Ölkəmizdə bu gün kifayət qədər peşəkar, tanınmış həkimlərimiz var. Onlardan biri də,. Azərbaycanda neçə-necə insana sağlamlıq bəxş edən Mərkəzi Klinikanın neyrocərrahı Tibb üzrə fəlsəfə doktoru Əli Ələkbərovdur.Həkimlə müsahibəni sizə təqdim edirik.
Baxılıb: 2 652 Tarix: 14-06-2018 10:17
Onurğa bölgəsində və bel nahiyəsində sıx-sıx rast gəlinən ağrılar hansısa xəstəliyin simptomları ola bilərmi?
– Bir çox onurğa problem bel ağrısı ilə təzahür edə bilər. Əksər hallarda mexaniki bel ağrısı dediyimiz və cəmiyyətin 80 faizinin üzləşdiyi bu problemin düzənli həyat tərzinin bərpası ilə sonlanan bir haldır. Bəzən isə fəqərəarası disk yırtığı, onurğa sınıqları, onurğa beyni şişləri də bel ağrılarının səbəbi ola bilər. Ətraflı və diqqətli müayinə, radiolojik müayinələr bunun səbəbini aydınlaşdırmağa kömək edir.
– Disk yırtıqları haqqında nə deyə bilərsiniz?
- Son illərdə demək olar ki, hər ailədə təsadüf olunan disk yırtıqları son dövrlərdə çox geniş yayılıb. Disk yırtığı ən çox bel nahiyəsində təsadüf olunur. Bunun əsas əlaməti ayaqlarda müvafiq sinir boyunca ağrıların olmasıdır. İkinci yerdə boyun nahiyəsi durur ki, bu da özünü qolda olan ağrılarla göstərir. Döş nahiyyəsində olduqda isə ağrılar qabırğa boyunca yayılır. Əsasən çox ciddi və geridönməz əlamətlərin meydana çıxması xəstələrin həkimə gec müraciət etməsi və ya düzgün yardım göstərilməməsi səbəbindən baş verir.
Fəqərələr arası disk yırtıqların əmələ gəlməsinin və çox geniş yayılmasının bir sıra səbəbləri hansılardır?
Neyrocərrah hesab edir ki, fəqərələr arası disk yırtıqların əmələ gəlməsinin və çox geniş yayılmasının bir sıra səbəbləri var: “İnsanlarımız elə bilir ki, bu say yalnız Azərbaycanda artıb. Əslində isə bütün dünyada belədir. Bu, tibbin qarşısında duran mühüm problemlərdən biridir. Problemin yaranmasının konkret səbəbi bəlli deyil. Amma müəyyən risk faktorlarının üzərində dayanmaq olar. Disk yırtıqları fəqərə sütununda, fəqərə sümükləri arası qığırdaqlarda əmələ gələn degenerativ proses - mübadilə xəstəliyi sayılır. Yəni orqanizmdə gedən mübadilə prosesinin pozulması nəticəsində bu problem ortaya çıxır. Ona görə də ilk növbədə qidalanma faktoruna diqqət yetirmək lazımdır. Səbəblərdən biri normal qidalanmanın olmaması, qidaların xarakterinin dəyişməsi, qarışıq, mənşəyi məlum olmayan qidalardan istifadədir.
İkinci faktor kimi hipodinamiya, yəni az hərəkətlilik götürülür. Bu amillər arasında elmi- texniki tərəqqinin inkişafını da qeyd etməmək olmur. Keçmişdə bu gün disk yırtığı diaqnozu qoyduğumuz xəstələrin bəlkə də 30 faizinə bu diaqnozu qoya bilməzdik. O zamankı müayinə üsulları indiki kimi dəqiq diaqnozların qoyulmasına imkan vermirdi. Ona görə də bugünkü müayinə metodları disk yırtıqlarının diaqnozunun qoyulmasını asanlaşdırıb və təbii ki, xəstələrin sayının artması həm də bu amillə bağlıdır”
Ə.Ələkbərov deyib ki, fəqərəarası disk yırtıqları nəticəsində beldə yaranan, eyni zamanda aşağı ətraflara vuran ağrını aradan qaldırmaq üçün 2 aya qədər aparılan müalicənin effekti olmasa, prosedurları davam etdirməyə lüzum yoxdur: “Uzun müddətli sıxılma nəticəsində sinirdə geri dönməz proseslər, atrofiya yaranır. Sıxılma uzun müddət davam edərsə, hətta əməliyyatın da effekti az olur. Disk yırtığından əziyyət çəkən xəstələr çox zaman neyrocərrahlara ağırlaşma olanda müraciət edirlər. O zaman sinirdə geridönməz proseslər getdiyi halda cərrahiyyə əməliyyatın nəticəsi də müsbət olmur. Əgər ciddi fəsadlar yoxdursa, xəstə yalnız ağrı ilə müraciət edirsə, bu zaman əməliyyatdan sonra problemlər də yaranmır və reabilitasiya müddəti qısa çəkir”.
– El arasında “qrija” kimi adlandırılan fəqərəarası disk yırtığı kimi bir diaqnozun həlli mütləq cərrahi müdaxilədirmi?
Müalicə metodunun seçimi xəstənin vəziyyəti ilə müəyyənləşir: “Neyrocərrahi müalicə üçün əsas göstəriş üç aydan çox davam edən, heç bir müalicəyə - istər dərman, istər fizioterapevtik müalicəyə tabe olmayan ağrı sindromudur. Cərrahi müdaxiləyə ikinci göstəriş kiçik çanaq üzvlərinin funksiyasının pozulmasıdır. Bel disklərində problem olduqda həm sidik kisəsi, həm bağırsaqlarda problem yaranır. Həm qəbizlik, həm sidik ləngiməsi, sidiyi saxlaya bilməmək kimi problemlər yaranır. Bu hal da neyrocərrahi əməliyyat üçün göstəriş sayılır”
– Ümumiyyətlə disk yırtığının hansı növləri mütləq əməliyyat olunmalıdır. Burada ölçü fərqi varmı?
– Ölçünün əhəmiyyətini Azərbaycanda gördüm. Ümumiyyətlə radiolojik raporlarda yırtığın ölçüsünü də ilk dəfə burda gördüm. Ölçünün heç bir əhəmiyyəti yoxdur. Önəmli olan xəstənin şikayəti və müayinəsidir. Çox böyük yırtığı olub da şikayəti olmayan, tam fərqli olaraq millimetrik yırtığı olub xəstəni yatağa salan və əməliyyat tələb edən durumlar olur. Bir həkim öz sahəsinə uyğun MRT və KT müayinəsinin cavabı olmadan dəyərləndirməyi bacarmalıdır. Bunu bilməyən həkimlər ölçünün yazılmasını tələb edir. Ölçünün əhəmiyyəti də məhz burda yaranır.
-Onurğa əyriliklərində nə etmək mümkündür?
-Ümumiyyətlə insan onurğasında təbii əyriliklər olur ki, bunun da sayəsində o üzərinə düşən yükü azaltmış olur. Bu əyriliklərin normadan çox olması artıq xəstəlik hesab olunur. Kifoz və ya skolioz şəklində özünü büruzə verən bu patologiya insanda kosmetik kobud eybəcərlik verirsə, daimi ağrılara səbəb olursa və ya digər şikayətlər törədirsə cərrahi əməliyyat olunmaqla aradan qaldırıla bilir. Skolioz və ya kifoz cərrahiyyəsi qeyd edim ki, onurğa cərrahiyyəsinin ən mürəkkəb və çox böyük məsuliyyət tələb edən bölmələrindən biridir. Bu əməliyyatlar mütləq neyromonitorinqdən, yüksək keyfiyyətli implantlardan istifadə olunmaqla icra olunmalıdır. Bizim klinikada bunlar təmin olunduğundan bu əməliyyatları fəsadsız icra edə bilir
Disk yırtıqlarının müayinəsi hansı aparat vasitəsilə aşkar olunur?
Maqnit Rezonans Tomoqrafiya disk yırtıqlarının müayinəsi üçün əvəzolunmaz müayinə üsuludur: “MRT yumşaq toxumaları dəyərləndirmək üçün radiologiyada var olan aparatların içində ən vacib aparatdır. Fəqərəarası disklər yumşaq toxuma olduğu üçün ilk növbədə MRT ilə müayinə olunmalıdır. Müayinə zamanı radiasiyanın olmaması da üstünlükdür. MRT yırtıqların dərəcəsini, onların ağırlaşmasını, sini nə dərəcədə sıxıb-sıxmadığını, fəqərəarası disk ətrafındakı toxumaların dəyərləndirilməsində bir nömrəli müayinə üsuludur. Rentgenin fəqərəarası yırtıqları dəyərləndirməkdə həssaslığı sıfırdır.
Sümüklər MRT ilə 40-50 faiz dəyərləndirilə bilər. Amma fəqərəarası disklər, onların yırtıqları, ətraf yumşaq toxumalar rentgenlə dəyərləndirilə bilməz. 40 il bundan qabaq bu problemlər bu cür müayinə metodları ilə dəyərləndirilirdi. Kompüter Tomoqrafiya isə fəqərəarası disk yırtıqlarının dəyərləndirilməsi ilə bağlı bizə qismən kömək edə bilər. KT sümükləri, onların ağırlaşmalarını göstərə bilər. Amma diskləri 60-70 faiz göstərə bilər. Amma MRT olduğu disk yırtıqlarının KT ilə müayinəsi aparılmaz - bəzi məlumatları artırdığına, bəzilərini azaltdığına görə”.
Əli Ələkbərovun icra etdiyi əməliyyatlar:
Baş-beyin və onurğa-beyni şişləri. Baş-beyin və onurğa-beyni damar xəstəlikləri.
Beyindaxili kistalar, parazitar xəstəliklər və abseslər. Baş-beyin və onurğa-beyni travmaları. Hematomalar. Bel və döş fəqərələri arası disk yırtıqları. Boyun fəqərələri arası disk yırtıqları. Hidrosefaliya. Uşaq neyrocərrajhiyyəsi, anadangəlmə anomaliyalar. Kəllə sümüklərinin defektinin plastikaları

Ən çox oxunanlar
Son xəbərlər