"Böyrək kistası çox ağır fəsadların inkişafına səbəb ola bilər" - Uroloq-androloqla müsahibə
Baxılıb: 8 230 Tarix: 20-07-2018 11:12
Stimul Hospitalının həkim uroloq-androloqu Bəhruz Ağayevin Qanunvehedef.az-a müsahibəsində səslənən fikirləri oxucuların diqqətinə çatdırırıq. Həkimlə böyrək kistalarının növləri, yaranma səbəbləri, əlamətləri haqda danışacağıq
Böyrək kistası daxilində sarımtıl maye olan xoşxassəli yumuru törəmədir.
Kistalar anadangəlmə və qazanılmış olur. Anadangəlmə kistaların inkişafetmə səbəbləri
- irsiyyət. Adətən belə kistalar yaxın qohumalar arasında aşkar olunur.
- hamiləlik zamanı ananın orqanizminə mənfi faktorların (spirtli içkilərin qəbulu,siqaretlərin çəkilməsi, bətndaxili infeksiyalar, intoksikasiyalar və s.) təsiri.
-Qazanılmış böyrək kistaların əmələ gəlmə səbəbləri tibbdə hələ ki dəqiq məlumdeyil. Alimlərin fikirinə görə, sadə böyrək kistaları əksər hallarda müxtəlif böyrəktravmalarından sonra (yıxılma, zərbə və s.) və müxtəlif böyrək və sidik ifrazıyolları iltihablar və infeksiyalardan sonra inkişaf edə bilə
-Böyrəklərin sadə kistaları haqda nə deyə bilərsinriz?
Böyrəklərin solitar (sadə) kistası böyrəklərin ən müntəzəm təsadüf olunan kistoz xəstəliklərindən sayılır.Kistalar mayeli törəmələr olub, böyrək parenximasını, damarları, kasacıq-ləyən sistemini sıxır, orqanın birhissəsini atrofiyaya uğradır. Bu cür kistalar böyrəyin həm quruluşunun, həm də funksiyasının pozulmalarına səbəb olur. Hər hansı nefronun kanalcığının strukturunun pozulması nəticəsində onun tutularaq sidiyi xaric edə bilməməsi nəticəsində yaranır. Kista həm bir böyrəkdə, həm də iki böyrəkdə eyni vaxtda ola bilir. Böyrəyin müxtəlif qütblərində yerləşir. Formasına görə dairəvi, oval olur. Kistaların möhtəviyyatı seroz maye, bəzən irinli,qanlı ola bilir. Böyrəyin uzun müddətli iltihabi proseslərindən sonra bu cür kistalar müşahidə oluna bilir.
Böyrək kistalarının növləri hansılardır?
Böyrək kistalaları müxtəlif olur: sadə kista (ən tez-tez təsadüf edilən kista növü),dermoid kistası, polikistoz və s. Böyrək polikistozu irsi patologiyadır. Bu zaman böyrəklərin üzərində çoxlu sayda kiçik kistalar olur ki, böyrək üzüm salxımına bənzəyir.
Kistaların ölçüləri bir neçə mm-dən başlayaraq 10 sm kimi ola bilər. Kistanın daxilində adətən sarımtıl maye olur. Dermoid kistaları istisnadır. Bu anadangəlmə kistaların içərisində piy toxuması, tüklər, dəri hissəcikləri və hətta dişlər ola bilər.
Böyrək kistasının yaranma səbəbləri?
Kistalar anadangəlmə (5%), irsi (genetik) və qazanılma olur. Digər bir nöqteyi-nəzərdən birtərəfli, ikitərəfli həmçinin sadə (solitar kista) və parazitar kistal arayırd edilir. Qazanılma kistaların əsas səbəbi böyrəkdə uzunmüddətli iltihabı xəstəliklər, soyuqdəymə, travmalardır. Yaş artdıqca kistalar daha çox rast gəlinir.Sadə kistalar böyrək kanalcıqlarından əmələ gəlir. Belə ki, kanalcıqların divarınıörtən eiteli hüceyrələri hər hansı səbəbdən (əsasən iltihab) böyüyərək kanalcığın mənfəzini daraldır və sidiyin kanalcıqla axmasına mane olur. Nəticədə isəkanalcıq genişlənir və kistanın yaranması ilə nəticələnir. Kista elə bir ölçüyə çatırki, sonradan böyrəyin özünə təzyiq edir.
Parazitar kistalar heyvanlardan insana keçə bilən bəzi parazitlərin qanla müxtəlif orqanlara yayılaraq orada yerləşməsidir.
-Böyrək kistasının ən çox rast gəlinən əlamətləri hansıladır?
1. bel nahiyyəsində daimi xarakterli ağırlıq, sallanma hissi, sanki daxildən nə isətəzyiq edir. Döyəcləmə zamanı bu narahatlıq bir az da artır.
2. kista çox böyük olduqda və böyrəyin aşağı qütbündə yerləşdikdə əllə hissoluna bilir (palpasiya olunur)
3. arterial təzyiq yüksəlir və təzyiq salıcı dərmanlar çətin kömək edir yaxud kömək etmir
4. bir sıra hallarda sidikdə eritrositlər (qan) aşkarlanır.
-USM zamanı böyrək kistası aşkar olunubsa, mütləq uroloqa müraciət etmək lazımdırmı?
Əgər sizdə USM zamanı böyrək kistası aşkar olunubsa, mütləq uroloqa müraciət edin.
Kistalar heç də ziyansız deyil. Kistalar çox ağır fəsadların inkişafına səbəb ola bilər.
Bu fəsadların arasında:
- böyrəkdə qan dövranın pozulması (böyrək toxumasının kista ilə sıxılması nəticəsində),
- kistanın xərçəngə çevrilməsi,
- arterial hipertenziyanın inkişafı
,- böyrək çatışmazlığı,- pielonefrit (böyrək iltihabı)
,- kistanın irinlənməsi və yırtılması.Adətən sadaladığımız pozulmalar iri kistalar zamanı inkişaf edə bilər.
Kiçik kistalar heç bir xüsusi müalicə tələb etmir, həkim yalnız dinamik nəzarət tövsiyəedir.
Bu o deməkdir ki, xəstə 1 ildə 1-2 dəfə USM-dən keçməlidir. Kista böyüməyə başladıqda və ya kistanın fonunda hər hansı fəsadlar inkişaf etdikdə,həkim müalicə təyin edə bilər.İri kistalar cərrahiyə yolu ilə müalicə olunur. Hal hazırda belə əməliyyatlar dahatez-tez hallarda laparoskopik üsulu ilə həyata keçirilir.
Bəzən açıq (ənənəvi)əməliyyat da tətbiq oluna bilər. Belə əməliyyat kistanın irinlənməsi, yırtılması,xərçəngə çevrilməsi və s. fəsadlar zamanı tətbiq oluna bilər.
-Böyrək kistaları böyrəyin götürülməsinə səbəb ola bilərmi?
Çox nadir hallarda böyrək kistaları böyrəyin götürülməsinə gətirib çıxarır. Və nadir hallarda partlama halları yaranır.
Kistalar zamanı sidikdə qan görülməsi əlaməti barədə danışan uroloq deyib ki, böyrək kistaları böyük ölçüdədirsə, böyrək ləyəninə yaxındırsa, infeksiyalaşıbsa, bu kimi hallarda sidikdə gözlə görülən, ya da mikroskopla müşahidə olunan qan hüceyrələri görülür: “Amma əgər xəstə heç birağrı olmadan sidikdə qan görürsə, həmin şəxs orta yaşlı, ya da yaşlı insandırsa, birinci ağlımıza böyrək şişləri gəlir, bundan şübhələnirik. Yox əgər sidikdə ağrı ilə yanaşı qan görülürsə, bu zaman narahat olmasınlar. Bu doxsan faiz daş ağrısıdır. Onkoloji problemlərdə ağrı ilə bərabər sidikdəqan görülməsi çox nadir hallarda müşahidə olunur”.
- Böyrək daşı xəstəliklərinin müalicəsi üçün həmişə cərrahi müdaxiləlazımdırmı?
- Böyrək daşı xəstəliklərində çox zaman cərrahi müdaxiləyə ehtiyac olur. Burada əsas faktor daşın ölçüsüdür.Həmçinin böyrək cüt orqan olduğu üçün digər orqanın da vəziyyətinin rolu var. Xırda ölçülü daşların bədəndən təmizlənməsi mümkündür. Belə ki, maye miqdarı, müəyyən dərmanlar və bitki mənşəli dəmləmələrlə xırdadaşları bədəndən xaric etmək olur. Ancaq bu üsulla bir santimetrdən böyük olan daşların bədəndən xaric olunması nadir xəstələrdə olur. Bu ölçüdə olan daşları kənarlaşdırmaq üçün daha çox cərrahi müdaxilə lazım olur.
- Kişilərdə yaranan böyrək xəstəlikləri cinsi problemlərə yol açabilərmi?
- Günümüzdə kişilər cinsi problemlərin müxtəlif formalarından əziyyət çəkir. Bu problemlər infeksiya və patologiya ilə yanaşı gündəlik iş rejimi, stress və zərərli vərdişlərlə də bağlı olabilər. Siqaret və spirtli içkilər istənilən halda erektil disfunksiyaya səbəb olur. Digər bir səbəb prostat vəzinin adenomasıdır. Adətən, yaşı 50-dən yuxarı olan kişilər arasında çox rastgəlinir. Prostatın əmələ gəlməsinin əsas səbəbləri bu günə qədər dəqiq müəyyən edilməsədə, müxtəlif fərziyyələr var. Prostat vəzinin adenomasında testosteron azalıb, estrogenlər artdıqca disbalans yaranır, nəticədə prostat vəzi böyüməyə başlayır. Xəstəliyin ilkin mərhələsində, xüsusən gecə saatlarında xəstələr tezləşmiş və bir qədər çətinləşmiş sidik ifrazının olmasından şikayət edir. Bundan başqa irsiyyət, sidik kisəsi və sidik kanalının iltihabi xəstəlikləri, sidik-cinsiyyət üzvlərinin travmaları, oturaq iş və yaşayış tərzi, spirtli içkilərin qəbulu və bu kimi digər amillər son nəticədə cinsi problemlərə yol aça bilir.
Ən çox oxunanlar
Son xəbərlər