Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Uşaqlar da koronadan ağırlaşır: Necə qorunmalı?

Baxılıb: 360     Tarix: 03-09-2021 12:18   

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “Mu” adlı yeni variantını izləyir. Təşkilat bununla bağlı açıqlamasında bildirib ki, ‘’Mu’’ variantı hələ tam tədqiq olunmayıb, amma mutasiyalar onun COVİD-19 peyvəndlərinə duruş gətirə biləcəyi riskini yaradır və ÜST bundan narahatdır. ‘’Mu’’ variantına yoluxma ilk dəfə bu ilin yanvarında Cənubi Amerikada qeydə alınıb. Hazırda Cənubi Amerika ilə yanaşı Avropanın da bəzi ölkələrində virusun bu növünə yoluxanlar var.
Virusun digər variantları ilə müqayisədə ‘’Mu’’ya yoluxmaların sayı hələ ki cüzidir. Virusun adı yunan əlifbasının 12-ci hərfindən götürülüb. Elmi dairələrdə ‘’Mu’’ variantı B.1.621 kimi təsnif edilib.
Yeni variantların (ştamların) yaranması haqda əvvəl danışanda deyirdilər ki, tədricən mutasiya virusun öldürürücülük və yayılma qabiliyyətini azaldacaq və sairə. Amma “Delta” ştammı göstərdi ki, əksinə, mutasiya daha təhlükəli varianta çevrilə bilir. Üstəlik, bundan əvvəlki ştamm-COVİD-19 uşaqlara zərər vermirdi, indi isə Azərbaycanda da son günlər hətta uşaqların koronavirusdan ağırlaşması qeydə alınıb. Mütəxəssislər bunun səbəbini koronavirusun təhlükəli “Delta” ştammının ölkəmizdə də sürətlə yayılmasında görürlər. Məlum olduğu kimi, “Delta” ştammı uşaqlarda da ağır fəsadlara yol aça bilir. Yeni ‘’Mu’’ ştammından nə gözləyək? Uşaqları təhlükəli “Delta” ştammından necə qorumalı?
Qanunvehedef.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova danışıb:
“Öncə deyim ki, Kolumbiyada ‘’Mu’’ ştammı ilə əlaqədar genişmiqyaslı tədqiqat aparılmayıb. Ona görə də klinik gedişatı necə olacaq, risk qrupuna kimlər daxil olacaq, qorunma qaydalarında bir dəyişiklik olacaqmı və sairə bu suallarla bağlı indidən dəqiq bir söz demək mümkün deyil. Bu haqda ÜST-in məlumatlarını gözləyirik. Bildiyimiz odur ki, hazırda Kolumbiyada yoluxanların də ortalama götürsək, 30-40 faizi ”Mu" ştammına yoluxub. Bu da onu göstərir ki, əslində o ştammın da yoluxduruculuğu heç də az olmayacaq. Ancaq yenə də panikaya qapılmayaq, qorunma qaydalarına ciddi bir dəyişiklik olacağını düşünmürük. Yenə də sosial məsafə, əl gigiyenasına əməl etmək, xüsusən də məktəblərin açıldığı vaxtda otaqların tez-tez havalandırılması, uşaqların əl gigiyenası qaydalarına vərdiş etdirilməsi, simptomları olan uşaqların məktəbə göndərilməməsi və sosial məsafənin məktəblərdə gözlənilməsi kimi qaydalara nəinki məktəb işçilərinin, müəllimlərin, tərbiyəçilərin, eyni zamanda da valideynlərin də diqqətlə yanaşmasını xahiş edirik".
İnfeksionist son günlər uşaqlar arasında da virusdan ağırlaşmaların olduğunu deyib:
“Hazırda ölkəmizdə də bu səbəbdən xəstəxanada müalicə alan uşaqlar var. Ölkəmizdə "Delta" ştammının üstünlük təşkil etdiyini nəzərə alaraq, bu uşaqların da bu ştamma yoluxma nəticəsində ağırlaşmaların olduğunu düşünürük. Bu uşaqların bəzilərinin yanaşı xəstəlikləri olduğu halda, bəzilərinin heç bir yan xəstəliyin olmadan da ağırlaşmaların müşahidə olunduğunu görürük. Buna görə də, qorunma qaydalarından əvvəl böyüklərdən ciddi tələb etdiyimiz halda, indi uşaqlardan da xüsusən də məktəbə gedən, bağçaya gedən uşaqlar arasında da qorunma qaydalarına ciddi riayət olunmasını xahiş edirik. “Mu” ştammının uşaqlara təsiri ilə bağlı heç bir məlumat əldə etməmişik. Çünki yoluxanların sayı o qədər azdır ki, yoluxanlar üzərində klinik tədqiqat aparıb bir nəticəyə gəlmək hazırda mümkün deyil".
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev isə bildirib ki, hazırda dünyada, eləcə də Azərbaycanda uşaqlarla, xüsusən də məktəblilərlə olan vəziyyət elmi əsaslı yeni strategiyalar tələb edir: “Uşaqlarda Long-COVİD təhlükəsi nəzərə alınaraq onların maksimum şəkildə qorunması və zamanında virusa yoluxmalarının aşkar edilməsi çox vacibdir, əks halda ölkənin səhiyyə sistemində yaranacaq yüklənmədən dolayı uşaqlara da lazımi tibbi xidmətin göstərilə bilməməsi qaçılmaz ola bilər.
Müasir testlərin məktəblərdə ən son elmi əsaslı strategiya ilə tətbiqi tədrisin distant deyil, məktəblərdə davamlı keçirilməsinə birbaşa şərait yaradır. Əks halda, “Delta” variantının özünəməxsus yüksək yoluxduruculuğu məktəblilər arasında, daha dəqiq desək, ümumiyyətlə, tədrisin təşkilində ciddi problemlər yarada bilər".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar