Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qanunvehedef.az saytı Respublika Dəri Zöhrəvi Dispanserinin həkim dermatoloqu Bella Sultanovanın müsahibəsini təqdim edir.

Baxılıb: 4 027     Tarix: 20-06-2018 11:45   
Ekzema nədir?

Ekzema qədim dəri xəstəliklərindən hesab olunur. Buna baxmayaraq dəri xəstəliyi kimi ilk dəfə XIX əsrin əvvəllərində ingilis dermotoloqları Uillen, Beytman və Biyett tərəfindən qeydə alınıb. Ekzema –xroniki gedişə və residivləşməyə meyilli,polimorf səpgilərlə xarakterizə olunan, neyroallergik mənşəli dərinin iltihabi xəstəliyidir. Ümumiyyətlə ekzema dəri örtüyünün bütün sahələrində baş verə bilər.Lakin əllərdə,qollarda,üzdə, boyunda, aşagı ətraflarda daha cox rast gəlinir.Səpgilər adətən simmetrik xarakterli olur,nadir hallarda bir tərəfli ola bilir.Zədə nahiyələrində sudurcuqlar,düyüncüklər,irinciklər,çat,qartmaq və digər morfoloji elementlər rast gəlinir.Səpgilərin bu xarakterdə olması,yəni həm birincili,həm də ikincili morfoloji elementlərin birlikdə rast gəlinməsi ekzema üçün xarakter əlamət sayılır.Bəzən sagalmaga meyl edən xəstəlik,hər hansı ekzogen və endogen qıcıqlandırıcıların təsiri nəticəsində yenidən kəskinləşir.Xəstələrdə subyektiv olaraq zədə nahiyəsində qaşınma,dartınma hissi baş verir,xəstələrdə əsəbilik,qıcıqlandırıcılıq müşahidə olunur
Ekzemanın əlamətləri hansılardır?

Dəri qızarır, qaşınır, quru yanaq pul-pul tökülür. Dəri ödemləşib şişə bilər. Bəzən infeksiya da qoşula bilər. Üzdən başqa bilək , diz arxası təsirə məruz qalır. Dəridə çatlar əmələ gəldiyi üçün infeksiyalara qarşı müdafiəsiz qalır. Ekzema kəskin və xroniki gedişlidir. Kəskin ekzema nəzər çarpan eritema ödem , qaşıntı, qaşınan sahənin eroziyası sonradan kəpəklərin tökülməsi xarakterikdir 1,5-2 ay çəkə bilər. Yarım kəskin gedişdə əlamətlər az nəzərə çarpır, göyümtül çəhrayi rəng alır ödem mülayimdir.

Müddəti yarım ilə qədər ola bilər. Xroniki gedişdə dərinin infiltrasiyası müşahidə olunur, qabarcıqlar, eroziyalar, çətinliklə seçilir. Gedişi uzun müddətli və residivləndir. Dishidrotik ekzema- ovuc içində ayaq altında çoxsaylı və çox kameralı möhkəm qabıqlı suluqla qabarcıqlar əmələ gəlir.

Ekzemanın hansı kliniki formaları var?
Ekzemanın aşagıdakı kliniki formaları ayırd edilir:

 1.Həqiqi ekzema
2.Mikrob ekzeması
 3.Seboreya ekzeması
 4.Uşaq ekzeması
 5.Peşə ekzeması

1Həqiqi ekzema-xəstəliyin digər formalarından fərqli olaraq zədələnmə sərhədləri qeyri-kəskin və simmetrik olur.Xəstəlik uzun sürür,arabir yaxşılaşır,yenidən kəskinləşir,yayılmaga daha cox meyillidir,müalicəyə inaddır.

2.Mikrob ekzeması-zədələnmə sərhədləri kəskin olur,daha cox irinciklər müşahidə olunur.Xəstəlik adətən irinli yaralrın ətrafında başlanır,əvvəlcə bir tərəfli olur,sonralar ekzema simmetrik hal alır.Mikrob ekzeması nadir hallarda yayılmaga meyilli olur.

3.Seboreya ekzeması-əsasən başın tüklü hissəsində,üzdə,döş qəfəsinin ön və arxa səthlərində piy vəzilərinin zəngin olan sahələrində müşahidə olunur.Zədə nahiyəsində sulanma nisbətən az olur,sarı boz qabıqlar,şiddətli qaşınma müşahidə edilir.
 
4.Uşaq ekzeması-daha cox ilk 6 ayda başlanır.Zədə nahiyələri simmetrik,sərhədlər qeyri-dəqiq olur.Uşaqlarda mədə-bagırsaq pozuntuları daha cox oldugundan ekzemanın qarışıq formaları rast gəlinir.
 5.Peşə ekzeması-istehsalat şəraitində peşə amillərinin təsiri nəticəsində əsasən orqanizmin açıq nahiyyələrində əmələ gəlir.Adətən bu ekzema peşə allergik dermatitindən sonra əmələ gəlir,zədə sərhədləri dəqiq olur.

Hansı amillər xəstəliyin inkişafına təkan verə bilər?

 - İrsiyyət. İnsanın yaxın qohumları (ana, ata, nənə, baba və s.) arasında bu xəstəlikdən əziyyət çəkənlər varsa, bu insanda ekzemanın inkişafı riski artmış olur.
 - Psixiki travmalar. Ağır streslər, psixiki travmalar insanda müxtəlif xəstəliklərin, o cümlədən, dəri xəstəliklərin inkişafına təkan verir.
 - Şəkərli diabet. Şəkərli diabet zamanı kiçik kapilyarlar zədələnir, dərinin qanla təchiz olunması pozulur ki, nəticədə ekzema inkişaf edə bilər.
- Qalxanvari vəzi xəstəlikləri (hipertireoz)
 - həzm sistemi xəstəlikləri (disbakterioz, qastrit, kolit, qara ciyər və öd kisəsi xəstəlikləri və s.)
 - Varikoz xəstəliyi. Varikoz zamanı ayaqlarda qan dövranı pisləşir ki, nəticədə ayaqlar dərisində tez-tez ekzema əmələ gəlir.
 - Allergiyalar (qidaya, bitki tozcuqlarına, heyvan tükünə və s.)
 - Bəzi kimyəvi maddələrlə (xrom, nikel, boyaq maddələri, yuyucu vasitələr və s.) uzun müddət ərzində təmasda olmaq.
 - Mikroblar, göbələklər. Əgər insanın dərisində uzun müddət ərzində iltihab prosesi varsa, bu prosesin fonunda dəridə ekzema inkişaf edə bilər. Xəstəliyin simptomları xəstəliyin növündən və mərhələsindən asılı olaraq fərqlənir, lakin ümumiyyətlə bu simptomlar oxşardır.
 Simptomlar arasında:
 - dərinin bir hissəsində qızartı əmələ gəlir, dəri bu yerdə qalınlaşır,
 - iltihablaşmış yerdə səpgilər əmələ gəlir (səpgilər ekzemanın növündən asılı olaraq müxtəlif şəkildə ola bilər),
 - qaşınma əmələ gəlir. Qaşınma o dərəcədə güclü olur ki, insanın normal yuxusu və normal həyat ritmi pozulur.
 - səpgilərin qabarcıqları deşilir və yerində kiçik ağrılı yaralar, çatlar əmələ gəlir.
 - dərinin üzərində pulcuqlar əmələ gəlir.
 - iltihab azaldıqda zədələnmiş yerdə dəri quru, nahamar olur, çatlayır.

Ekzemanın müalicəsi necə aparılır?

Ekzemanın müalicəsi kompleks aparılmalıdır.Sinir,endokrin pozuntular aradan qaldırılmalı,xroniki infeksiya ocaqları sanasiya olunmalı,hipoallergik dieta təyin olunmalıdır.Dərman preparatlarından antihistamin,desensibilizəedici,hormonal,sedativ preparatlar,vitaminoterapiya və yerli müalicə aparılmalıdır. Profilaktika-əsas şəxsi gigiyena qaydalarına,dietaya riayət etməkdən ibarədir.Zərərli vərdişlərdən,allergenlərdən uzaq olmaq,xroniki infeksiya ocaqlarının vaxtında sanasiyası vacib profilaktik tədbirlərdəndir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar