Famil Sevdimalıyev - Sidik kisəsi xərçənginin əlamətlərindən biri də sidikdə qan olmasıdır- yəni tibbi dildə desək hematuriya.
Baxılıb: 4 430 Tarix: 24-08-2018 09:06
Qanunvehedef .az Cərrah-Onkoloq Uroloq , tibb üzrə fəlsəfə doktoru, Lanset Cərrahiyyə Klinikasının həkimi Famil Sevdimalıyevin müsahibəsini təqdim edir.
Sidik kisəsinin xərçəngi nədir?
Sidik kisəsi xərçəngi sidik kisəsinin daxilini örtən qişadan inkişaf edir.
Və çox vaxt erkən stadiyada aşkarlanaraq müvəffəqiyyətlə müalicə olunur. Sidik kisəsi xərçənginin əlamətlərindən biri də sidikdə qan olmasıdır- yəni tibbi dildə desək hematuriya. Lakin unutmayaq ki, hematuriya bir çox başqa xəstəliklərdə də olur. Şişlər epitel – nazik divar təbəqəsində yaranırlar, həmçinin digər toxumalarda, o cümlədən birləşdiricilərdə (fibroma, fibromiksoma, gemangioma, leyomioma və s.) şişlər yaranırlar. Şişlər xoşxassəli və bədxassəli olur. Birincilərə adenoma, endometrioz şişlər, feoxromositomlar aiddirlər. Şərti olaraq bu qrupa papillomlar da aiddir. Sonuncular bəzən özlərini xərçəngin ilkin pilləsi kimi biruzə verirlər. Bədxassəli şişlərə xərçəng və sarkoma aiddirlər. Daha çox keçidli - toxumalı xərçəngə rast gəlinir.
Sidiklik şişlərinin əsas simptomu haqda nə deyə bilərsiz?
Sidiklik şişlərinin əsas simptomu hematuriyadır. Xəstəliyin əvvəlində olan hematuriya ağrısız olduğundan və tam sağlam fonda yarandığından bəzən xəstə bu fakta əhəmiyyət vermir. Lakin buna diqqətlə yanaşmaq, qanlı sidiyin tərkibində qan laxtalarının olub-olmamasına fikir verilməlidir. Sidik kisəsindən olan laxtalar əsasən formasız olur. Şiş sidiklik boynuna yaxın yerləşirsə, sidik axımını poza bilər, hətta sidik ləngiməsinə səbəb ola bilər. Sidik axarı mənfəzinə yaxın yerləşən şişlər isə sidik axarı ilə sidiyin axımını çətinləşdirə və beldə ağrılara gətirib çıxara bilər. Sidiklik şişi böyükdürsə və ona iltihabi proses də qoşulubsa, xəstədə dizurik əlamətlər (tez-tez və ağrılı sidik ifrazı) meydana çıxır.
Kimlərin bu xəstəliyə tutulma ehtimalı çoxdur?
Hər bir kəs ola bilər. Kişilər qadınlardan 3 dəfə daha çox tutulurlar. Xəstəliyin 90%-i 55 yaş üzəri adamlarda görülür. Ailəsində bu xəstəlik olanlarda, sidik kisəsində daş olanlarda, tez-tez sistit olanlarda, sidik –ifrazat sistemində patalogiyası olanlarda sidik kisəsi xərçəngi əmələ gəlmə ehtimalı artmış olur.
Sidik kisəsi xərçənginin ən böyük risk faktoru siqaret çəkmədir. Sübut olunub ki, siqaret çəkməyənərə baxanda bu adamlarda 4 dəfə çox sidik kisəsi xərçəng olur. Siqaret tüstüsü ağciyərlərə gedir, onun tərkibindıki ximikatlar qanla böyrəklərə gələrək filtrasiya olunduqdan sonra sidik vasitəsilə bədəndən çıxarılır. Ekspertlərin fikrinə görə qadın və kişilərdə rast gəlinən bütün sidik kisəsi xərçənglərinin yarısının səbəbi elə məhz siqaret çəkmədir.
Sidikliyin şişlərinə diaqnoz qoymaq üçün hansı müayinələr aparılır?
Sidikliyin şişlərinə diaqnoz qoymaq üçün sistoskopiya, ultrasəs, rentgenoloji, kompüter tomoqrafiya və nüvə-maqnit rezonans tomoqrafiya müayinələrindən istifadə edilir.
Sidikliyin şişlərinə diaqnoz qoymaq üçün sistoskopiya, ultrasəs, rentgenoloji, kompüter tomoqrafiya və nüvə-maqnit rezonans tomoqrafiya müayinələrindən istifadə edilir.
Sistoskopiya
xəstəliyin diaqnostikasında tətbiq edilən əvəzedilməz müayinə üsullarından biridir. Bu müayinə zamanı şişin böyüklüyü, lokalizasiyası, sidikliyin tutumu müəyyən edilir. Sistoskopiya zamanı şişin diaqnozunu dəqiqləşdirmək mümkün olmadıqda şübhəli nahiyədən biopsiya (azacıq toxuma – bioptat götürülməsi) aparılır və bioptat histoloji müayinəyə göndərilir. Sidikliyin şişlərinə diaqnoz qoymaq üçün rentgenoloji müayinə üsullarından da geniş istifadə olunur. Sidikliyin kontrastlı rentgenoloji müayinəsi
sistoqrafiyadır. Belə sistoqrammalar “qalxan” yolla, yəni uretradan sidikliyə salınmış kateterlə kontrast maddənin sidikliyə vurulması ilə, həmçinin ekskretor uroqrafiya zamanı böyrəklərdən ifraz olunan kontrast maddənin enən yolla sidikliyi doldurması ilə əldə etmək olar. Sistoqrammalarda şiş olan nahiyədə “dolma defekti” müşahidə olunur.
Ultrasəs müayinəsi ilə şişin ölçüləri, forması, sidikliyin divarına hansı dərəcədə sirayət etməsi, kiçik çanaq limfa düyünlərinə metastazları, həmçinin sidik axarı və böyrəklər haqqında ətraflı məlumat almaq mümkün olur. Metastazlar haqqında daha dəqiiq məlumatı isə, sözsüz ki, kompüter tomoqrafiya və nüvə-maqnit rezonans tomoqrafiya müayinələrinin köməyi ilə əldə etmək olar.
Sidiklik şişləri necə müalicə olunur?
Sidik kisəsi şişlərinin, o cümlədən xərçəngin əsas müalicə üsulu operativ müdaxilədir. Əlavə üsullar kimi kimya terapiyası və şüa terapiyasından istifadə olunur. Xoşxassəli kiçik şişləri endoskopik vasitəsilə çıxarırlar. Belə çıxarılma imkanı olmadıqda qasıqüstü nahiyə yarmaqla əməliyyat aparılır. Xərçəngdə sidik kisəsi tam və ya qismən çıxarılır. Sidik kisəsi tam çıxarıldıqda sidik axarını ön qarın divarına tikirlər. Sidik kisəsinin dərin qatlarına yayılmış şişlərin müalicəsi üçün isə sidik kisəsinin çıxarılması -sistektomiya -əməliyyatı icra edilir. Bağırsaqdan xüsusi kisəs hazırlanaraq sidik axarları bu kisəyə birləşdirilir.Formalaşdırılmış kisə qarının yan divarına tikilir. Kİsənini xaricəaçılan dəliyinə sidik torbası birləşdirilir. Əksər hallarda sistektamiyadan sonra kimya terapiyası tətbiq edilmir. Bəzi hallarda isə bu müalicə yetərincə tətbiq edilmir. Bu zaman sidik kisəsinin qalan hissəsində yenidən şiş toxuması əmələ gəlir. Amma əməliyyatdan sonra lazım olduğu qədər kimya terapiyasının tətbiq edilməsi zamanı xəstəliyin residiv verməsi riski 3 dəfə az olur. Sidik kisəsində əmələ gəln şiş toxumasın digər şiş toxumalarından molekulyar xassələrinə görə fərqlənir. Adətən şişin sidik kisəsində yerləşdiyi yerindən və ölçüsündən asılı olmayaraq kimya terapiyasının tam yerinə yetirilməsini məsləhət olunur. Çünki patioloji müalicənin düzgün təyin edilməmi kisədə əmələ gələn patoloji şiş toxumasının sonradan daha iri həcmli olmasına səbəb olur. Bu zaman şiş toxuması sidik kisəsinin hüdudlarından çıxır və metastaz verir.
Ən çox oxunanlar
Son xəbərlər