Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Metalsız keramik qapaqlar – içərisində metal olmayan keramik qapaqlardır Həkim – stomatoloqla müsahibə

Baxılıb: 6 428     Tarix: 24-07-2018 09:13   

Respublika Stomatoloji mərkəzinin həkim - stomatoloqu Leyla Feyzullayeva Qanunvehedef.az saytına estetik stomatologiya mövzusundakı müsahibəsində zirkon qapaqlar (koronkalar), metalsız keramika, laminavinir, dişlərin ağardılması haqqında ətraflı müsahibə verib və həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq. Stomatologiyada uzun müddətdir istifadə olunan metal-keramik qapaqlar (koronkalar) estetik görünüşü,müsbət gigiyenik xüsusiyyətləri və funksional rahatlığı ilə əvəz olunmaz bərpa vasitəsinə çevrilmişdir. Halhazırda protetik stomatologiyada məs metal-keramika yanı farfor bərpalara üstünlük verilir.Amma son vaxtlar, metal-keramik qapaqların bəzi estetik nöqsanlarını və periodontal toxumalara mənfitəsirini nəzərə alaraq, metalsız yanı tam keramik qapaqların hazırlanması sıxlaşıb. Bunlar müxtəlif növola bilərlər – bərkidilmiş farfor, keramer, təkmilləşdirilmiş şüşə-keramika, ittriy şüşə, alümin-oksid vəsirkon-dioksid əsaslı.

Diş qapağı (koronka) nədir?


Diş qapağı ağız boşluğunda hər hansı bir səbəblə itirilmiş, olmayan dişlərin və ya bir hissəsi itmiş dişlərin yenidən bərpası üçün istifadə olunan ortopedik konstruksiyalardır. Diş qapaqları bir neçə növdə mövcuddur.Bunlar əvvəllər daha çox bilinən metal qapaqlar, titan qapaqlar daha sonralar metal plasmaz qapaqlarla əvəz olunmuşdur. Günümüzdə daha çox metal keramika, zinfonim qapaqlar, lamina vinirlər, metalsız keramika qrupundan press keramika və s. mövcuddur. Bu qapaqlar dişlərin bütövlüyünü bərpa etməz, həmçinin estetik önəmdə daşıyır. bu qapaqları hazırlayaraq xəstələrin estetik xüsusiyyətlə yanaşı, anatomik ehtiyaclarını da qarşılayırıq. Diş tacı tamamilə itirilmiş hallarda da bu qapaqlardan istifadə olunur. əgər dişin kökü sağlamdırsa,bu kökdən dəstək alaraq poskor və s. metodlarla həmin dişi bərpa edib, üzərini qapaqla örtə bilirik.


Diş qapaqları hansı materiallardan hazırlana bilər?  

Diş qapaqları bir neçə materialdan hazırlana bilir. Bu materiallar keçmişdən bu günə qədər diş həkimləri tərəfindən rezalusiyalara uğramış, hal-hazırda dişin ən gözəl formasını əks etdirə biləcək materialların stamatologiyalar da istifadəsinə gəlib çıxmışdır. Bunlar plasmaz, keramika, sirkonium və s. materiallardır. Halhazırda belə bir fikir vardır ki, sirkonium qapaqlar metal qapaqlardan daha möhkəmdir. Əslində isə bu belə deyil. Sirkonium qapaqların təzyiqə davamlılığı 800-900 meqapaskal olduğu halda, metal qapaqların davamlılığı 1000-1100 meqapaskal arasında dəyişir. ona görə biz bu konstruksiyaları seçdiyimiz zaman xəstələri bu haqda məlumatlandırmalıyıq. Sirkonium qapaqlarda əslində metaldır. Element olaraq metaldır,amma bildiyimiz metal keramika qapaqlarından fərqi odur ki, sirkonium əldə edilmiş ən estetik və ağız boşluğuüçün ən sərt materialdır. Onun estetikliyinin əsas səbəbi sirkoniumun işığı keçirməsidir. hazırlanmış qapaqların estetikası onun işıq keçirmə özəlliyinə bağlı olur. buna görə materialın nə qədər çox işıq keçirmə özəlliyi varsa,bir o qədər çox estetik gözəllik alacaq. Bundan əlavə lamina vinirlər mövcuddur. Bunlar daha çox dişlərin ön hissələrinə bağlamaq üçün istifadə olunur. Bu materiallar təzyiq və dayanıqlığa az davamlı olurlar. Bunların istifadəsi üçün xüsusi göstərişlər var və hər vəziyyətdə laminavinir qapaqların əks göstərişləri də ola bilər.Bundan əlavə qızıl qapaqlar da mövcuddur. Keçmişdə daha çox istifadə olunan qapaq növü idi və hal-hazırdadaha az istifadə edirlər. 

Diş yonulma qaydalarına doğru əməl edilmədikdə ağızda hansı fəsadlar baş verə bilər?

Diş yonulma qaydalarına doğru əməl edilmədikdə isə diş aralarında sement qalınlığı artır. Ağız suyunun təsiri iləhəmin sement zamanla əriməyə başlayır və dişlə qapaq arasında passiv uyum yaranır. Nəticədə dişlərin arasına qida yığılır. Bu isə diş ətlərində qızarmaya səbəb olur: "Diş aralarında qida yığılması iltihab yaradır. Bu isə qızarma və qanamaya gətirib çıxarır. Bəzi xəstələr elə bilir ki, qapağa allergiyası olduğu üçün bunlar baş verir. Heç bir allergik testlə bunu yoxlamadan diaqnoz qoymaq olmaz. Sadəcə qapaq düzgün hazırlanmayıb. Təbii ki, allergik reaksiyalar da olur.

Metalsız keramik qapaqlar nədir?


Insanlarda dişlərin arzu olunmayan rəngi, forması, yerləşməsi keramik qapaqların hazırlanması zərurəti yaradır.
 
Keramik qapaqları iki qrupa ayırmaq olar: metal əsaslı keramik qapaqlar və metalsız keramik qapaqlar. 
Metalsız keramik qapaqların daha estetik olması və bir sıra başqa üstünlükləri müasir dövrümüzdə insanlar arasında onlara olan təlabatı daha da artırır.Metalsız keramik qapaqlar – içərisində metal olmayan keramik qapaqlardır. Müasir texnologiyalar içərisində metal olmasa da, kifayət qədər möhkəmliyə malik keramik konstruksiyaların yaradılmasına imkan verir. Hal hazırda hazırlanan metalsız keramik qapaqlar 20-30 il əvvəl hazırlanan metalsız keramik qapaqlardan möhkəmliyinə görə qat-qat üstündür

Hansı hallarda metalsız keramik qapaqlar hazırlamaq olar?

- Bir ədəd zədələnmiş dişin olması zamanı
- Diş cərgəsində bir və ya bir neçə dişin olmaması zamanı
- Ön dişlərdə estetik qüsur olduqda
- Bir dişin və ya diş cərgəsinin qüsuru zamanı
- Dişin müalicəsindən sonra plomb qoyulmuş sahə çox böyük olduqda
- İnsanlarda metala qarşı allergiya olduqda
- İmplant üzərinə diş düzəldilən zaman

Metalsız keramik qapaqlarının üstün cəhətləri hansılardır?

İnsan orqanizminə ziyansızdırlar. 
İnsan bədəninə yerləşdirilən hər hansı bir konstruksiyayaən başlıca tələb bu konstruksiyanın orqanizmə ziyansız olmasıdır. Orqanizm bu
konstruksiyaları yad cisim kimi qəbul etməməlidir.
Bu baxımdan metalsız keramikanın insan
orqanizminə heç bir ziyanı yoxdur.
Alergik reaksiyalar törətmirlər. 
Metal əsaslı keramik konstruksiyaların tərkibindəki metallar bəzi insanlarda allergik reaksiyalar törədir. 
Bu baxımdan metalsız keramik qapaqlar belə bir problem yaratmırlar.
Diş ətini qıcıqlandırmırlar. 
Metalsız keramikanın dişə və diş əti toxumalarına bioloji uyğunluğa malik olması səbəbindən metalsız keramik qapaqlar diş ətini qıcıqlandırmırlar.
Qapaqla təmas sahəsində diş ətinin rəngi olduğu kimi qalır. 
Metal əsaslı keramik qapaqlarda qapağın kənarlarının diş əti ilə təmas sahəsində keramika təbəqəsi nazik olduğundan onun altındakı metal bəzən diş ətinin altından boz rəngi zolaq şəklində görünür. 
Metalsız keramik qapaqlarda isə belə hal baş vermir.
İçərisində metal karkas olmadığı üçün formaca daha incə olurlar. 
Metal əsaslı keramik qapaqlar hazırlanarkən metal karkasa olan tələblərdən biri normativə uyğun qalınlıqda olmasıdır. 
Bu qalınlıq xüsusilə, ön dişlər hazırlanarkən imkan vermir ki, qapaqlar daha incə formada hazırlansın. 
Metalsız keramik qapaqların daxilində metal karkasın olmaması onlarıdaha incə formada hazırlamağa imkan verir.
Hazırlanarkən dişlər az yolunur. 
Daxilində metal karkas olmadığı üçün dişlər yalnız hazırlanacaq incə qapağın qalınlığı qədər yonulur.
Çəkisi yüngül olduğundan insan tez bir zamanda öyrəşir.
Diş konstruksiyalarının çəkisi onlara öyrəşmə müddətini müəyyən edən amillərdən biridir. 
Ona görə də insanlar çəkisi yüngül olan metalsız qapaqlara çox tez öyrəşirlər.
Qapaqların kənarları dişlərin üzərinə çox dəqiq oturur. 
Metalsız keramik qapaqların hazırlanmasında hal-hazırda kompüter texnologiyalarından istifadə olunur. 
Bu səbəbdən qapağın kənarları diş əti nahiyyəsində dişin boynuna çox dəqiq oturur. 
Bu isə qapağın altınaağız suyu və mikrobların keçməsinin və gələcəkdə qapağın altındakı dişin kariyeslə zədələnməsinin qarşısını alır.
Çox estetik olub təbii dişlərdən seçilmirlər. Metalsız keramikanın təbii işıq şüalarını keçirmə və əks etdirmə xüsusiyyəti dişin toxumaları ilə oxşar olduğundan bu tip qapaqlar təbii dişdən seçilmirlər.

Keramik vinirlər haqda məlumat verərdinizmi?

(Laminey, Lamine ya da lamina olaraq da tanınır.) Keramik laminat vinirlər görünüşünüzə mənfi təsirgöstərən bir çox diş problemlərinin radikal kosmetik həllidir. Laminat vinirlərlə müalicənin mahiyyəti -keramikadan hazırlanan nazik, yarı şəffaf təbəqələrin dişlərin ön səthlərinə yapışdırılmasındadır. Bu növmüalicə əsasən estetik problemləri olan ön dişlərdə tətbiq olunur və ən konservativ (qoruyucu)müalicələrdən biridir. Vinirlərin hazırlanması üçün dişlərin ön səthindən çox az bir qalınlıqda minatəbəqəsinin yonulub götürülməsi yetərlidir. Təxminən 0,3-0,7 mm qalınlığında diş toxumasi yonulubgötürülür. Yonulmuş dişlərdən ölçü alınır və istənilən rəng ve formada vinirlər diş texnikilaboratoriyasında hazırlanıb dişlərin ön səthlərinə xüsusi yapışdırıcı – adheziv ilə yapışdırılır. Vinirlərlədişlər arasında möhkəm bir birləsmə əmələ gəlir. Çox incə və metalsız olduğundan, onlar təbii dişlərəmükəmməl estetik görünüş verirlər.

Hansı hallarda laminat vinirlərlə müalicə aparılır?


Laminat vinirlər, əsasən, dişlərə istənilən rəng və estetik görünüş vermək məqsədi ilə tətbiq olunurlar.İstifadə oluna bilən sahələr aşağıdakı ardıcıllıqla sıralana bilər:Müxtəlif səbəblərdən (məsələn, çoxlu antibiotik, ftor və başqa dərmanlar istifadə etdikdə) təbii dişlərin rənglərinin dəyişilməsi hansı hallarda ki, diş ağartma (bleaching) üsulları ilə yaxşı nəticə əldə etmək mümkün olmur,Dişlər bir-birindən aralı olduqda (diastema) onların arasını bağlamaq məqsədilə,Qırıq və ya sürtülmüş dişlərin bərpasında,Rəngi və forması pozulmuş köhnə restavrasiyaların üzlənməsində,Çarpaz ve əyri dişlərin düzəldilməsində (ortodontik müalicəyə alternativ olaraq).

Dişlərin ağardılması üsulları hansılardır? 

Peşəkar ağardılma həkim- stomatoloq tərəfindən aparılır. Bu gün dişlərin bəyazlaşdırılması estetik stomatologiyanın ayrılmaz hissəsidir. Bəyaz dişlər cavanlığın , sağlamlığın və gözəlliyin simvoludur.Bu üzdən dişlərin bəyazlaşdırilmasına tələbat böyükdür. Əvvəllər pasientlər dişlərinin emalına zərər vurmaqdan ehtiyat edərək ağartmadan çəkinirdilər.Ancaq indi bu suallar artıq öz effektiv həllini tapmışdır və Şüa (Zoom) ilə və şüasız ağartma mövcuddur.Ev şəraitində ağardılma zamanı əhəmiyyətli dərəcədə az konsentrasiyalı aktiv maddələrə malik xüsusi kappalardan (dişlərə geydirilmiş qoruyucu və depozit funksiyasını yerinə yetirən plastinkalardan) istifadə edilir. Kappalar hər bir pasiyent üçün xüsusi olaraq hazırlanır və onun dişlərinə və diş cərgələrinə tamşəkildə uyğun gəlir. Həmçinin də ev şəraitində minimal güclü LED aktiv atorlarından istifadə edən modifikasiya olunmuş ağartma sistemləri mövcuddur. Ancaq əlbəttə ki onlar peşəkar ağartma metodlarından daha az effektlidir.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar