Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Azneft”də struktur dəyişikliyi - Baş direktor vəzifədən getdi

Baxılıb: 481     Tarix: 15-10-2025 10:35   

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) struktur və kadr dəyişiklikləri olub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Modern.az məlumat yayıb.
Dəyişikliklə “Azneft”in baş direktoru vəzifəsi ləğv edilib. Bundan sonra İB-də müxtəlif sahələr üzrə bir neçə direktor vəzifəsi olacaq.
Bu səbəbdən də “Azneft”in baş direktoru Əli Qurbanov vəzifəsindən azad edilib.
Yeni qərarla o, “SOCAR Upstream” xüsusi layihələr üzrə direktor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Ə.Qurbanov bu vəzifəyə ötən ilin martında təyin olunmuşdu. O həmin təyinatadək “Umid-Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar