Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dəri xəstəliklərinin əlamətləri

Baxılıb: 4 151     Tarix: 27-07-2018 17:55   




Respublika Dəri Zöhrəvi Dispanserinin həkim Dermotoveneroloqu Zakir Abıyev "Qanunvehedef.az" saytına danışdı: "Gicişmə, göynəmə, ağrı, dartılma, yandırma, bir sıra hissiyyat pozulmaları və s. ümumi - üşütmə, qızdırma, yuxusuzluq, iştahasızlıq, əsəbilik dəri xəstəliklərinin əlamətləridir"

- Xahiş edirik, dəri xəstəliyi haqqında ümumi məlumat verin.

Dəri xəstəlikləri dedikdə insanın dəri və görünən selikli qişlarında əmələ gələn xəstəliklər nəzərdə tutulur. Adətən dəri xəstəlikləri dedikdə onunla məşğul olan dermatologiya elmi nəzərdə tutulur.

Dəri xəstəliklərini neçə qrupa bölünür?

Dəri xəstəlikləri bir-neçə qrupa bölünür.
I Mikroorqanizmlərin meydana gətirdiyi dəri xəstəlikləri Mikroorqanizmlər insan dərisində bir-çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Mikrooqanizmlər dəriyə istənilən yolla daxil ola bilir və rahatca xəstəlik əmələ gətirirlər. Yaralar, yanıqlar, qoturluq, həşəratların sancdığı nahiyələr, ekzemalar mikroorqanizlərin sayəsində asanlıqla iltihablaşa bilirlər.Bu zaman dəridə əmələ gələn xəstəlik dermatit adanır. Mikroorqanizmlərin əmələ gətirdiyi xəstəliklərdən cüzam, dəri vərəmi və s. misal göstərmək mümkündür.
II Allergik dəri xəstəlikləri Allergik dəri xəstəlikləri dəri xəstəliklri içərisində ən çox rast gəlinənidir. Allergik dəri xəstəliklrinin diaqnozunu qoymaq çətinlik törədir. Bu diaqnozun araşdırılıb qoyulmsında həkimlə bərabər xəstə yaxınlarının da rolu vacibdir. Allergiya səbəbli baş verən dəri xəstəlikləri müxtəlif səbəblərdən meydana gəlir. Bu səbəblər arasında məişət tozları, quş tükləri, dərmanlar, bağırsaq parazitləri və s. ola bilir. Allergiya səbəbli dəri xəstəlikləri irsiyyətdən, orqanizmin vəziyyətindən və psixoloji səbəblərdən əmələ gələ bilir.

Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri hansılardır?

Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlifdir.Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.). Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər.

Dəri xəstəliklərinin əlamətləri haqda oxucularımıza nə deyə bilərsiz


Yerli - gicişmə, göynəmə, ağrı, dartılma, yandırma, bir sıra hissiyyat pozulmaları və s. ümumi - üşütmə, qızdırma, yuxusuzluq, iştahasızlıq, əsəbilik və s. olur. Dəridə morfoloji dəyişikliklər - ləkə, köpüşük, düyüncük, qabaq, düyün, suluq, irinlik, kəpək, qartmaq, dəmrovlaşma, eroziya, ekssudasiya, xora, çat, çapıq və s. törənə bilər. Ləkə. Dərinin və selikli qişanın məhdud bir sahəsinin rənginin dəyişilməsinə ləkə deyilir. Ləkə üç cür olur: iltihab, hemorragiya və piqment ləkələri. Köpüşük. Xüsusi dəfinin (dermanın) məməyəbənzər təbəqəsində baş vermiş kəskin iltihablı şişkinliklərə köpüşük deyilir. Köpüşüyün xüsusiyyəti ondan ibarətdir ki, o, müəyyən ekzogen və endogen səbəblərdən gözlənilmədən aşkar olur.


Mövsümü dəri xəstəlikləri haqda nə deyə bilərsiz? 

“Mövsümü xəstəliklər daha təhlükəlidir. Bəzən onlara tutulan hər bir vətəndaş uzun müddət onun müalicəsində də çətinlik çəkir. İndi qarpız, yemiş, tərəvəzlər çox istifadə olunduğundan daha çox dəri üzərində allergiyalar yaranır. Bu da nəinki dəriyə, eyni zamanda, daxili orqanizmə də mənfi təsirini göstərir. Orqanizm xəstəliyə müqavimət göstərə bilmədikdə nəticə pis də ola bilir. Bundan başqa, “Kəmərvari dəmirov“ xəstəliyi son illərdə daha çox təsadüf olunan dəri xəstəliklərindəndir. Bu xəstəlikdən insanlar özlərini payız və qış aylarında daha çox qorumalıdırlar. Bu həm də bir virusdur. Müalicəsi uzun müddət çəkir. Bu xəstəlik sinir boyunca yerləşdiyindən, sinirin iltihabı gedir. Buna görə də yaşlı insanlar bəzən müalicəyə daha çox vaxt sərf edirlər. Dəri xəstəlikləri arasında mal-qara ilə məşğul olan insanlarda da xəstəliklərə daha çox təsadüf olunur. Bu kimi xəstəlik sanitar qaydalara riayət olunmamasından çox asılıdır. Ayaqların nəm qalması göbələk xəstəliyinin daha böhranlı vəziyyətə düşməsinə səbəb olur. Bəzən başda tük dibində bu kimi xəstəliklərə də rast gəlmək mümkündür. Bu müalicədə müəyyən çətinliklər də yaradır.

Zakir həkim-Demodeks gənələri bütün dünyada geniş yayılmış parazitlərdir. 
Bu parazitlər insan həyatı üçün təhlükəlidirmi?


Hal-hazırda bu gənələrin 65 müxtəlif növü öyrənilib. Demodeksin sevdiyi yerlər – göz qapağı, üzün dərisi, qaşüstü qövs nahiyəsi, alın, burun-dodaq büküşləri, çənə və xarici qulaq keçəcəyi nahiyələridir. Demodeks gənələrinin əsas lokalizasiya zonası isə "demodeks üçbucağı” hesab olunur. Bura aiddir: burun qanadları, burun-dodaq büküşü və çənə nahiyəsi aiddir. Xəstəlik uzun müddət davam edərsə, gənələr sinə və kürək nahiyəsinə də yayıla bilər. Demodekoz xəstəliyinə xüsusilə immun sistemi zəifləmiş, maddələr mübadiləsi pozulmuş, ammetropiyası olan, uzaqgörmədən əziyyət çəkən yaşlı insanlarda, xroniki mədə-bağırsaq pozğunluğu olan uşaqlarda rast gəlinir. Güclü emosional streslər, neyroendokrin, mədə-bağırsaq, psixi və immun xəstəliklər, hepatobiliar sistemin zədələnməsi lipid mübadiləsinin pozulması kimi hallat demodekozun yaranmasına səbəb ola bilər

Demodeks əlamətləri hansılardır?

Üz dərisində qırmızı ləkələrin peyda olması;
Dəri məsamələrinin genişlənməsi;
Dəri rənginin solğun və ya bozumtul-torpaq rəngində olması;
Dəri səthinin kələ-kötür olması;
Kirpiyin və üzdə olan tüklərin patoloji tökülməsi;
Demodeks gənələrinə başın tüklü nahiyəsində də rast gəlinir, bu zaman baş dərisində qızartı əmələ gəlir;
Üzdə mimiki hərəkətlərdə çətinliyin yaranması;
Burun ölçülərinin böyüməsi rənginə görə göyümtül-qırmızı rəng alması və formasının dəyişilməsi;
Dəridə qaşınma və gicişmə hislərinin olması (xüsusilə gecələr);
Qulaq seyvanlarının qaşınması;
Üz dərisində irinciklərin birdən artması və bir neçə gündən sonra azalması və s.

Demodekozun müalicəsində istifadə edilən dərman və məlhəmlər hansılardır?

1. Dəri yağlarının sintezinin azaldılması
2. Dəri hüceyrələrinin bölünməsini sürətləndirmək
3. Bakterial infeksiyanın azaldılması
4. İltihabi prosesin zəiflədilməsi
5. Tük follikullarında və piy vəzilərində parazitlik edən demodeks gənələrinin məhvi

Xəstəliyin düzgün müalicəsi üçün pasiyent peşəkar həkimə müraciət etməlidir, çünki təcrübəsiz həkimin müdaxiləsi zamanı xəstəliyin əlamətləri pozulur və diaqnoz qoymaq çətinləşir. Tövsiyə olunur ki, xəstəliyin ilkin əlamətləri müşahidə edilən kimi mütəxəssisə müraciət edəsiniz.

- Dərimizdəki problemlərin yediyimiz yeməklərlə nə qədər əlaqəsi var? 

- Bəli, yeməklərin dəriyə bilavasitə təsiri var. Məsələn, əgər insanın allergiyaya meyilliliyi varsa, qida seçimində daha diqqətli olmalıdır. Daha çox qırmızı və narıncı məhsullarda olan pektin adlı maddə var. Onlar əsasən pomidor, çiyələk, portağal və s. ərzaqlardadır. Bu qidalardan istifadə edildikdə allergiya problemi olan insanların allergiyası daha da qabara bilər. Bundan sonra dərisi yağlı olan insanlar, yəni, seboreyası olanlar yağlı yeməklərdən, əsasən də heyvan mənşəli yağlardan istifadə etdikdə bu problem daha çox olur. Həmin insanlar çalışıb bitki yağlarından istifadə etməli və ya yeməkləri maksimum dərəcədə yağsız bişirməlidirlər. Ümumi baxanda isə insanın dəri ilə bağlı xəstəliyi yoxdursa, ancaq, daima ketçup, mayonez, şirəli və qazlı içkilər, zərərli qidalardan istifadə edirlərsə onların da dəriləri tez qocalacaq və müxtəlif problemlərlə qarşılaşacaqlar. Dərinin cavan qalması üçün düzgün qidalanma çox vacibdir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar