Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanın tanınmış uroloq-cərrahı, M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasının uroloqu Elza Binnətovanın Qanunvehedef.az-a müsahibəsi

Baxılıb: 19 562     Tarix: 24-07-2018 09:46   

-Böyrək daşı xəstəliyi nədir?

Sidik daşı səstəliyi böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Bu zaman böyrəklərdə sidik axarlarında və aşağı sidik yollarında daşlar əmələ gəlir. Daşlar həm kiçik həm də iri ölçülərdə mərcanvari formada kasa ləyən sisteminin formasında əmələ gələ bilir. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansı bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir. Əksər hallarda isə onlar sancışəkilli və küt ağrılar, sidik ifrazı zamanı olan pozğunluqlar, sidikdə qan, və digər əlamətlərlə müşayiət olunurlar. Böyrək daşı xəstəliyini çox vaxt birincili bəzi hallarda isə ikincili olaraq yəni sidik yollarında olan və urodinamik pozğunluq verən uroloji xəstəliklər xamanı, eyni zamanda orqanizimdə mübadilə pozğunluğu törədən xəstəliklər zamanı ikincili olaraq yarana bilər. Böyrək daşı xəstəliyi mütləq müalicə olunmalıdır, əks halda pielonefrit və urodinamik pozğunluqlar nəticəsində böyrək toxumasının zədələnməsinə böyrəklərin funksiyasının pozulmasına və böyrək çatışmazlığına səbəb ola bilər.
 
-Böyrək daşlarının əmələ gəlmə səbəbləri hansılardır?

Hər bir insanın böyrəyində daş əmələ gələ bilər. Böyrəklərdə normal sidik axınının pozulması, iltihabi proseslərin olması, gün ərzində az maye qəbulu və sidiyin tərkibində kristallaşmanın qarşısını alan maddələrin az olması və maddələr pozğunluğu daş əmələ gəlməyə səbəb olan əsas amillərdir.
Böyrək daşlarının əmələ gəlməsini izah edən bir çox nəzəriyyələr irəli sürülmüşdür. Lakin onların heç biri bütün böyrək daşlarının əmələ gəlmə mexanizmini tam izah etmir.
Daş əmələ gəlmənin ümumi qəbul edilmiş nəzəriyyəsindən biri, sidik yollarında abnormal kristalların (böyrək “duzları”) qalma vaxtının uzanmasıdır. Kristalların əmələ gəlməsi və inkişafı üçün sidik, daş əmələ gətirən duz kristalları ilə supersaturasiya (qatılaşma) olmalıdır.
Diğər tərəfdən kristalların əmələ gəlməsi üçün, sidiyi durulaşdıran və beləliklə kristalların birləşməsinin qarşısını alan maddələr, sidikdə azalmalı və ya olmamalıdırlar. Sidikdə zulalın olması da kristalların birləşib daş əmələ gətirməsinə səbəb ola bilər.

-Böyrək daşının əlamətləri nələrdir?

Xəstəlik əlamətləri daşın yerləşdiyi bölgəyə görə dəyişir. Daş sidik yollarını bütünlüklə tutarsa, klinika daha ağır gedişli olur. Bu obturasiya nəticısində, sidiyin sidik axarı və kasa ləyən sistemində toplanmasına gətirib çıxarır və belə vəziyyət uzun müddət davam edərsə böyrək
Xəstəlik əlamətləri daşın yerləşdiyi bölgəyə görə dəyişir. Daş sidik yollarını bütünlüklə tutarsa, klinika daha ağır gedişli olur. Bu obturasiya nəticısində, sidiyin sidik axarı və kasa ləyən sistemində toplanmasına gətirib çıxarır və belə vəziyyət uzun müddət davam edərsə böyrək iltihabına və ya hidronefroz deyilən böyrək divarının incəlməsi və böyüməsinə səbəb olur. Böyrək daşları hərəkət edib sidik axarlarına, sidik kisəsinə, sidik kanalına düşə bilər.Bu vəziyyətdə böyrək daşı düşdüyü yerdə uyğun kliniki əlamətlər verərək özünü göstərir.
 
-Əsas əlamətləri 

 Dözülməz ağrılar,
Qanlı sidik, Sidikdə qan (gözlə görülə bilən və ya mikroskopik qanlı sidik)
Ağrı davamlı ya da təkrarlayan ola bilir.
Hər iki sidik axarında olsa anuriyaya səbəb olar.
Əgər daş sidik kisəsində olsa ağrı xüsusilə qarının alt hissəsində hiss edilər və tez tez sidiyə getmə əlaməti verər.
Sidik kanalında olarsa sidiyə çıxmaqda pozğunluq verər.
Şiddətli ağrı
Ürəkbulanma və qusma
Pis iyli sidik ifrazı
Sidik ifrazı zamanı yanma hissi
Temperatur və titrəmə.

-Böyrək daşı xəstəliyinin risk faktorları hansılardır?

Sidik yollarının (böyrəklər, sidik axarları, sidik kisəsi və uretra) anomaliyaları.
Urodinamikanın bütün səviyyələrdə və təzahürlərdə pozuntuları.
İrsi meyllilik.
Hiperparatireoz, böyrək kanalcığı asidozu (tam/qismən), yeyunoileal anastomoz, Kron xəstəliyi, nazik bağırsağın rezeksiyası, malabsorbsiya sindromu, sarkoidoz, hipertireoz, sidik yollarının iltihabi xəstəlikləri.
Daş yaranmasına şərait yaradan dərman vasitələri: kalsium əlavələri, tərkibində vitamin D olan əlavələr, böyük dozalarda (gündə 4 qr çox) askorbin turşusu, sulfanilamidlər, triamteren, indinavin qəbulu risk faktorlarıdır.

 -Böyrək daşının müalicəsi mümkündürmü?

Daşın yerəşdiyi yerdən, ölçüsündən, sıxlığından asılı olaraq müalicə taktikası və metodu dəyişir. Əvvələr çox geniş tətbiq olunan açıq əməliyyatlar artıq keçmişdə qalmışdır. Böyrək daşı ilə əlaqədar aparılan bütün əməliyyatlar ya tam qapalı yaxud 1sm – lik kiçik dəlikdən olmaqla icra olunur. Tam qapalı üsulla icra olunan əməliyyatlara sidik kanalından keçməklə aparılan əməliyyatlar aiddir. Bu əməliyyatlar yüksək dəqiqlik və aydın görünüş verən kamera ilə təchiz olunmuş xüsusi endoskopik cihazlarla ( ureteroskop, nefroskop ) həyata keçirilir və ureterolitotripsiya və nefrolitotripsiya əməliyyatları adlanır. Sidik yollarının hər hansı bir səviyyəsində, istər böyrəklər, istərsə də sidik axarları və sidik kisədə yerləşən daşları ureterolitotripsiya (rigid və flexibl ureteroskopdan istifadə etməklə) üsullu ilə tam parçalayıb çıxarmaq mümkündür. Lakin böyrəkdəki daşın çox böyük olması zamanı. Perkutan əməliyyat icra olunur ki, bu zaman dəridən keçməklə aparılan endoskopik əməliyyat nəzərdə tutulur. Bu zaman pasient əməliyyat stolunda üzü aşağı yaxud qismən üzü aşağı vəziyyətdə uzanır. Bel nahiyyəsindən böyrəyin proyeksiyasında dəridə 0,5 – 1,0 – sm dəlik açılmaqla rentgen yaxud usm-si altında böyrəyin boşluğuna ( daşın yerləşməsindən asılı olaraq ləyənə yaxud böyrək kasasına girilir ) daxil olunur və daşlar parçalanaraq xaric olunur.

 Sidik daşı xəstəliyinin diaqnostikası müasir tibbin nailiyyətləri ilə çox asanlaşmışdır. Sidik daşı xəstəliyini ən çox aşkarlayan müayinə metodu USM və Uroloji KT hesab edilir. Bu müayinələrin köməkliyi ilə biz həm daşın ölçüsü, forması, sıxlığını, sidik yollarının hansı hissəsində yerləşməsi, sidik axarlarında, böyəklərdə və sidik kisəsində yaratdığı fəsadlar haqqında da ətraflı məlumat almış oluruq.

 -Daş xəstələrinə ümumi məsləhətlərimiz varmı?

Maye qəbulunu artırmalı (gündə ən az 2 litr və çox)
Heyvani zülal qidaları, duz qəbulunu azaltmalı
Ailəsində daş xəstəliyi olanlarda daş görülmə riski vardır.
Təkrarlayan daş xəstəliklərində daş yaranmasının qarşısını almaq və ya yaranmanı gecikdirmək üçün dieta və dərman müalicəsi məsləhət görülür. Bunun üçün daha əvvəl daş problemi
olanlarda sidiyin ümumi analizi, sidiyin əkilməsi, qanın ümumi və biokimyəvi müayinəsi və daşın kimyəvi tərkibini müəyyənləşdirmək lazımdır.
шаблоны для dle 11.2

Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar