLӘ TӘMİN OLUNUR VӘ BAŞ VERӘ BİLӘCӘK MYOKARD İNFARKTININ QARŞISI ALINIR.BU ӘMӘLİYYAT ZAMANI ÜRӘK AĞ CYӘR APARATINDAN İSTİFADӘ EDİLİR. APARAT ӘMӘLİYYAT ZAMANI BӘDӘNDӘKİ QANI ӘVVӘLCӘ KӘNARDAKI POMPA SİSTEMİNӘ ALIR,QANI OKSGENLӘŞDİRİR SONRA BӘDӘNӘ VӘ ORQANLARA QAYTARIR.YӘNİ ÜRӘYİN VӘ AGCİYӘRİN FUNKSİYASINI ÜZӘRİNӘ GÖTÜRӘRӘK HӘR İKİSİNİN ӘMӘLİYAT ZAMANI DAYANDIRILMASINA ŞӘRAİT YARADIR.DAHA SONRA CӘRRAH ÜRӘKDӘKİ TIXANMIŞ DAMARA ALINAN DAMARI TӘK-TӘK CALAQ EDİR.BU ӘMӘLİYATA XALQ ARASIN DA DAMAR DӘYİŞDİRİLMӘSİ DEYİLİR.


Koronar şuntlama əməliyyatı nə zaman olmalıdır?



 

Koronaroqrafiya (anjio) edillir və əməliyyat qərarı verillir. Bu günə qədər ürəklə bağlı bir problem olmamasına baxmayaraq, damarlarda aşkarlanmış daralmalar sizin hər an infarkt və qəfləti ölüm riski ilə qarşılaşa biləcəyinizə bir xəbərdarlıqdır. Texnologiyanın bu günkü inkişafına baxmayaraq, təəssüf ki, ürək infarktının nə zaman baş verəcəyini dəqiq söyləmək olmur. Bu 5 dəqiqə, 1 ay və ya 1 neçə ay sonra yarana bilər.Həkimlərin məqsədi ürəyinizin infarkt keçirmədən və hər hansı bir fəsad yaranmadan, ürək damarlarında aşkarlanmış daralmaları ən tez bir zamanda stent və ya koronar şuntlama əməliyyatı ilə aradan qaldırmaqdır.


Şuntlama neşə cür olur?


Arterial şunt
Adından məlum olduğu kimi şunt üçün material arteriyadan götürülmüş olunur. Bu məqsəd üçün istifadə edilə bilinəcək iki arteriya mövcuddur: döş qəfəsinin daxili arteriyası və mil. Bu zaman ancaq şuntun distal ucuna tikiş qoyulması və müdaxilənin süni qan dövransız (döyunən ürəkdə) icrası mümkünlüyü əməliyyatı bir qədər sadələşdirmiş olur. Bu şunt daha fizioloji olduğu üçün digər şuntlardan uzunömürlülüyünə və keyfiyyətliliyinə görə də fərqlənir. Digər arterial şunt said üzərindən mil arteriyasını götürməklə qoyulur. Lakin bi zaman şuntun hər iki: proksimal və distal uclarına anastomoz tikişləri qoyulur. Mil arteriyası şuntunun vena şuntundan daha uyunömürlü olması hələ də mübahisə mövzusudur. Çox nadir hallarda arterial şunt lat. a. epigastrica və lat. a. gastrorpiploica vasitəsilə də qoyulur.


Venoz şunt Bu məqsəd üçün şunt materialı ayaq dərialtı venalarından götürülür. Götürüləcək materialın uzunluğu qoyulacaq şuntların miqdarından asılıdır. Çox vaxt vena götürmək üçün ayaq boylama qasıq nahiyyəsinədək yarılır. Ən çox vena materiallı şuntlar RCA – sağ tac arteriya və RCX – dolanan şaxə üzərinə qoyulur. Bu zaman da mil arteriyasında olduğu kimi şuntun hər iki: distal və proksimal uclarına anastomoz tikişləri qoyulur. Bu zaman vena daxili qapaqcıqların mövsudluğunu nəzərə alaraq venoz şuntun proksimal ucu müvafiq tac arteriyalarına, distal ucu icə aortaya tikilir. Bəzən "Y" şəkilli anastomozlar da qoyulur. Bu əsasən material qısa olduqda onun proksimal ucu aortaya deyil qonşu venoz şunta tikilir. Aparılan ststistik göstəricilərə əsasən qoyulan venoz şuntların 50% i 10 ildən sonra tutulur.

-Sonda ürəyimizdən necə muğayat olaq?


Ürək-damar sisteminin problemlərindən uzaq olmaq istəyirsinizsə sağlam həyat tərzi keçirməli: düzgün qidalanmalı, aktiv fiziki həyat tərzi keçirməli, pis vərdişlərdən və stresdən uzaq durmalısınız. Həyata pozitiv yanaşmalısınız. Mütəmadi olaraq profilaktika məqsədilə kardioloq müayinəsindən keçməlisiniz
Seymur Əhmədov tərəfindən həyata keçirilən əməliyyatlar:


koronar şuntlama,
postinfarkt ventrikul anevrizmaları,
postinfarkt septal defektlər,
atrial – septal defektlər,
aortal qapağın protezləşdirilməsi,
mitral qapağın təmiri və protezləşdirilməsi
, trikuspid qapağın təmiri,
aortanın müxtəlif hissələrinin anevrima və disseksiya ilə əlaqədar protezləşdirilməsi,
Devid əməliyyatı,
Bentall – De Bono əməliyyatı,
karodit endarterektomiya,
aorta bifemoral şuntlama,
femoro –popliteal şuntlama,
flebektomiya, endovenoz lazer və radiofrekans ablasiya
 
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar