Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ayaz Osmanov -Yumurtalıqların xərçəngi qadın cinsiyyət orqanlarının bədxassəli şişləri arasında uşaqlığın xəsrçəngindən sonra ikinci yeri tutur

Baxılıb: 2 733     Tarix: 17-08-2018 10:31   

Qanunvehedef.az saytı ölkənin savadlı və ixtisaslaşmış həkimlərini studiyamıza qonaq edirik.
Bu dəfə dünyanın qorxulu xəstəliyinə çevrilmiş xərçəng xəstəliyi haqqında danışacağıq. Saytımızın qonağı Mərkəzi Dəmiryol xəstəxanasının Ali dərəcəli Cərrah -Onkoloq – mammoloqu Ayaz Osmanovdur.

- Həkim, xərçəng xəstəliyi necə yaranır?

Dünyanın ən dəhşətli xəstəliklərindən biri olan xərçəng xəstəliyini bir çoxları sağalmaz, müalicəsi mümkün olmayan bir xəstəlik – bəla olaraq qəbul edirlər. Halbuki xərçəng zamanında aşkarlansa, müalicə oluna bilər. Bunun üçün isə insanlar müntəzəm olaraq müəyyən vaxtdan bir müayinə olunmalı, həkimlərin məsləhətlərinə əməl etməli, qidalarına və gündəlik olaraq məişətdə istifadə etdikəri əşyalara diqqət etməlidirlər.Orqanizmdə hüceyrələr bölünüb çoxalır. Bu prosesi nəzarətdə saxlayan genlərimiz var. Əgər genlərdə hər hansı səbəbdən pozulma baş verərsə, bu zaman onların normal bölünüb çoxalması da pozulur. Hüceyrələr daha sürətlə bölünüb çoxalıb bir kütlə əmələ gətirirlər. Biz bu kütləni şiş adlandırırıq. Əgər əmələ gəlmiş kütlədəki hüceyrələr ana hüceyrədən çox fərqlidirsə, qana, limfa toxumasına düşüb yayılaraq kənar orqanlarda şiş kütləsi əmələ gətirmək qabiliyyəti varsa, biz deyirik ki, bu şiş xərçəng şişidir. Hüceyrələr daha az dəyişiklidirsə, şiş hüceyrəsi eyni yerdə toplanıb qalarsa,yalnızca bir kütlə əmələ gətirərsə, buna xoşxassəli şişlər deyirik (adenoma, fibroadenoma və s.).

Yumurtalığın xərçəngi nədir?


Yumurtalıqların xərçəngi qadın cinsiyyət orqanlarının bədxassəli şişləri arasında uşaqlığın xəsrçəngindən sonra ikinci yeri tutur. Əsasən 40-60 yaş arası təsadüf olunur. Birincili xərçəng yumurtalıqların birincili zədələnməsindən əmələ gələn bədxassəli şişlərdir. Bunlara – differensiyasiya olunmamış karsinoma, disgerminoma, embrional karsinoma, xorionepitelioma, yetişməmiş teratoma və qonadoblastoma aiddir. Yumurtalıqların ikincili xərçəngi (sistadenokarsinoma) – yumurtalıqların xoşxassəli şişlərinin və ya sərhəd şişlərinin bədxassəli şişlərə keçməsindən əmələ gəlir və bədxassəli şişlərin 80-88%-ni təşkil edir. Çox vaxt yumurtalıqların ikincili xərçəngi seroz, bəzən isə musinoz sistadenomalardan əmələ gəlir. Yumurtalıqların ikincili zədələnməsində endometroid sistadenokarsinoma da aiddir ki, bu şişlər əsasən gənc qadınlarda təsadüf edilir və sonsuzluqla müşayiət olunur. Xəstəlik çox vaxt gizli şəkildə inkişaf edir. Yumurtalığında şiş olan xəstələr xərçəng inkişaf etdikdən sonra qarının aşağı hissəsində ağrıda və bu ağrının ən çox aşağı əyilərkən baş verdiyindən şikayətlənirlər.

Yumurtalıq xərçəngi necə meydana gəlir? 

Xərçəng hüceyrələri, sağlam böyüməkdə olan hüceyrələrin normal xarici artıqdan törəməsi ilə meydana gəlməkdə və hüceyrələrin normaldan artıq çoxalması ilə birlikdə orqanın funksiyalarının işləməsinə mane olaraq bədənə ziyan verməsi ilə meydana gəlməkdədir. Olması lazım olandan çox törəyən
hüceyrələrə ehtiyac xarici hüceyrələr yəni şiş adı verilməkdədir.

Şişlər neçə yerə bölünür? 
-Xoşxassəli şişlər:


Bu şişlər ümumiyyətlə 30 yaş altı qadınlarda sıx görülüb içi su dolu şişlərdir. Səlim şişlər xalq arasında kist olaraq bilinməkdə olub ya özbaşına adət qanaması ilə birlikdə bədəndən atılmaqda, ya da olduqca sadə əməliyyatlarla alınmaqdadırlar.

-Bədxassəli şişlər:


Bu şişlər isə olduqca sürətli törəyib, yumurtalıqları çox qısa müddətdə örtüb, həm yumurtalıqlara həm də ətraf orqanlara bir xeyli zərər verib, orqanları vəzifələrini edə bilməyəcək şəkildə işğal edərək funksiyasız hala gətirərlər.Belə hüceyrələrə şiş yəni yumurtalıq xərçəngi deyilməkdədir. Bu xərçənglər elə sürətli inkişaf etməkdədirlər ki, bədənin ən uzaq orqanlarına limfatik kanalla və qan yolu ilə keçməkdədirlər.

Yumurtalığın xərçənginin əmələ gəlməsində hansı risk faktorlarının rolunu qeyd edə bilərsiz?

- yaş faktoru (yumurtalıqların xərçəngi əksər hallarda qadınlarda aybaşı tsikli qurtardıqdan - 55 yaşından sonra baş verir);
- mayalanmaya kömək edə biləcək dərmanların uzun bir müddət ərzində nəticəsiz olaraq tətbiq edilməsi;
- sonsuzluq (hətta yuxarıda göstərilən dərmanlardan istifadə edilmədikdə belə);
- irsi faktor (yumurtalıqların xərçəngi olan yaxın qohumların olması);
- keçmişdə süd vəzi xərçənginin keçirilməsi;
- menopauzadan sonra uzun müddət (10 il və daha çox) ərzində əvəzedici müalicə məqsədi ilə estrogenlərin dərman şəklində qəbul edilməsi.


Yumurtalığın xərçənginin əlamətləri hansılardır?

CİNSİ ƏLAQƏ ZAMANI AĞRILAR -Disparuni kimi bilinən cinsi əlaqə zamanı ağrıların müşahidə edilməsi yumurtalıq xərçənginin xəbərçisi ola bilər. Bəzən cinsi əlaqədən sonra vaginal qanamalar da müşahidə edilə bilər. Təbii ki, bu kimi qanaxmalar bəzən cinsi yolla yoluxulan xəstəliklərin də xəbərçisi ola bilər. Klimaks dövrü yaşayan qadınlarda yumurtalıq xərçəngi riski daha yüksəkdir.
 

QARIN ŞİŞMƏSİ-Qarnınızın alt qismində rahatsızlıqların olması yumurtalıqdakı problemlərdən qaynaqlana bilər. Şiş, qaz, həzmsizlik, mədə bulanması kimi narahatlıqlar yumurtalıq xərçənginin ən geniş yayılmış əlamətlərindəndir.

SİDİK SAXLAYA BİLMƏMƏK-Sidik saxlamaq problemi, sidik ifrazı zamanı qanaxmalar yumurtalıq xərçənginin xəbərçisidir. Yumurtalıqdakı şişlər nəticəsində bu simptomlar meydana gələ bilər.

İŞTAHSIZLIQ-Bir anda başlayan iştahsızlıq və az yemək yedikdən sonra toxluq hissinin yaraması xərçənglə yanaşı bir çox xəstəliklərin xəbərçisi ola bilər. Yumurtalıqdakı şiş böyüdükcə həzm sisteminin sürətini azaldır.

VAGİNAL DƏYİŞİKLİK-Vaginal qanamalar, yaralar, pis qoxulu axıntı kimi problemləriniz varsa və klimak dövrünü keçdinizsə, çox böyük problemlə qarşı-qarşıyasınız deməkdir.

BEL AĞRISI-Yumurtalıq xərçəngi olan qadınlarda bel ağrıları çox rastlanan narahatlıqdır. Şiş böyüdükcə ağrı artaraq belə qədər sirayət edər.

Xəstələrə diaqnoz necə qoyulur?

- Müasir dövrdə diaqnostika üsullarından transvaginal exiqrafiya, rəngli doppleroqrafiyaya, kompyuter və maqnit rezonans tomoqrafiya xəstəliyə vaxtında və düzgün diaqnoz qoyulmasında mühüm rol oynayır

Müalicəsi:

-Yumurtalıqların xərçənginin müalicəsi cərrahi yolla aparılır. Xəstəyə şüa türapiyası və kimyəvi terapiya təyin edilirшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar