Qida borusu insanın həzm sisteminin bir hissəsidir. Həkim-cərrahla müsahibə
Baxılıb: 3 369 Tarix: 24-08-2018 10:44
Samir həkimlə müsahibəmiz təsadüfi deyildi. Çunki, həkim qida borusunun boyun və döş hissəsində çox mürəkkəb patalogiyalardan əziyyət çəkən xəstələri həyata qaytarıb. Neçə-neçə həmvətənlərimiz qida borusunda əməliyyat üçun xarici ölkələrə üz tutmuş, hətta təyyarə biletlərini almış, lakin Azərbaycanımızın Samir Hacıbabayev kimi savadlı həkiminin olduğunu bilib fikirlərindən geri dönmüşlər. Real Hospitalın Həkim- cərrahı Samir Hacıbabayev Qida borusu xəstəlikləri ilə əlaqədar Qanunvəhədəf.az saytının suallarını cavablandırıb.
Real Hospitalın Həkim- cərrahı Samir Hacıbabayev Qida borusu xəstəlikləri ilə əlaqədar Qanunvehedef.az saytının suallarını cavablandırıb.
Azərbaycanda da ən geniş yayılmış qida borusu xəstəliklərindən biri qida borusu xərçəngidir. Belə ki, qida boru xəstəliklərinin 30-40 faizində bu problemə rast gəlinir.
Qida borusu xəstəlikləri nədir?
Qida borusu insanın həzm sisteminin bir hissəsidir. Yarıməzələvi borucuqdan ibarət olub, udlaqdan qəbul edilmiş qidanın mədəyə ötürülməsini yerinə yetirir. Qida borusu xəstəlikləri zamanı ən əsas və diqqət yetirilməli əlamətləri üç hissəyə ayırmaq olar.
1.udqunmanın pozulması.
2.qıcqırma.
3. udqunma zamanı ağrı və s.
Qida borusunun axalaziyasıqida borusu peristaltikasının pozğunluğu və qida borusunun aşağı sfinkterinin boşalması (zəifləməsi) başa düşülür. Axalaziya, adətən 20-40 yaşlarında başlayır və disfagiya (udmanın pozulması), döş qəfəsində ağrı, requrgitasiya (qidanın geri qayıtması) və gecə öskürəyi əlamətləri ilə özünü göstərir.
Qida borusu xərçənginin ilk simptomu haqda nə deyə bilərsiniz?
Qida borusu xərçənginin ilk simptomu disfagiya - udqunmaqda çətinlikdir. Xəstədə belə bir hiss yaranır ki, udulan qida qida borusunda ilişib qalıb və onu böyük miqdarda su ilə içmək lazımdır. Spazmalar zamanı qida borusunun daralmasından fərqli olaraq, bu halda udqunmağın pozulması daim hiss olunur və zaman keçdikcə daha da artır.
Bəzən insanlar belə əlamətə fikir vermirlər. Lakin unutmaq olmaz ki, bu mərhələdə dəqiq müayinədən keçmək xəstənin sağalmaq şansını yüksəldir.
Şiş bütün orqanlarda olan həssas sinir başlıalarını sıxdığına görə sinənin arxa hissəsində ağrılar yaranmağa başlayır. Xəstədə elə bir hissiyaat olur ki, sanki sinəsindən basırlar və yemək zamanı da burada kəskin, yandırıcı ağrılar yaranır. Nadir hallarda öncə ağrı, sonra isə udqunmada pozuntular başlayır.
Tədricən şişin ölçüləri böyüyərək qida borusunu daraldır. Xəstə yemək zamanı xoşagəlməz hisslər keçirir, o, bərk qidalardan - çörək, ət, alma və s.dən imtina etməyə məcbur olaraq yalnız duruhal və üyüdülmüş yeməklər - sıyıq, şorba, pürelər yeməyə başlayır. Bir müddətdən sonra isə yalnız maye şəklində olan qidani (bulyon, süd, kisel) uda bilir. Xəstə insan tədricən yeməkdən, demək olar ki, tamamilə imtina edir və bu çox güclü halsızlıq yaradır. Orqanizm kifayət qədər qida almadığına görə güclü arıqlama başlayır. Xəstə daimi aclıq və zəiflik hiss edir.
ÖZOFAGUS XƏRÇƏNGİNİN ƏLAMƏTLƏRİ NƏLƏRDİR
–Udma çətinliyi
–Çəki itkisi
–Döş bölgəsində yanma və ağrı
–Qusma, qidaların ağıza geri gəlməsi
–Boyunda şişlik
–Anoreksiya- İştahsızlıq
–Səs tutulması
–Qanaxma
–Öskürək və boğulma hissi
ÖZOFAGUS XƏRÇƏNGİNİN SƏBƏBLƏRİ, RİSK FAKTORLARI NƏLƏRDİR?
Özofagus xərçəng xəstəliklərində risk amilləri:
–Siqaret, alkoqol istehlakı və maddə bağlılıqları,
–Qidalanma ilə bağlı faktorlar,
–Genetik və ekoloji faktorlar,
–Xərçəngə səbəb olan digər xəstəliklər də sadalana bilər
Qida borusu və mədə xəstəlikləri zamanı hansı müayinələr olunur?
1. Qida borusu və mədənin rentgenoqrafiyası
Qastroezofageal reflyuksu aşkar etmək üçün xəstəyə vertikal vəziyyətdə kontrast maddəni içməyi təklif edirlər və barium sulfat mədəyə çəkdikdən sonra onu horizontal vəziyyətdə uzandırırlar.Bir qayda olaraq reflyuks ezofaqit əlamətləri,qida borusunun müntəzəm genəlməsi,onun selikli qişasının yenidən qurulması,konturlarının qeyri-hamarlılığı,peristaltikanın zəifləməsi qeyd edilir.
2. Ezofaqomamometriya- Bu müayinə vasitəsilə qida borusunun təzyiqi ölçülür.Proses xüsusi balonlu zondun köməyi ilə həyata keçirilir.
3.Komputer ilə 24 saatlıq interaezofageal pH monitorinqi. Bu metod ən həssas və spesifik test hesab olunur.Bu müayinəni qida borusu müayinəsinin"qızıl standartı" hesab edirlər.Müayinə nəticəsində pH-ın qida borusunda səviyyəsi və qida borusuna düşən zaman hansı ölçüdə olması hesablanır.Bu metodika təkcə qastroezofageal reflyuksu qeyd etməyə deyil,həmçinin mədə-qida borusu atımının tezliyini,müddətini və dinamikasını qiymətləndirməyə imkan verir.
4.Standart turşu reflyuksu testi-Bu zaman xəstənin mədəsinə 300ml M-xlorid turşusu yeridilir və qida borusunun aşağı sfinkterindən 5 sm yuxarıda yerləşən pH zondunun köməyi ilə qarındaxili təzyiqi artıran manevrlərdən (dərin nəfəsalma,öskürək,gücənmə)sonra qida borusunun pH səviyyəsi qeyd edilir.Bu manevrlər 4 halda yerinə yetirilir.Xəstənin arxasıüstə uzanmış,sol və sağ böyrü üstə uzanmış başı aşağı salmaqla uzanmış vəziyyətdə.Əgər ən azı 3 vəziyyətdə pH-ın miqdarı aşağı düşürsə sınaq müsbət hesab edilir.
Samir həkimin Azərbaycanda möcüzəvi cərrahiyyə əməliyyatı
Boyun sınığından iflic olmuş və qida borusu kəsilmiş xəstəni məhz Samir Hacıbabayev həyata qaytardı. Aparılan təkrar müayinələrin əsasında xəstəyə qida borusunu boyun hissəsinin travmatik kəsilməsi, Arxa mediastinit, Yeyunostomiyadan sonrakı vəziyyət, kəskin daşsız xolesistit, kəskin xolangit, qarışıq formalı sarılıq diaqnozu qoyulmuşdur. Bu səbəbdən Samir həkiməmüraciət edilmiş, və həkim dərhal 14.10.2015-ci il tarixdə ETN altında qida borusunun plastikası, Ştam üsulu ilə qastrostomiya, Traxeostomiya, Xolesistektomiya əməliyyatları icra olunmuşdur.Qida borusu xərçənginin müalicə üsulları barədə nə deyə bilərsiz?
Qida borusu xərçənginin əsasən üç müalicə üsulu var.
Bunlar cərrahi müdaxilə, kimya və şüa terapiyasıdır. Erkən aşkar olunan qida borusu xərçəngi zamanı ömrün uzadılması məqsədilə cərrahi əməliyyat keçirilməlidir. Xərçəngin yerləşməsindən asılı olaraq, əməliyyat iki və ya üç mərhələli ola bilər. Əməliyyatın texniki cəhətdən çətin olmasına baxmayaraq, səhiyyənin inkişafı ilə bu növ cərrahi müdaxilələrin riski də zamanla azalır. Qida borusu xərçəngi zamanı yaşam müddəti xəstəlik aşkarlanan zaman hansı mərhələdə olmasından asılıdır.
Ən çox oxunanlar
Son xəbərlər