Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Daşların əmələ gəlməsində ümumi və yerli faktorlar böyük rol oynayır. Həkim-cərrahla müsahibə

Baxılıb: 1 290     Tarix: 14-06-2018 18:15   

Real Hospitalın Ümumi cərrahı Bəhruz Səlimov Öd daşı xəstəliklərinin yaranma səbəbləri, əlamətləri, müalicəsi və fəsadları haqqında  Qanunvehedef az. saytına müsahibə verib.

Daşların əmələ gəlməsində ümumi və yerli faktorlar böyük rol oynayır. Ümumi faktorlara maddələr mübadiləsinin qazanılmış və ya irsi pozğunluqları; yerli faktorlara isə sekresiyanın pozulması və durğunluq , həmin nahiyələrdə iltihabi proseslər aiddirlər.
Daşların əmələ gəlmə prosesi 2 mərhələdən ibarətdir:
Üzvi matriksin (nüvənin) əmələ gəlməsi
Duzların kristallaşması.
 
Öd daşları bərkimiş törəmə olub ölçüsü - diametri 1 neçə santimetr, sayı bir ədəddən bir neçə min ədədə qədər, çəkisi isə 30 qramadək ola bilir. 

Ən çox daş öd kisəsi və öd yollarında (xolelitiaz), sidik yollarında, xususilə də böyrək ləyənində (urolitiaz), mədəaltı vəzin və ağız suyu vəzilərinin axacaqlarında (sialolitiaz), bronxlarda, bağırsaqlarda (koprolitiaz), venalarda (flebolitiaz) rast gəlinir.
Daşların əmələ gəlməsində ümumi və yerli faktorlar böyük rol oynayır. Ümumi faktorlara maddələr mübadiləsinin qazanılmış və ya irsi pozğunluqları; yerli faktorlara isə sekresiyanın pozulması və durğunluq , həmin nahiyələrdə iltihabi proseslər aiddirlər.
Daşların əmələ gəlmə prosesi 2 mərhələdən ibarətdir:
Üzvi matriksin (nüvənin) əmələ gəlməsi
 2 Duzların kristallaşması.
 Öd daşı xəstəliyi öd kisəsində, çox az hallarda isə öd axacaqlarında daşların əmələ gəlməsilə xarakterizə olunan xəstəlikdir. Durğunluğa daha çox meylli olan kisədə bakteriyalar, epitel hüceyrələri, selik toplanır ki, bunlar da xolesterin, bilirubin kristallarının çökmə-si üçün karkas rolunu oynayır.

Daşların quruluşu nə formada olur?


 Öd daşlarının biri-birindən kimyəvi tərkibinə görə fərqlənən 3 əsas qrupu ayırd edilir. Xolesterin daşları, adətən, tək-təkdir, ağ və ya sarımtıl rəngdə, dairəvi və ya oval formada, kəsikdə xolesterin kristallarının radial yerləşməsi hesabına şüayabənzər quruluşdadır. Tərkibi bilirubin və kalsium-karbonatdan ibarət piqmentli daşlara da təsadüf olunur. Piqmentli daşlar, adətın, çox kiçik və çoxsaylı olur; müxtəlif formalı, zəif yaşılımtıl, qara rəngli, bərk, lakin kövrək olur, təmiz əhəngli daşlara nadir hallarda rast gəlinir. Öd kisəsində daha çox qarışıq xolesterinli-əhəngli-piqmentli daşlara təsadüf olunur. Onlar forma və ölçücə müxtəlifdir, lakin əksər hallarda xırda və çoxlu olur.
Öd kisəsində daşların uzun müddət qalması nəticəsində öd kisəsinin atrofiyası və sklerozu baş verir, lakin çox vaxt ikincili infeksiya qoşulur, bu hallarda öd kisəsinin patoloji anatomik dəyişiklikləri daşsız xronik xolesistitdəkinə müvafiqdir. Çox nadir hallarda daşların öd kisəsi divarına uzunmüddətli təzyiqi nəticəsində öd kisəsinin perforasiyssı meydana çıxa bilər


Öd daşının yaranma səbəbləri hansılardır?


 

Öd kisəsində xolesterol daşlarının əmələ gəlməsində bir necə risk faktorları var.Ümumiyyətlə onu qeyd etmək lazımdır ki öd kisəsində olan daşların cox faizini xolesterin daşları təşkil edir.Xolesterin daşları təmiz xolesterindən ibarət olmur bəzən daşın mərkəzində və ya kənarında kalsium duzları,piqmentlər və qlükoproteinlərdə ola bilir. Öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətinə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir.

ÖD DAŞI XƏSTƏLİYİNİN ƏMƏLƏ GƏLMƏSİNDƏ HANSI RİSK FAKTORLARI VAR?



 Daş öd kanalına düşərsə bu zaman öd kisəsinin divarında iltihablaşma baş verir ki,bu da kəskin ağrıların və kəskin xolesistitin əmələ gəlməsi deməkdir.Kəskin xolesistit isə sonunda öd kisəsinin deşilməsi ilə nəticələnir bu isə ən ciddi ağırlaşma olan öd peritoniti adlanır.Öd daşları öd yollarına düşərsə sarılıq, kəskin pankreatit kimi fəsadlar yarada bilər. Bəzən öd daşı öd kisəsi və nazik bağırsaq arasında yaranmış fistuldan nazik bağırsağa düşərək bağırsaq keçməməzliyi yaradır.Bəzi son araşdırmalar göstərir ki, uzun müddət öd daşı xəstəliyindən əziyyət çəkən insanlarda öd kisəsi xərçənginin əmələ gəlmə ehtimalı artır.


Öd kisəsi daşı xəstəliyinin əlamətləri hansılardır?

  Öd daşı çox hallarda əlamətsiz keçirir və müayinələr zamanı təsadüfı tapıntı kimi müəyyən olunur.  Əlamətlər adətən böyük daşlardan birinin öd kisəsi axarını, eləcə də ümumi öd axarının blok edən zaman yaranır.

- Biliar tutmalar. Daşın kisə axarı və ya ümumi qaraciyər axarı daxilində intralüminal təzyiqi artırması və gərilmə yaratması  üzündən epiqastral və sağ qabırğaaltı nayihədə kəskin, bəzən isə küt ağrı yaranır. Ağrılar sağ kürəyə irradiasiya edir. Biliar tutmalar qəfləti başlayır və 30 dəqiqədən 5 saata qədər davam edə bilər. 5 saatdan çox davam edən biliar tutmalar kəskin xolesistin inkişafından xəbər verir. Biliar tutmalar yağlı və ya  ifrat dərəcədə çox yeməklə təhrik edilir. Tutmalar tez-tez təkrarlanmaya meyilli olur.    


  - Ürəkbulanma və qusma bir çox hallarda biliar tutmalarla paralel müşahidə edilə bilər.

 

 - Bilirubin və qələvi fosfatazanın yüksəlməsi – daşın öd kisəsi ilə yanaşı ümumi öd axarında da olmasına sübhə yaradır


  - Hərarətin yüksəlməsi kəskin xolesistit, pankreatit və ya xolangit kimi fəsadların inkişafına işarədir.


  - Üşütmə xolangitin inkişafını göstərən əlamətdir. Xolangit daha çox öd daşının ümumi öd axarını tutmasının fəsadı kimi infeksiyanın qaraciyərdaxili öd axarlarına yayılması nəticəsində inkişaf edir.


 

Fəsadları

    - Kəskin xolesistit – öd kisəsinin kəskin iltihabı
   - Xoledoxolitiaz – ümumi öd axarında daşın olması
   - Sarılıq – daşın ümumi öd axarını obterasiya etməsi
   - Xolangit - öd daşının ümumi öd axarını tutmasının  nəticəsində infeksiyanın qaraciyərdaxili öd axarlarına yayılması  
   - Kəskin pankreatit – mədəaltı vəzinin iltihabı
   - Öd daşı keçməzliyi – öd daşı bağırsaq keçməməzliyi törədəbilər.

Hansı hallarda öd daşının müalicəsi vacibdir?

Bu suala cavab axtaran zaman aşağıdakı üç faktor nəzərə alınmalıdır:

1 öd daşı insanın həyat keyfiyyətini poza biləcək dərəcədə şikayətlər yaradır

2 öd daşının ilkin ağırlaşmalarının olması: kəskin xolesistit, pankreatit və s.

3  öd daşının ağırlaşma törədə biləcəyini güman etməyə əsas verən faktorların olması: daşların 3 sm-dən böyük olması, öd kisəsində anadangəlmə anomaliyalar.

Öd daşı xəstəliyinin iki müalicə üsulu var: konservativ və cərrahi.

Çox az hallarda öd daşının müalicəsində konservativ vasitələrdən istifadə edilir. Öd daşının diametri 10 mm-dən kiçik olarsa xəstələrin 50 faizdə 6 aydan 2 ilə qədər öd turşularının təyini ilə aparılan müalicə effekt verir. Əgər daşın diametri 5 mm-dən kiçik olarsa bu zaman konservativ müalicənin effektivliyi 70 faizdən çox olur

.Öd daşı xəstəliyinin əsas müalicəsi cərrahi yolla öd kisəsinin çıxarılmasıdır. Daşlar həddindən artıq böyük olarsa öd kisəsində daimi xroniki diskomfort, ağrıların olması və ya kisənin ümumi öd axarına keçən yerində olan öd diskfınktorunun qapanması ilə öd kisəsinin empryeması, qanqrenası və xəstənin həyatı üçün təhlükəli vəziyyətə gətirib çıxara bilirlər. Öd kisəsi daşıarı kiçik olduğu zaman qaraciyərdən gələn ümumi öd axarına duşərək xəstədə sarılıq, qaraciyər yetməzliyi, xolangit kimi əlamətlərlə özünü biruzə verərək yenə də xəstənin həyatı üçün təhlükəli bir vəziyyət yarada bilirlər. Ona görə də istər xəstənin şikayəti olsun istər olmasın həmin xəstələrə cərrahi müdaxilə etmək vacibdir

 Öd kisəsinin laparoskopik yolla çıxarılması – laparoskopik xolesistektomiya öd daşı xəstəliyinin müalicəsində qızıl standartdır. Artıq inkişaf etmiş ölkələrdə öd kisəsinin açıq yolla çıxarılmasına olan göstərişlər çox daralıb.


Əməliyyatdan sonra öd axarlarında daşların əmələ gəlməsi də mümkündürmü?

Əməliyyatdan sonra öd axarlarında daşların əmələ gəlməsi də mümkündür: “Biz öd kisəsi çıxarılan xəstələrə hər zaman deyirik ki, yağlı qidalardan az istifadə edin. Ümumiyyətlə, az-az, tez-tez qidalanın. Çünki orqanizm bu hala adaptasiya olunmalıdır. Qaraciyər daha çox öd ifraz etməyə başlayır. Bəzən xəstələr deyirlər ki, daşı çıxarın, amma öd kisəsi qalsın. Amma bunu bilmək lazımdır ki, insan öd kisəsiz yaşaya bilər, öd kisəsinin çıxarılması xəstənin həyatına böyük əngəl yaratmır. Bəlli bir zamandan sonra orqanizm bu vəziyyətə adaptasiya olunur və adi, normal həyat tərzi ilə yaşamaq mümkündür. Sadəcə, hər zaman pəhrizə diqqət etmək lazımdır. Yağlı qidalardan az istifadə etmək gərəkdir.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar