Yeganə Əliyeva - Qadın cinsiyyət üzvlərinin xəstəlikləri arasında ən çox rast gəlinən xəstəliklərdən biri uşaqlığın sallanmasıdır
Baxılıb: 3 439 Tarix: 24-08-2018 22:31
Qanunvehedef.az saytının Həkimim rublikasının qonağı Caspian International Hospitalın həkim –ginekoloqu Yeganə Əliyevadır. Həkimlə uşaqlığın sallanması, Uşaqlıq sallanmasının əsas səbəbiəri, diaqnostikası və müalicəsi barədə danışacayıq.
Uşaqlıq sallanması nədir?
Qadın cinsiyyət üzvlərinin xəstəlikləri arasında ən çox rast gəlinən xəstəliklərdən biri uşaqlığın sallanmasıdır. Uşaqlığın sallanması uşaqlığı qarın daxilində fiksasiya edən bağların öz xüsusiyyətini itirməsi nəticəsində baş verir .Bu zaman uşaqlıq öz yerini dəyişərək aşağı doğru düşür.Bu proses əksər hallarda sistoselin əmələ gəlməsinə səbəb olur.Belə ki, aşağıya doğru yerini dəyişən uşaqlıq sidik kisəsinə təzyiq edərək onun sıxılmasına səbəb olur.Bu zaman xəstələrdə sidiyi saxlaya bilməmək, tez-tez sidiyə getmək, sidiyə tam çıxmamaq hissi olur.Xəstəliyin ağır dərəcələrində uşaqlıq yolu cinsiyyət dəliyindən xaricə çıxır.Patologiya əksər hallarda əməliyyat vasitəsilə aradan qaldırılır.Əməliyyatın xüsusiyyəti uşaqlıq bağlarının dartılaraq yerinə fiksasiya edilməsindən ibarət olur.Əksər hallarda ağırlaşmalar baş verir ki, bu zaman uşaqlıq böyrəklərin, sidik kisəsi və düz bağırsağın funksiyasına təsir edir.Belə olduqda uşaqlıq orqanizmdən xaric edilir.
Uşaqlıq sallanmasının əsas səbəbi nədir?
Bu xəstəliyin əsas səbəbi – çanaq dibi və aralıq əzələlərinin cırılması, həmçinin daxili orqanları saxlayan bağların zəifləməsi və dartılmasıdır. Uşaqlıq yolunun enməsi - piylənmə, daim agır əşyaların qaldırılması ilə müşayiət edilən fiziki işlərlə məşğul olması nəticəsində də baş verə bilər. Əvvəlcə uşaqlıq yolu, sidik kisəsinin, bəzi hallarda isə düz bağırsağın bir hissəsi enmiş (düşmüş) olur. Uşaqlıq yolunun düşməsi, adətən, tədricən inkişaf edir. İlk əvvəl güc verilərkən agrı hissiyyatları meydana çıxır: qarının aşağı hissəsində və beldə uzun sürən agrılar, sidiyi saxlaya bilməmək, qəbizlik və s. Bəzi hallarda cinsi əlaqə zamanı da ağrının olması baş verə bilər. Patoloji hal inkişaf etdikcə, uşaqlıq yolunda yad bir cismin olması hissiyyatı yaranır, uşaqlığın selikli qişası kobudlaşmağa başlayır, hər hansı bir travmadan asanlıqla zədələnir, səthində eroziya və xoralar əmələ gəlir.
Uşaqlıq sallanması erkən mərhələlərdə heç bir əlamət verməyə bilər
-Orta və ağır dərəcədə sallanma var isə beldə ağrı, uşaqlıq yolundan sallanma, xüsusi ilə uzun müddət ayaq üstə qaldıqda, öksürmə və ya asqırma zamanı alt qisimlərdə ağırlıq və aşağıya doğru çəkilmə hiss edilməsi kimi şikayətlər meydana çıxa bilər. Şikayətlər adətən axşama doğru gedərək artır. Belə xəstələr uşaqlığı uşaqlıq yolundan xaricdə də hiss edə bilərlər. Adətən uşaqlıq sallanması anatomik olaraq qonşu olan orqanların – bağırsaq və sidik kisəsinin sallanması ilə birgə olur. Bağırsaq sallanması qəbizliyə, sidik kisəsi sallanması isə bəzən gülmə, öksürmə, asqırma zamanı sidik qaçırmaya, bəzən isə sidiyi boşaltmada çətinliyə səbəb ola bilər. Sallanma problemləri olan qadınlarda cinsi əlaqə zamanı ağrı və diskomfort kimi hisslər də ola bilər.
Uşaqlıq sallanmasının Diaqnostikası haqqında nə deyə bilərsiz?
1. İkiəlli ginekoloji müayinə ( uşaqlığın düşmə səviyyəsi təyin edilir, çanaqdibi əzələliri defekti aşkar edilir,
2. funksional testlər – gücənmə (Valsalva testi) və öskürək sınaqları aparılır.3. Düz bağırsağın vəziyyətini və çanaqdibinin quruluş xüsusiyyətlərini qiymətləndirmək üçün rektovaginal müayinə aparılır).
4.Uşaqlıq və artımların, sidik kisəsinin ultrasəs müayinəsi.
5.Urodinamik metodlardan istifadə oluna bilər. Lazım gələrsə endoskopik müayinə təyini: histeroskopiya (uşaqlığa daxildən baxma), sistoskopiya (sidik kisəsinə daxildən baxma), rektoromanoskopiya
Uşaqlıq sallanmasının dərəcələri hansılardır?
I dərəcə- Uşaqlıq boynunun xarici dəliyi vaginanın ortasına qədər düşür
II dərəcə-Uşaqlıq boynu uşaqlıqla birgə vaginanın girəcəyinə qədər düşür, lakin xaricə
çıxmır
III dərəcə-Uşaqlıq boynunun xarici dəliyi vaginadan çölə çıxır, cismi isə yuxarıda qalıb
xaricə çıxmır
IV dərəcə- Uşaqlığın aralıq nahiyəsinə tam düşməsi
Uşaqlıq sallanmasının müalicəsi necə həyata keçirilir?
Uşaqlıq sallanmasının müalicəsi hər xəstədə fərqli olaraq aparılır. Xəstənin yaşı, uşağa sahib olma arzusu, sallanmanın dərəcəsi və qadının ümumi vəziyyəti müalicə üçün əhəmiyyətlidir. Başlanğıc mərhələdə olan sallanmaları olan xəstələrdə uşaqlıq yolu ətrafındakı əzələlər üçün olan xüsusi Kegel hərəkətləri məsləhət görülür.
Orta və ağır dərəcədə sallanmalarda isə xəstənin yaşı və uşaq sahibi olma arzusu kimi amillər nəzərə alınaraq fərqli cərrahi metodlar tətbiq edilir.
Gənc yaşlı qadınlarda qarın boşluğuna girilərək uşaqliğın xüsusi vasitə (tor ) ilə oma sümüyünə asılması, uşaqlıq bağlarının qısaldılması əməliyyatları, irəli yaşlı qadınlarda isə uşaqlıq yolundan uşaqlığın çıxarılması, sidik kisəsi və bağırsağın da sallanması varsa uşaqlıq yolunun ön və arxa divarının bərpası və uşaqlıq yolunun daraldılması əməliyyatları icra olunur.
Əməliyyatdan sonraki dövr
İlk 6 həftə ərzində: 5kq-dan artıq ağırlıq qaldırılmaması
Fiziki və cinsi sakitçilik əmək qabiliyyətinin müvəqqəti itirilməsi 27-40 günə
qədər
Əməliyyatdan sonraki uzaq dövr:10 kq-dan artıq yük götürməməsi
Defekasiyanın normallaşdırması, qəbizlikdən qorunma
Öskürəklə müşayiət olunan tənəffüs yolları xəstəliklərinin vaxtında müalicəsi
Uzun müddət estrogen şamlarının (Ovestin) istifadəsi
Ən çox oxunanlar
Son xəbərlər