Müsahibimiz Yaşam Tibb Mərkəzinin ali – dərəcəli onkoginekoloqu Dr. Könül Hənifəyevadır. Həkimlə uşaqlıq boynu xərçənginin klinik əlamətləri, yaranma səbəbləri, Diaqnostikası və müalicəsi haqda danışacayıq.
Baxılıb: 1 619 Tarix: 20-06-2018 11:22
Uşaqlıq boynu xərçəngi haqda nə deyə bilərsininz?
Uşaqlıq boynu xərçəngi bütün müasir qadınların qorxusudur. Uşaqlıq boynu xərçəngi bədxassəli şişlərdən olub, qadınların onkoloji xəstəlikləri arasında dördüncü yerdə durur (mədə, dəri və süd vəzi xəstəliklərindən sonra).
Uşaqlıq boynu uşaqlığın aşağı hissəsində yerləşib vaginaya açılır. Normada yastı epiteli ilə örtülü olan uşaqlıq boynu müəyyən travmalar, infeksiyalar nəticəsində eroziyalaşa bilir. Yaranmış yara səthinə daimi mexaniki təsirlərin olması, insan papilloma virusunun təsiri ilə uşaqlıq boynunun səthində qeyri normal olan hüceyrələr yarana və artıb çoxala bilir. Bütün qadınlardan ildə 1 dəfə götürülməsi tövsiyə olunan PAP smear analizi zamanı uşaqlıq boynunun səthi hüceyrələri müayinə olunur. Bunun nəticəsində mövcud ola biləcək atipik hüceyrələr zamanında aşkarlanır, diaqnozun dəqiqləşdirilməsi üçün biopsiya materialları incələnir. Bütün bunlar xəstəliyin daha da dərinə yayılmadan qarşısının alınmasına kömək olur. Müasir tibbdə uşaqlıq boynunun xərçənginin yayılma dərəcəsindən asılı olaraq, müalicə metodu kimi cərrahi, radioloji, şüa terapiyası və immunoterapiya metodları tətbiq olunur.
Uşaqlıq boynu xərçəngini yaradan hüceyrələr həmin nahiyəni əhatə edən normal hüceyrələrdən inkişaf edir. Hər il 600000 qadına bu xəstəliyin diaqnozu qoyulur. Adətən, uşaqlıq boynu xərçəngi 40-60 yaşarası qadınlarda rast gəlinir, lakin təəssüf ki, son zamanlar xəstəlik xeyli “cavan”laşıb
Uşaqlıq boynu xərçənginin klinik əlamətləri nədir?
Erkən mərhələdə olan xərçəng adətən klinik əlamətsiz olur. Xərçəngi erkən dövrdə aşkar etmək üçün illik rutin Pap smear testi və ginekoloji müayinənin aparılması önəmlidir.
Xərçəngin gecikmiş mərhələlərində klinik əlamətlər hansılardır?
* Menstural tsikl arası dövrdə qanaxma
* Menstural qanaxmanın çox olması
* Vaginal ifrazatın artması
* Cinsi əlaqə sonrası qanaxma
* Bir tərəfli qasıq ağrısı
* Çəkinin azalması
* Anemiya
Uşaqlıq boynu xərçənginin klinik əlamətləri nədir?
Hazırda uşaqlıq boynu şişləri və şişönü vəziyyətlərin inkişafında insanın papilloma virusunun bir neçə növünün patogenitik rolu sübut olunmuşdur. Onlar, epitelial şişi olan pasientlərin əksəriyyətində aşkarlanır.
Amma eyni zamanda, bu törədici ilə yoluxma hələ xəstəliyin 100% inkişaf etməsi demək deyil. İnsanın papilloma virusunun daşıyıcılığı, epitelial hüceyrələrdə displastik proseslərin yaranma riskini ciddi şəkildə artırır. Və bu zaman yaranan hətta ən kiçik xoşxassəli şiş, zaman keçdikcə bədləşə bilər.
Digər şəraityaradıcı və potensial onkopatogen faktorlara aiddir: cinsi yolla keçən xəstəliklər, hətta pasientdə infeksiyanın əlamətləri aydın olmasa belə; fəsadlı doğuşlar, tibbi abortlar və invaziv müyinələr zamanı uşaqlıq boynunun zədələnməsi;
hiperestrogeniyanın üstünlüyü ilə gedən dishormonal pozğunluqlar, hansı ki, yumurtlıqların, hipotalamo-hipofizar sistemin xəstəliklərində, aparılan müalicə və digər səbəblərdən ola bilər;
uşaqlıq yolunun disbiozu, tez-tez aparılan gigiyenik sprinsevasiya, yaş dəyişiklikləri fonunda yaranan xroniki və residivləşən vaginit və servisitlərin olması;
birincili və ikincili immunodefisit vəziyyətlər;
siqaretçəkmə, bu zaman nəfəslə alınan kanserogen madələr servikal kanalın vəzləri ilə ixrac olunur;
artıq radiasion yük – məsələn, şüa terapiyası və ya peşə zərərləri;
Diaqnostikası nədən ibarətdir?
Uşaqlıq boynu xərçəngi xəstəliklərinin geniş yayılması uşaqlıq boynu fon xəstəliklərinin zamanında aşkarlanması və müalicəsinə xüsusi diqqətin ayrılması problemini qabardır. Nəzərə alsaq ki, uşaqlıq boynu xərçəngininin uzun müddət – 5 ildən 30 ilədək latent forması mövcuddur. Bu xəstəliyin diaqnostika metodlarına xüsusi diqqət ayırmaq məqsədəuyğun olar. Ümumdünya səhiyyə təşkilatının verdiyi məlumatlara əsasən uşaqlıq boynu xərçənginin geniş yayılması və bu xəstəliklərdən ölüm halları yüksək inkişaf etmiş ölkələrdə aşağı göstəricilərdə, zəif və orta inkişaf etmiş ölkələrdə isə bunun əksinə olaraq yüksəkdir. Bəs bunun belə olmasına səbəb nədir? Məsələ burasındadır ki, uşaqlıq boynu xərçənginin zamanında ilkin mərhələlərdə aşkarlanması bu xəstəliyin qarşısının alınmasında və qadının ömrünün uzadılmasında böyük rol oynayır. Bunun üçün qadınların ildə bir dəfə uşaqlıq boynu xəstəlikləri səbəbindən müayinələrdən keçirilməsi, PAP smear adlanan analizin zamanında götürülüb düzgün dəyərləndirilməsi vacibdir.
Pap smear testi necə aparılır?
Pap smear testi uşaqlıq boynundakı prekanserogen zədələnmələri aşkar etmək üçün aparılan diaqnostik testdir. Ginekoloji müatinə zamanı uşaqlıq boynundan sitoloji yaxma alınır. Alınmış material histopataloji laboratoriyalarda müayinə olunur.
İlk müayinə 18 yaşında və ya cinsi əlaqənin başlandığı vaxtda aparılır və hər il təkrarlanır.
Histerektomiya ilə uşaqlıq və uşaqlıq boynu götürülmüş qadınlarda Pap smear testi uşaqlıq yolu xərçəngi haqqında məlumat verir. Pap smear testi nəticəsində anormal cavab alınmış qadınlarda risk faktorları nəzərə alınaraq testin iki ildə bir və ya daha tez- tez təkrarlanması lazımdır.
İmmun sistemlə bağlı pozğunluğu olan, orqan transplantasiyası icra edilmiş və ya kimyəvi müalicə alan qadınlarda bu test 6 ayda bir dəfə təkrarlanmalıdır.
HPV profilaktikası necə aparılır?
boynu xərçənginin profilaktikasında əsas mərhələlərdən biri cinsi yolla yoluxan infeksiyalardan qorunmaqdır. HPV infeksiyasının profilaktikasında cinsi əlaqə zamanı prezervativlərin istifadəsi önəmlidir.
Cinsi həyatı olan qadınlarda ildə bir dəfə ginekoloji müayinə və Pap smear testi aparılmalıdır. Pap smear testi normal və uşaqlıq boynunda qızarma ( eroziya ) yoxdursa, xəstəyə illik smear kontrolu məsləhət görülür.
Həkimin məsləhəti ilə HPV vaksinasiyası da aparıla bilər. Uşaqlıq boynu xərçəngi vaksini yüksək riskli HPV virus infeksiyasına qarşı müdafiə olaraq əldə edilmiş və 75 – 80 % hallarda xərçəngin qarşısını ala bilən vaksindir. əlavə təsirləri minimal olan, lakin bahalı prosedur olub, əsasən 14 – 46 yaşlarında aparılır.
Uşaqlıq boynu şişlərinin Müalicəsi necə aparılır?
Müalicə: uşaqlıq xərçənginin müalicəsi kompleks şəkildə aparılır: əməliyyat, kimya və şüa terapiyası. İndividual vəziyyətə , xəstəliyin mərhələsi, yanaşı gedən xəstəliklər, uşaqlıq boynunu vəziyyəti və hazırda olan iltihabi xəstəliklər nəzərə alınaraq müalicə təyin edilir.
Əməliyyat zamanı gedişindən asılı olaraq, uşaqlığın boynu və ya onun bir hissəsi, bəzən isə tamamilə uşaqlıqla birlikdə şişin çıxarılması mümkündür. Əgər şiş hüceyrələri kiçik çanağın limfa düyünlərinə də yayılıbsa bu zaman əməliyyat zamanı onlar da aradan götürülür. Yumurtalıqların saxlanılması isə vəziyyətdən asılı olaraq dəyişir, belə ki, cavan qadınlarda xərçəngin ilk mərhələlərində onları saxlamaq mümkündür.
Əməliyyatdan sonra ehtiyac olduqda pasientlərə şüa terapiyası təyin edilir. İonlaşdırıcı şüalarla müalicə həm əməliyyatı tamamlayan bir müalicə növü kimi, həm də ayrı bir müalicə sistemi şəklində təyin edilə bilər.
Bundan başqa, uşaqlıq boynunun xərçəngi zamanı kimyəvi terapiya da aparıla bilər, bu preparatlar xərçəng hüceyrələrinin böyüməsi və çoxalmasının qarşısı alır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, uşaqlıq boynu xərçəngində kimyəvi terapiyanın imkanları çox məhduddur.
. Uşaqlıq boynu xərçənginin əsas hematogen metastazvermə nahiyələri hansılardır? A) sümük, ağciyər, qaraciyər
B) böyrəklər, dalaq
C) baş beyin, uşaqlıq
D) süd vəzisi, limfa düyünləri
E) yumşaq toxuma, yoğun bağırsaq
Həkimin müalicə etdiyi tibbi sahələr:
- Uşaqlıq boynu eroziyaları, doğuşdan sonrakı uşaqlıq boynu cırıqları fonunda əmələ gələn patolojı eroziyalar.
- Uşaqlıq boynu poliplərinin xaric edilməsi.
- Uşaqlıq polipləri və uşaqlıq qanaxmaları zamanı uşaqlığın diaqnostik əməliyyatı, alınmış materialın histoloji müayinəsi.
- Bütün növ uşaqlıq yolu infeksiyaların müayinəsi və müalicəsi.
- Viruslu infeksiyaları.
- Kondiloma və papillomaların xaric edilməsi və müalicəsi.
- Uşaqlığın fibromioması və yumurtalıq kistalarının düzgün müayinə və müalicəsi.
- Süd vəzi patologiyaları - mastopatiya, mastalgiya, süd vəzi kistaları.
- Qadın sonsuzluğunun diaqnostikası və müalicəsi.
Ən çox oxunanlar
Son xəbərlər