Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bahar Muradova: "Üç minədək qız erkən evliliklərə qarşı təşkil edilən təlimlərə cəlb olunub və maarifləndirilib"

Baxılıb: 632     Tarix: 14-10-2025 10:34   

Təhsil insan həyatının bütün sahələrinə - iqtisadiyyata, sosial rifaha, mədəni inkişaf və təməlinə birbaşa təsir edən ən əsas amildir.
Qanunvehedef.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda keçirilən 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində çıxışı zamanı deyib.
O, yeni çağırışlara qoşulmağın zəruriliyindən danışıb:
"Gündəlik olaraq bu çağırışlara qoşulmasaq, öz imkanlarımızı artırmasaq, yeni bilik və vərdişlər qazanmasaq, təbii ki, müasir dünyanın inkişaf tempinə uyğunlaşa bilməyəcəyik. Dövlətin müəyyən etdiyi siyasətə uyğun olaraq, Dövlət Komitəsi aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti subyektləri ilə birgə çoxsaylı layihələr həyata keçirir. Bu layihələr arasında təhsilin və gənclərin imkanlarının artırılması məqsədi daşıyan təşəbbüsləri cəmiyyət böyük maraqla qarşılayır. Bu layihələr şəhid xanımlarının və gənc qadınların təhsilə çıxış imkanlarını genişləndirir, onların gələcəyə inamla addımlamasına dəstək verir".
Komitə sədri əlavə edib ki, üç minədək qız erkən evliliklərə qarşı təşkil edilən təlimlərə cəlb olunub və maarifləndirilib.

Qanunvehedef.az 



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar