Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tramp onu ölümündən sonra təltif etdi - Foto

Baxılıb: 460     Tarix: 15-10-2025 10:09   

ABŞ Prezidenti Donald Tramp bu il sentyabrda sui-qəsd nəticəsində öldürülən gənc siyasi fəal Çarli Kirki ölümündən sonra Azadlıq Medalı ilə təltif edib.
Qanunvehedef.az xarici KİV-ə istinadən xəbər verir ki, bu münasibətlə Ağ Evin həyətində keçirilən mərasim Çarli Kirkin doğum gününə həsr olunub.
Tədbirdə onun həyat yoldaşı Erika Kirk, vitse-prezident Ceyms Devid Vens, xəzinədarlıq katibi Skot Bessent, ticarət katibi Hovard Lutnik, baş prokuror Pam Bondi və müdafiə naziri Pit Heqset də iştirak ediblər.
Tramp çıxışı zamanı Kirki “əsl qəhrəman” adlandırıb və onun siyasi mübarizəsini yüksək dəyərləndirib.
Xatırladaq ki, 32 yaşlı Çarli Kirk 2025-ci il sentyabrın 10-da Utah Universitetində çıxışı zamanı silahlı hücum nəticəsində həyatını itirib. Kirk Trampın açıq tərəfdarlarından biri kimi tanınırdı.


Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar