Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Öd kisəsi xəstəlikləri müxtəlifdir, əsasən iltihabi xəstəliklər var ki, buna elmi dildə “xolesistit”deyilir Həkim- cərrahla müsahibə

Baxılıb: 3 943     Tarix: 17-08-2018 16:28   

Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət Mərkəzi Neftçilər xəstəxanasının həkim- cərrahı İstedadlı olduğu qədər də sadə insan olan Adil  həkimlə söhbətimizi sizə təqdim edirik.

Siz  N.İ.Piroqov adına 2-ci Dövlət Tibb İnstitutunda  təhsil almısınız və ilk həkim fəaliyyətinə orada başlamısınız. Uğurlarınız da olub. Müəllimlərinizin dediyinə görə, Moskvada məşhur cərrah ola bilərdiniz. Nə gətirdi sizi Azərbaycana?

– Məni və o zamanlar mənim kimi Moskvada  təhsil alan onlarca azərbaycanlını Azərbaycana elə Azərbaycanın özü gətirdi. Biz bu torpağın övladıyıq. Mən qardaş ölkədə oxuduğum zamanlarda da, 1983-1985-ci illərdə Moskva şəhəri Ümumittifaq Elmi Cərrahiyyə Mərkəzində işləyərkən də mütləq bir gün Vətənə dönüb ona xidmət etmək arzusuyla yaşayırdım. Və ona görə də ilk fürsət düşən kimi mən Azərbaycana qayıtdım.


Həkim zəhmət olmasa Öd kisəsi xəstəlikləri haqqında məlumat verə bilərsiz?


- Öd kisəsi xəstəlikləri müxtəlifdir, əsasən iltihabi xəstəliklər var ki, buna elmi dildə “xolesistit”deyilir. Iltihabi xəstəliklər öd kisəsinin kəskin, xroniki iltihabı və öd daşı xəstəliklərinə bölünür. Doğrudur, bu terminlərə bəzən ədəbiyyatda daşsız "xolesistit"lər də deyilir. Bunun əhəmiyyəti yoxdur, çünki iltihab daşlı olduqda da, olmadıqda da var.

- Öd kisəsi xəstəliklərinə gətirib çıxaran səbəblər nələrdir?


- Öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətinə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir.
Hamiləlik zamanı qadının orqanizmində proqesteron hormonunun səviyyəsi yüksəlir. Proqesteron isə bütün hamar əzələli orqanlara (o cümlədən də, öd kisəsinə) zəiflədici təsir göstərir (bunun əsas fizioloji mənası uşaqlığın əzələlərinin zəiflətməkdən ibarətdir ki, bu öz növbəsində uşaqsalmaya, vaxtdan tez doğuşa mane olur). Proqesteronun belə təsirindən öd kisəsində durğunluq yaranır, öd kisəsi daha zəif boşalır. Bu isə öz növbəsində öd daşı xəstəliyinin inkişafına və ya (qadında bu xəstəlik hamiləlikdən əvvəl olduqda) daha da kəskinləşməsinə səbəb ola bilər.
Həkimin sözlərinə görə, kişilərdə öd yollarının anameliyası, uşaqlarda lyambliya qurdunun olması öd kisəsi xəstəliklərinin yaranma səbəblərindən biri ola bilər.


Öd kisəsi daşı dedikdə nə başa düşülür?

 
- Öd kisəsində öd qradientlərinin qarşılıqlı münasibətləri pozulduğu zaman əmələ gələn daşlar başa düşülür. Öd daşları əsasən xolesterin mənşəli, miks daşlarvə öd piqmentləri daşları qrupuna bölünür.
Öd daşları olan öd kisəsində çoxlu sayda bakterialar müşahidə olunur ki, həmin daşlar iltihablaşmaya səbəb olur və öd kisəsində kəskin pristuplar şəklində ağrılar verir. Öd kisəsi daşlarının əsas fəsadları odan ibarətdir ki, öd kisəsində yaranmış daşlar öd kisəsinin iltihablaşmasına və bağırsaqlara qovulmuş ödün gələcəkdə həzm pozulmasına səbəb olur. Həzm pozuntusu dedikdə nə kimi əlamətlər nəzərdə tutulur? Bakteriyalarla zəngin olan öd qovularaq bağırsaqlara düşdükdə həmin bakteriyalar qidalı mühitdə artıb çoxalaraq həzm pozulmasına gətirib çıxarır. Bu əsasən köp, ağızda acı dad, qəbzlik və ya ishal kimi əlamətlərlə özünü göstərə bilər. Buna səbəb həmin bakteriyaların qarışaraq bağırsaq florasını pozması və hasil etdikləri yarımparçalanma məhsulları yəni qidalı maddələrin yarımparçalama məhsullarının təsirləri nəticəsində bağırsaq sinir uclarının qıcıqlanması nəticəsində ya qəbzlik formasında ya da ishal formasında müşahidə olunur. Öd kisəsində daşlar yarandığı zaman bəzi daşlar lal daşlar olaraq heçbir əlamət göstərmir və təsadüfü ultrasəs müayinəsi nəticəsində aşkarlanır. Bəzən iri daşlar öd kisəsilə bağırsaq arasında fistul əmələ gətirir və nəticədə bağırsaq keçməməzliyi yaranır.Bəzən isə öd kisəsində olan daşlar öd kisəsinin boyun hissəsinin tutması nəticəsində  dediyimiz nahiyəsinə ilişərək kəskin xolesistit əmələ gətirir. Xolesistit öd kisəsinin iltihabı deməkdir və həmin daşın öd axarını tutması nəticəsində yaranmış durğunluq sayəsində kəskin iltihabi proses baş verir. Kəskin xolesistitdən başqa öd kisəsi daşları daim öd kisəsi divarını qıcıqlandırdığı üçün öd kisəsi divarının bədxassəli törəmələrinə gətirib çıxara bilər. Bundan başqa kəskin xolesistit nəticəsində öd kisəsinin partlayaraq qarın boşluğuna irinli ödün axması sayəsində kəskin perutanit müşahidə oluna bilər. Bu durumlar xəstələrdə kəskin, təcili əməliyyat olunmaq ehtiyacı yaradır.

AÇIQ VƏ QAPALI-LAPAROSKOPİK ƏMƏLİYYATLAR ARASINDAKI FƏRQLƏR NƏLƏRDİR?


-Qarın içindəki əməliyyat hər iki üsulda da eynidir; Öd kisəsi, bağlı olduğu yerdən ayrılaraq çıxarılır. Aradakı fərq qarın divarındakı əməliyyatdadır. Açıq əməliyyatda qarında bir kəsik açılır, əməliyyat sonrası xəstəxanada daha çox qalmaq lazım gəlir, sağalma müddəti daha uzundur, gündəlik həyata geri qayıtmaq daha çox vaxt alır, əməliyyatın izi qalır və yenidən yırtığın əmələgəlmə ehtimalı ola bilər. Qapalı üsulda kəsik və iz yoxdur, qarın divarında 3-4 ədəd deşikdən əməliyyat keçirilir, xəstəxanada daha az qalınılır, gündəlik həyata qıssa müddətdə qayıdılır, ağrı daha olur.

-Laparoskopik xolesistektomiya əməliyyatı nə deməkdir və bu əməliyyat necə həyata keçirilir?


-"Laparo” qarın boşluğu, "skopiya” baxıram deməkdir. Laparoskopik xolesistektomiya əməliyyatı ümumi narkoz altında aparılır, yəni xəstə yatır və heç bir ağrı hiss etmir. Qarın divarında 0.5 sm uzunluğunda 4 kəsik açılır. Bu kəsiklərdən qarın boşluğuna troakarlar daxil olur. Troakarlar boruya bənzəyir və onların içi ilə əməliyyat zamanı istifadə olunan alətlər daxil olunur. Alətlər troakarlar vasitəsi ilə qarın boşluğuna salınır və monitora baxılaraq əməliyyat həyata keçirilir. Qarın boşluğunda rahat işləmək üçün ora steril CO qaz vurulur. Bu zaman monitorda qarın boşluğu orqanları çox aydın görünür. Digər kəsiklərdən qarın boşluğuna mikrocərrahiyə alətlər-manipulyatorlar (qayçı, elektrokoaqulyatorlar və s.) yeridilir ki, bu alətlərin vasitəsilə cərrahi əməliyyat həyata keçirilir.
Əməliyyat zamanı öd kisəsi qaraciyər və ümumi qaraciyər axarından ayrılır, öd kisəsini qanla təchiz edən damarlar kliplənir. Öd kisəsi daşlarla birlikdə qarın boşluğundan çıxarılır, kəsiklərə tikişlər qoyulur. Cərrahi əməliyyat orta hesabla 30-40 dəqiqə davam edir. Laparoskopik əməliyyatından sonra xəstə təxminən 1 gün xəstəxanada qalmalıdır Xəstədə qan itirmə olmur. Əməliyyatdan sonrakı dövr də çox rahat keçir.

Laparoskopik əməliyyatın üstünlükləri nədir ?

1. Əməliyyatdan sonra ağrı bir gün və çox cüzi olur.
2. Xəstə narkozdan ayılandan 3-4 saat sonra  gəzir və özünə qulluq edə bilir.
3. Stasionarda qalma müddəti çox qısalır (1-gün)
4. Əmək qabiliyyəti çox qısa müddətə bərpa olur.
5. Əməliyyatdan sonrakı yırtıqların əmələ gəlmə riski sıfır dərəcəyə düşür .
6. Laparoskopik əməliyyat kosmetik əməliyyatdır, bir neçə aydan sonra heç bir izi qalmır.

Şəkər xəstəliyindən əziyyət çəkən xəstələrdə öd kisəsində daş varsa əməliyyat ola bilərlərmi?

Şəkər xəstəliyindən əziyyət çəkən insanlarda öd kisəsində daş varsa, hər hansı bir şikayət olmadan əməliyyata göstəriş var. Çünki ilkin mərhələdə heç bir ağrı hiss olunmaya bilər. Lakin şəkər xəstəliyinə görə bu insanlarda öd kisəsinin minimal iltihabı zamanı hadisə fəsadlaşır, ən ciddi fəsadlardan olan öd kisəsinin nekrozu, öd kisəsinin deşilməsi və iltihabın qarına yayılması kimi ciddi fəsadlar yarana bilər.
Ümumiyyətlə, öd kisəsi daşı xəstəliyindən əziyyət çəkən xəstələrin ciddi fəsadlarla üzləşməməsi üçün vaxtında əməliyyat olunması tövsiyə olunur.
Əgər daşların ölçüsü xırda olarsa, həmin daşlar öd kanalına düşür, mexaniki sarılıq əmələ gətirir və bu proses daha da fəsadlaşıb mədəaltı vəzinin iltihabı olan pankreatit , xolangit və pankreonekroz yarada bilər. Bu da bir neçə cərrahi əməliyyat deməkdir. Nadir hallarda kəskin pankreonekroz xəstənin ölümünə belə, səbəb ola bilər.

Əməliyyat sonrası vəziyyət

Laparoskopik öd kisəsi əməliyyatı uzun müddətdir ki, bütün dünyada geniş şəkildə istifadə eilir. Artıq standart bir müalicə prosedura olaraq qəbul edilir. Öd kisəsi əməliyyatı vaxtında həyata keçirilərsə xəstələr həyatlarını normal bir şəkildə davam etdirir və eyni zamanda daş və ya iltihaba bağlı olan problemler tamamilə aradan qalxmış olur. Əməliyyat sonrası hər hansı diyeta saxlamağa ehtiyac duyulmur. Çıxarılan öd kisəsi materiyalı histopataljik analiz üçün labaratoriyaya göndərilir.


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar