Nеvrоz sinir sistеminin funksiоnаl xəstəliyi оlub, çоx gеniş yаyılmıışdır. Həkim-nevroloqla müsahibə
Baxılıb: 1 654 Tarix: 24-07-2018 12:08
Müsahibim Bakı Sağlamlıq Mərkəzinin həkim – nevroloqu Əlövsət Əhmədlidir. Həkimlə nevrozlar, nevrozun əsas əlamətləri, növləri, və nevrozun müalicəsi haqda danışacayıq.
Nevrozlar – sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir. Xəstəlik sinir sistеmində yаrаnаn həddən аrtıq kəskinlik və оnu zədələyən psixiki təsirlər nəticəsində bаş vеrir. Əksər nеvrоz əlаmətləri bir sırа dаxili xəstəliklər (infеksiyа, intоksikаsiyа, trаvma və s.) nəticəsində bаş vеrirsə, bunа nеvrаtik rеаksiyа dеyilir.
Nevrozun əsas əlamətləri hansılardır?
- Həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq; tez bir zamanda, hətta kiçik həcmli işin icrası zamanı baş vərən yorğunluq, həyat aktivliyinin zəifləməsi, yuxusuzluq, çətinliklə yuxuya getmək və ya yatıb-durduqdan sonra həqiqətən istirahət etmək hissinin olmaması, güclü işıqlanma və yüksək səsə ağrılı reaksiya. Müxtəlif fobiyaların yaranması (məsələn, insan birdən-birə liftə, metroya və s. nəqliyyat vasitələrinə minməkdən qorxur), beyinden çıxmayan fikirlərin və hərəkətlərin olması (məsələn, evdən çıxdıqdan sonra qaz, işıq, ütünün yanıq şəkildə qalmasından qorxaraq bir neçə dəfə geri qayıtmaq) da mümkündür.
- Orqanizmin digər orqan və sistemlərində baş verən pozğunluqlar: iştahanın pis və əksinə, həddinden artıq güclü olması, ürəkbulanma, qəbzlik, ishal, qarında ağrı, baş gicəllənməsi, arterial təzyiqin enib-qalxması, ürek döyüntülərinin tezləşməsi, ürək nahiyəsində olan narahatlıq hissi, cinsi pozğunluqlar və s.
- Boyun nahiyəsində, çiyinlərdə, beldə ağrılar, əllərdə titrəmə, tez-tez baş verən küt ve ya pulsasiya şəkilli baş ağrıları.
Nevrozun neçə növü var?
Nevrozun 4 əsas növü var: nevrasteniya,isteriya,psixasteniya,sayrışan nevrozlar
1.Nevrasteniya-yuksək oyanıqlıq,həssaslıq halları ilə yanaşi,depressiv sindrom və zəifliklə təzahür edir. Xestə cox kicik ve əhəmiyyətsiz her şeyden otrü tez hirslənir.bəzən qələmin səsi,suyun şırıltıis ,dəmirin cırıltısı və s.xəstəyə cox pis təsir edir.belə xəstələr yorgunluqdan,zəiflikdən,başagrısından,yuxu pozgunluğundan,iş qabiliyyətinin azalmasindan şikayət edirlər.yuxuları səthi olur və qorxulu yuxular gorurlər.Həyacanlandıqda agzı quruyur,uzunun dərisi qızarır,bütün bədənində qırmizı ləkələr əmələ gəlir.Cox vaxt özündə agır xəstəliklərin olmasıindan şübhələndikləri ücün özlərini tez-tez həkimə göstərirlər.Cinsi zəiflik baş verir ve cinsi əlaqənin baş tutmayacagından qorxurlar.
2. Isteriya – zəif sinir sisteminə malik olan şəxslərdə psixi taravmanıin təsirindən baş verir.Kliniki təzahüründə muxtəlif əlamətlər: həreki,sensor,vegetetiv və pisixi pozğunluqlar qeyd olunur. Hərəki pozğunluqlara-isterik tutmalar,ifliclər və parezlər Sensor pozğunluqlara - isterik karliq,korluq,dad ve qoxu hissinin itirilməsi aiddir. Epileptik tutmalardan fərqli olaraq,isterik tutma zamani xəstənin hüşu aydın olur ve xəstə həyatı ucun qorxulu olan yerə yıxılmır.Buna gore de agır zədələr almir. Isterik tutma 20-30 dəq,hətta saatlarla davam edir.bu səbəbdən belə tutma zamanı xəstənın nazı ilə cox oynamaq olmaz. Isteriya əlamətlərindən biri də hissiyyat pozğunluğudur.Xəstəni yanği hissi narahat edir,ya da əl və ayaqlarında hissiyyatın azalmasını hiss edir.Bunlar qəflətən baş verən bədbəxt hadisə,psixi sarsıntıdan sonra əmələ gəlir.
3 Psixasteniya-ruhi düşgünlükdür.Təfəkkürlü tiplərdə cox təsadüf olunur. Xəstə həmişə həyacanlı olur,təşviş kecirir,şübhələnir,diqqətini cəmləyə bilmir,seksual zəifliyə dücar olur.Belə xəstələr cox vaxt qohum-əqrabasına ,dostlarına qəlbən baglı olur.Mutaliə etməyi sevirlər,məntiq,riyaziyyat ,fəlsəfə elmlərinə meyl gostərirlər.
4. Sayrışan nevrozlar-əl cəkməyən yorucu fikirlərin baş verməsi ile səciyyələnir.Sayrışan fikirlər,sayrışan qorxu ve sayrışan hərəkətlər forması ayırd edilir.Məs.,xəstə evdən cıxıb getdikdən sonra qazı ve işıgı söndürüb-söndürməməsindən şübhəli olur. Bəzən xəstə her hansı bir mənasız ve əhəmiyyətsiz bir fikri yadından cixara bilmir. Sayrışan qorxu halında xəstə xərcəng və ya hər hansı agır xəstəlıyə tutulmaqdan,qaranlıq otaqdan,hündürə qalxmaqdan qorxur. Sayrışan hərəkət halında-xəstə eyni hərəkəti dəfələrlə təkrar edir,bəzən göz qapaqlarını hərəkət etdirir,başın ,boynun ,ciynin qeyri-iradi hərəkətləri olur.Xəstə bu hərəkətlərin yersiz oldugunu dərk edir,lakin bunları bir neçə dəfə təkrar etməsə rahatlana bilmir.
Nevrozun müalicəsi varmı?
Nevroz – ciddi xəstəlik olub, mütləq müalicə tələb edir və bu müalicə nə qədər tez başlanarsa, o qədər də xeyirli olur. Bir çox hallarda nevrozdan əziyyət çəkənlər bu və ya digər orqanlarının fəaliyyətində pozğunluq aşkar etdikdə, səhvən terapevtə, kardioloqa, qastroenteroloqa müraciət edirlər. Bu zaman aparılan müayinələr nəticəsində onlarda, adətən, heç bir ciddi xəstəlik aşkar olunmur. Yalnız bundan sonra bu həkimlər xəstələri nevropatoloqa, psixoloqa, psixiatra, psixoterapevtə göndərirlər.
Adətən, nevroz xəstəliyini müalicə edəndən sonra digər orqanlar tərəfindən olan pozğunluqlar da yox olur. Ancaq insan uzun müddət ərzində nevroz vəziyyətində qalarsa və tibbi yardım üçün müvafiq mütəxəssisə müraciət etməzsə, bəzi hallarda nevroz fonunda onlarda mədənin xora xəstəliyi, bronxial astma, hipertoniya xəstəliyi, neyrodermit (dəri xəstəliyi) və digər xəstəliklər inkişaf edə bilər. Bundan başqa, bəzi hallarda şəxsiyyətin patoloji pozğunluqları kimi, daha ağır xəstəliklər bas verə bilər ki, onların da müalicəsi nevrozun müalicəsindən qat-qat çətin olur.
Ən çox oxunanlar
Son xəbərlər