Janna Xudaverdiyeva- Babasildən əziyyət çəkən xəstələrin əsas şikayəti bağırsaq qanaxmasıdır.
Baxılıb: 2 584 Tarix: 26-07-2018 10:13
Əziz oxucular! German Hospitalının proktoloq-cərrahı, Janna Xudaverdiyevanın Qanunvehedef.az-a müsahibəsini təqdim edirik.
Babasil xəstəliyi haqda nə deyə bilərsiz?
Babasil– insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən biridir. Hemorroy – düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsindən ibarətdir.
Qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi (aşağıya doğru sürüşməsi) baş verir. Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq onların hətta anal dəlikdən xaricə çıxmasına, qanaxmaya, ağrıların və s. əlamətlərin yaranmasına səbəb olur.
Bu halda xəstədə hemorroy xəstəliyinin olmasını qeyd etmək olar. Cərrah qeyd edib ki, babasildən əziyyət çəkən xəstələrin əsas şikayəti bağırsaq qanaxmasıdır: “Lakin heç də həmişə qanaxma
babasil əlaməti deyil. Qanaxma başqa problemlərə, daha ciddi hallar da bağlı ola bilər. Ona görə də müayinə olunmaq vacibdir. Bir çox bağırsaq problemlərində, hətta bədxassəli bağırsaq şişlərində də qanama əlaməti ola bilər”.
Onun sözlərinə görə, ağırlaşma olmayan hallarda ağrı babasil üçün xarakterik əlamət deyil. Ağrı ancaq tromblaşmıs babasil düyünlərində görülür.
Hemaroid İki cür ola bilər.
1.Daxili hemoroid: Makatın içəri hissəsində ət sallanmasıdır. Normalda görülmür, ancaq müayinə ilə müəyyən edilir.
2.Xarici hemoroid: Makatın xarici hissəsində ət sallanması şəklindədir. Bayırdan görmək və hiss etmək olur
Babasilin əsas əlamətləri hansılardır?
Düz bağırsaq qanaxması – defekasiya (“böyük” tualetə getmə) aktı zamanı nəcisdə olan 1-2 kaplidən, şırnaqlı qanaxmaya qədər mümkündür; Anal nahiyədə qaşınma və xoşagəlməz hissiyyat; Anal nahiyədə ağrı; Anemiya (qanazlığı) – uzunmüddətli nəcislə qanitirmənin nəticəsində inkişaf edir.
Hemoroidin (babasil) dərəcələri hansılardır?
I dərəcə hemarroidlər: adətən düz bağırsaqdan xaricə çixmır və ölçüsü 1sm-ə yaxın olur.Bu zaman xəstədə ağrı qeyd olunmasada qanaxma olur. Birinci dərəcə zamanı bandla bağlama,skerotik mualicə və lazer tətbiqi məsləhət olunur. Bəzən bu xəstələrə məlhəm, uyğun dieta,vanalar ve istirahət yetərli olur. Əsas bu xəstələrdə hemarroidi yaradan səbəb aşkarlanmalı və ləğv olunmalıdır. Bu dərəcədə cərrahi mualicəyə ehtiyac yoxdur.
II dərəcə hemorroidlər: Bunlar bayıra çıxan zaman düz bağırsaqdan xaric olan və özü geri qayıdan düyünlər olub ,ölçüsü 1-3 sm olur. Davamlı və ya aralıqlı qanaxmalara səbəb olur. Bu səbəbdən bu xəstələrdaə dəmir defsitli anemiya qeyd olunur. Mualicəsi demək olarki birinci dərəcədə olduğu kimidir.Lakin bəzən bu dərəcəli babasil zamanı təcili cərrahi əməliyyata ehtiyac olur.Digər hallarda isə mualicə dərman preparatları ilə həyata keçrilir.
III dərəcəhemorroidlər: Bu xəstələrdə düyünlər daha böyük olur,xaric olur və daxilə doğru özü qayıtmır.Xəstələrdə qanaxma ilə yanaşı ağrıda qeyd olunur. Mualicə zamanı bu dərəcəli hemarroid qeyd olunduqda həm dərman mualicəsi həmdə cərrahi mualicə icra olunur.
IV dərəcə hemorroidlər: Bu zaman düyünlər daimi xaricdə olur xəstə istəsə belə düyünləri geri qaytara bilmir.Xəstədə ağrı,qanaxma,selik ifrazı,anal kanal ətrafında yad cisim hissiyyatı və qaşınma,narahatlıq olur. Bu dərəcəli xəstələr də adətən mualicə cərrahi yolla aparılır,lakin cərrahi mualicəyə əks göstəriş olduqda konservativ terapiya da tətbiq olunur.
Hansı amillər xəstəliyin inkişafına təkan verə bilər?
- Ağır əşyaların qaldırılması və daşınması (fəhlələr, bəzi idman növləri ilə məşğul olan idmançılar və s.). Bu zaman kiçik çanaqda təzyiq qalxır ki, damarlar gərginləşir. Bu hal tez-tez baş verirsə damarlar tab gətirməyə bilər ki, nəticədə babasil inkişaf edəcək.
- Uzun müddət ərzində ayaq üstə qalmaqla və ya oturmaqla bağlı olan iş (müəllim, bərbər, sürücü, mühasib, kassir, kompüterdə işləyən ofis işçiləri, dizaynerlər və s.). Bu insanlarda bədənin aşağı hissəsinə (o cümlədən, düz bağırsağa) olan təzyiq artır ki, nəticədə damarlarda genişlənmə inkişaf edə bilər.
- Xroniki qəbizlik Xroniki qəbizlikdən əziyyət çəkənlərdə nəcis kütləsi yoğun bağırsaqda yığılaraq onun divarlarına təzyiq edir, burada qan dövranı pozulur. Həmçinin belə insanlar defekasiya zamanı gücənməli olur ki, bu da damarlara olan təzyiqi artırır. Nəticədə damarlar zəifləyir, genişlənir və babasil inkişaf edir.
- Xroniki ishal. Düz bağırsağın xroniki iltihabı və qıcıqlanması da babasilin inkişafına səbəb ola bilər.
- Unitazda uzun müddət ərzində oturmaq vərdişi. Bəzi defekasiya ilə heç bir problemi olmayan insanlar unitazda lazım olandan artıq oturur. Bu çox pis vərdişdir. Belə vəziyyətdə olan insanın düz bağırsağı gərginləşir ki, bunun nəticəsində babasil inkişaf edə bilər.
- Kiçik çanaqda iltihabların və şişlərin olması (qadınlarda fibromalar, kişilərdə prostat vəzi xəstəlikləri, düz bağırsağın şişləri və s.) babasilin inkişafına təkan verə bilər.
- Spirtli içkilərin və çox istiotlu, ədviyyatlı qidaların həddindən artıq miqdarda qəbulu damarların genişlənməsinə, burada durğunluq proseslərin yaranmasına səbəb olur. Bu isə babasilin inkişafına gətirib çıxarda bilər.
- Hamiləlik və doğuş da babasilin risk faktoru sayılır. Riski azaltmaq üçün qadın hamiləlik zamanı daim həkimin nəzarətində olmalı, doğuş zamanı isə mama-ginekoloqun bütün tövsiyələrinə əməl etməlidir.
Babasil xəstəliyinin müalicəsi – Babasil əməliyyatı
Kremlər, şamlar, ağrı kəsici kremlər xəstəliyi müalicə etməkdən daha çox şikayətlərin olmaması, xəstəni sakitləşdirməyə, rahatlatmaq üçündür. Kortizon tərkibli kremlərin çox uzun müddət istifadə edilməsi təhlükəlidi
Babasil xəstəliyinin Bant Liqasyon, Lonqo, Lazer üsulu ilə 15-20 dəq ərzində heç bir kəsik, dəlik olmadan, ağrısız, stressiz və qansız formada bu problemdən azad olmağa imkan verir.
Ən çox oxunanlar
Son xəbərlər