Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ultrasəs müayinə səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. Həkim-radioloqla müsahibə

Baxılıb: 2 896     Tarix: 19-07-2018 17:13   
Qanun və Hədəf az"saytının"Həkimim”rubrikasının bu dəfəki qonağı Baku Medical Plaza Klinikasnın Babək filialının həkim- radioloqu Gülnarə Seyidova ilə müsahibəmizdə
radiologiya sahəsinin hazırkı inkişaf səviyyəsi, ayrı-ayrı xəstəliklərin
müalicəsində bu sahənin əhəmiyyətli rolu, pasiyentləri daha çox maraqlandıran suallar ətrafında söhbət etmişik.Gülnarə həkimlə
müsahibəni sizə təqdim edirik.
 

Ultrasəs müayinəsi nədir?

Utrasəs aparatının iş prinsipi - səs dalğalarının fərqli toxuma və orqanlardan fərqli şəkildə əks olunma xüsusiyyətinə dayanır.Ultrasəs müayinəsi burdakı səs dalğaları yüksək frekanslı və insan qulağının eşitmə səs dalğalarıdır.Ultrasəs-tibbin bütün sahələrində istifadə olunan çox faydalı bir görüntüləmə metodudur. Səs dalğaları olduğuna görə bütün insanlar, həmçinin hamilələrdə və yeni doğulan körpələrdə istifadəsi zərərsizdir. Ultrasəs müayinəsi qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin müayinəsi,damarların rəngli doppleri, həyata keçirir. Ultrasəs müayinəsi Baku Medical Plaza Klinikasnında  ultrasəslə müayinə kabineti tibbin ən son metodları ilə təchiz olunub. Klinakada tətbiq edilən unikal, funksional Voluson E6 ultrasəs aparatı ,xəstəliklər haqda dəqiq və ətraflı məlumat əldə etmək imkanı yaradır.Ultrasəs müayinə (USM) səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. Son illər ərzində, Ultrasəs müayinəsi əvəz olunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s.orqanların Ultrasəs müayinəsi geniş istifadə edilir.Hamiləliyin gedişini izləmək üçün bu metod əvəz edilməzdir. Ultrasəs müayinə yalnız hamiləliyin mövcudluğunu müəyyən etmək deyil, həmçinin embrionun inkişafını müşahidə etmək, donmuş hamiləliyi, uşaqlıq xaricində hamiləliyi vaxtında aşkar etmək, dölün xromosom patologiyasının mövcudluğundan şübhələnmək imkanını verir.

Pasientlər hansı hallarda USM müayinələrindən keçməlidirlər?

– Qarında bir neçə saat əvvəl başlamış və davamlı ağrı

- Ağrılı, qanlı sidiyə çıxma, kəsintili sidik ifrazı. Bu zaman bulantı və qusma halları daola bilə
– Gözlərin və bədənin saralması, qarnın sağ üst tərəfində ağrının olmas
ı– Ailədə böyrək xəstəlikləri, böyrək daşı, şəkər xəstəliyi və s. kimi xəstəliklərin olmas
ı– Həzmin normal olmaması– Yol nəqliyyat hadisələri və ya qarına küt alətlə travma aldıqda
– Ümumi check-up müayinə– Qadınlarda kiçik çanaqda kəskin ağrılar, qanaxmalar
– Hamiləlik, dölün inkişafını izləmək. Hamiləlik zamanı qarında ağrıların olması,qanaxma. Döldə ola biləcək qüsurların erkən diaqnostikası
– Qalxanabənzər vəzinin xəstəlikləriO ki qaldı pasientin neçə müddətdən bir USM-dən keçməsinə. Onu demək istəyirəm ki,sağlam yaşamaq və hər hansı bir xəstəliyin daha erkən aşkarlanması üçün hər 6 aydanbir, yaxud da heç olmasa, ildə bir dəfə bu müayinədən keçmələri şərtdir
.– USM müayinəsinə gəlməyə hazırlaşan pasient nə etməlidir, yəni bunanecə hazırlaşmalıdır?
-Təcili haldan başqa qarın boşluğunun müayinəsi zamanı pasientin 12 saat öncədən ac olması, bir gün öncədən köp verə biləcək qida məhsullarının uzaq durmaları;
Böyrək, sidik kisəsi, prostat vəzi və başqa ginekoloji USM-dən öncə 1.5-2.5 litr maye qəbul edərək sidik kisəsinin doldurulması vacibdir. Ginekoloji orqanların müayinəsi müayinəsi üçün hər hansı bir hazırlıq lazımdeyil. Tireoid , süd vəziləri, hamiləlik zamanı USM üçün də hazırlıq gərəkli deyil.

Gülnarə həkim, hamiləlik zamanı Usm ziyanlıdırmı?


Ultrasəs müayinəsi (USM) – hamiləliyin gedişinə nəzarət edilməsi üçün ən çox məlumat verə biləcək müayinə üsuludur. Məhz USM-in köməyilə hamiləliyin gedişi, dölün vəziyyəti barədə məlumat almaq olur.Bu isə bir çox pozulmaları vaxtında aşkar edərək müvafiq tədbirlər görməyə imkan verir. Qadınlar hamiləlik dövründə USM-dən keçməkdən qorxmamalıdırlar. Bu barədə çox danışılsa da, ultrasəs müayinəsinin döləmənfi təsir etməsi barədə ciddi sübutlar aşkar edilməmişdir.Hamiləliyin müddəti ərzində ən azı 3-4 dəfə ultrasəs müayinəsindən keçmək lazımdır. Bu, hətta ideal şəkildə normal keçən hamiləlik üçün də ən minimal sayhesab olunur.İlk ultasəs müayinəsi hamiləliyin 5-6-cı həftəliyində olan dövrdə aparılmalıdır.Bu, dölün uşaqlığın daxilində olmasına əmin olmaq və bununla da uşaqlıqdan kənar hamiləliyi istisna etmək üçün tələb olunur. Hamiləliyin bu dövründə aparılan ultrasəs müayinəsi əksər hallarda vaginal (uşaqlıq yolundan) üsulu iləaparılır: rüşeym yumurtasının ölçüləri çox kiçik olduğu üçün ultrasəs aparatı iləonu qarın boşluğunun ön divarından görmək olmur. Narahat olmayın, bu təhlükəli deyil və hamiləliyin pozulmasına səbəb ola bilməz.Ultrasəs müayinəsi 2-ci dəfə hamiləliyin 10-11-ci həftələrində aparılır. Bu,uşağın inkişafında mümkün ola biləcək ağır anomaliyaların aşkar edilməsi məqsədi ilə aparılır. Digər tərəfdən, məhz bu dövrdə hamiləliyin müddətini daha dəqiqliklə müəyyən etmək, həmçinin həmin dövrə qədər dölün, artıq formalaşmış olan ürək fəaliyyətinə nəzarət etmək də mümkün olur.Ultrasəs müayinəsi 2-ci dəfə hamiləliyin 10-11-ci həftələrində aparılır. Bu,uşağın inkişafında mümkün ola biləcək ağır anomaliyaların aşkar edilməsi məqsədi ilə aparılır. Digər tərəfdən, məhz bu dövrdə hamiləliyin müddətini dahadəqiqliklə müəyyən etmək, həmçinin həmin dövrə qədər dölün, artıq formalaşmışolan ürək fəaliyyətinə nəzarət etmək də mümkün olur.Üçüncü ultrasəs müayinəsi üçün optimal vaxt hamiləliyin 19-21-ci həftələri hesab olunur. Bu vaxta qədər olan müddət ərzində uşağın bütün əsas orqan vəsistemləri formalaşmış olur ki, bu da onun inkişafının düzgün getməsinin qiymətləndirilməsinə imkan verir.Sonuncu (4-cü) ultrasəs müayinəsi isə doğuşdan bir qədər əvvəl – hamiləliyin 30-cu həftəsindən sonra aparılır. Bu, təbii doğuşun aparılmasına maneçilik törədə bilən faktorların aşkar edilməsinə imkan verir: məsələn, dölün anabətnində düzgün yerləşməməsi (köndələn və ya üzü qabağa olmaqla və s.);dölün baş ölçülərinin ananın çanaq ölçülərindən artıq olması və s.

USM vasitəsilə hansı orqanlar haqda məlumat əldə etmək olur?

Abdominal usm
– qarın boşluğu orqanları : qaraciyər, öd kisəsi , mədəaltı vəz, dalaq
Uroloji usm
 – sidik sistemi : böyrəklər, sidik kisəsi ( kişilərdə prostat vəz)Ginekoloji usm-qadın cinsiyyət sistemi :
 uşaqlıq boynu, uşaqlıq , yumurtalıqlar.
Skrotal usm
– kişi cinsiyyət sistemi: xaya və xaya artımları
Həmçinin timus vəzin , qalxanabənzər vəzin, limfa düyünlərinin, süd vəzlərinin ultrasəslə müayinəsi aparılır.
Bundan başqa 3D və 4D görüntüləmə, rəngli doppler müayinələri həyata keçirilir.
Hamiləliyin müxtəlif trimestrlərində dölün vəziyyəti barədə valideynlərə geniş məlumat verilə bilir.
Damarların ( arteriyaların və venaların ) rəngli doppler vasitəsilə müayinəsi müxtəlif damar patologiyalarını aşkar etməyə imkan verir.

Doppleroqrafiya nədir?

Doppleroqrafiya - ultrasəs dalğaların köməkliyi ilə damarların yoxlanılması üsuluna deyilir. Bugünki gün nəzərə alsaqki, bir çox xəstəliklərin nəticəsində orqanlarda baş verən qan dövranının pozulması habelə beyin, yuxarı, aşağı ətraf,daxili və eləcədə reproduktiv sistemə cavabdeh olan orqanların qan dövranını yoxlanılmasına böyük ehtiyac duyulur.Doppleroqrafiyada istifadə edilən yeni texnologiyaların köməkliyi ilə müayinə edilən damarın mənfəzində axan qandövranı haqqında çox yüksək məlumat əldə etmək mümkündür. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, bumüayinə üsulu tam ağrısız, insan orqanizminə heç bir ziyanı olmayan və əks göstərişləri olmayan kimi müsbət tərəfləri vardır. Bir sözlə qeyd etmək olar ki doppler effektində əsaslanmış bu üsul sonuc olaraq qan axımının parameterlərin norma və yaxud normadan kənar olması barədə nəticə vermək və qan dövranının pozulmasına səbəb olan faktorları qabaqcadan aşkarlamağa imkan yaradır.

Rəngli doppler dedikdə nə başa düşülür?

Doppler üsulu ilə damarların yoxlanılması müxtəlif formalarda aparıla bilər məsələn impul dalğalı, fasiləsiz dalğalıdoppler üsulları ilə. Bunlara spektral doppler üsulları deyilir, hansılar ki damarlarda gedən qan axımı surətinin kəmiyyət və keyfiyyət baxımından qiymətləndirməyə imkan yaradır. Lakin müasir texnologiyalarının artmasını nəzərə alsaq son vaxtlar xüsusi rəngli doppler üsulu diqqət cəlb edir.Əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki buzaman qan axımının artıq üç göstəricisini yəno onun surəti,istiqaməti axımın xarakteri haqqında məlumat əldəedilir.Digər müsbət tərəfi təbii ki göz qabağındadır real zamanda qan axımının yetərincə böyük sahədə izləmək imkanı, bundan əlkavə damarın mənfəzində gedən dəyişiklikləri ( ateroskleroz tromboz) daha dəqiq yerləşməsinin və yayılma istiqamətini aşkarlamağa imkan yaradır.Rənqli dopplerin modifikasiyalarından biri energetiuk doppler hesabedilir- əsas əhəmiyyəti sadəcə damarda qan axımının olması haqqında məlumatr əldə etmək imkanı yaradır.

Doppleroqrafiyaya göstərişlər hansılardır?

1 Tez-tez təkrarlanan baş ağrıları və başgicəllənmələr
2 Vaxtaşırı baş verən bayılmalar
3 Əllərdə və ayaqlarda keyimə və soyuqluq hissi
4 Aşağı ətraflarda baş verən ağırlıq və şişkinlik hissi,habelə aşağı ətraflarda əmələ gələn damar toru.
5 Daxili orqanlarda- böyrək mənşəli təzyigə şübhə olduqda habelə qaraciyər xəstəliklərində bu orqandan keçən və onunla birləşən damarların qan dövranını yoxlanılmasında
6 Reproduktiv sistemdə - sonsuzluğa səbəb olan varikosele xəsliyinin aşkarlanması və təsdiq olunmasında
7 Hamiləlik dövründə ana ilə dölün arasında gedən qan dövranının yoxlanılmasında və digər məsələlərdə uğurla istifadə edilir.
Gülnarə Seyidova həkim-radioloq
Həkimlə əlaqə (+994) 50 574-41-64(+994) 50 574-41-64

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar