Alın qırışlarının müalicəsində ən yaxşı vasitə botoksdur. Həkim –kosmetoloqla müsahibə
Baxılıb: 3 458 Tarix: 24-08-2018 13:23
Qanunvehedef.az saytı M. Əliyev Adına Respublika Təsərrüfat hesablı Polikilinikanın həkim-kosmetoloqu Elmira Əhmədova ilə müsahibəni təqdim edir.
Elmira xanım –qadınların böyük əksəriyyəti, dolğuya, botoksa maraq göstərirlər. Bəs bunlar gələcəkdə dəri üçün hansısa problem yarada bilərmi? - Botoks, dolğu proseduraları düzgün şəkildə və ehtiyac olduqda tətbiq edilsə, heç bir problem olmaz.
-Botoks özü bir terapiyadır. Əgər müraciət edən şəxsin həqiqətən də göz ətrafında, alnının iki qaşarası nahiyəsində qırışlar var və yaş məhdudiyyəti icazə verirsə, botoksun heç bir təhlükəsi yoxdur.
- Botoks nədir?
- Bu gün müasir kosmetologiya üz üçün bir neçə cavanlaşdırıcı proseduralar təklif edir. Ən tanınmış qeyri-cərrahiyyə cavanlaşdırıcı üsul botoks inyeksiyalarıdır. Botoks inyeksiyaları - ən populyar və tələb olunan kosmetoloji prosesdir. Botoks – clostridium botulinum adlı mikroorqanizmin ifraz etdiyi A tipli neyrotoksinin preparatıdır. İstifadədən qabaq neyrotoksin xüsusi təmizləmədən keçir və albuminlərlə bağlanır. Belə əlaqə toksini daha davamlı edir, onun bioloji aktivliyini qoruyur, preparatın təsirini təmin edir. Onun təsiri sinir impulslarının ötürülməsini blokada etməkdir ki, bu da əzələlərin boşalmasına gətirib çıxarır. Nəticədə mimiki aktivlik azalır, qırış və qatlar itir, dəri hamarlaşır. Botoks preparatı vərdişlik yaratmır və ciddi yaş məhdudiyyətləri yoxdur
-Botoks necə tətbiq olunur?
-Botoks səmərəli şəkildə və tez bir zamanda öz təsirini göstərir. Botoks iynələri artıq dördücü gündən etibarən öz təsirlərini göstərməyə başlayır. İlk həftə ərzində isə prosedurun effekti daha aydın şəkildə özünü göstərməyə başlayır. Xəstənin orqanizmindən asılı olaraq prosedur təxminən 4-6 ay ərzində öz təsirini qoruyub saxlayır. Təkrar vurulan iynələrin köməyi ilə prosedurun effektini 6-9 aya qədər uzatmaq mümkündür. Sadəcə bir iynənin köməyi ilə siz problemli nahiyyələrinizi unuda bilərsiniz. Bu prosedurun tətbiqində ən vacib amil prosesi yerinə yetirən mütəxəssisdir.
-BOTOKS tətbiq olunan nahiyyələr hansılardır?
-Gözətrafı qırışlar Alın nahiyyesi Dodaqüstü qırışların korreksiyası Hiperhidrozun (artıq tərləmə) müalicəsi Çeynəmə əzələlərinin hiperdistrofiyası zamanı Preparatın təsiri tədricən başlayır və təsir müddəti yaşdan, orqanizmin funksional vəziyyətindən asılı olaraq 6-11 ay davam edir.
-Alın qırışlarının müalicəsində ən yaxşı vasitə botoksdur.
-Alın nahiyəsində qaşı qaldırdığımız zaman yaranan horizontal qırışları düzləşdirmək üçün istifadə olunur. Alın qırışlarının müalicəsində ən yaxşı
vasitə botoksdur, çünki bu qırışların yaranmasının əsas səbəbi dərinin altındakı əzələlərin hərəkətidir. Botoks bu əzələlərin sinirdən impuls almasını əngəlləyərək hərəkətini azaldır. Bu da qırışları ortadan qaldırır.
Qaşı çatmaq hislərimizi ifadə edir, insana gərgin və stresli görkəm verir
Biz qaşı aşağı çəkərək qaş arasında vertikal qırış yaradırıq və qaşı yuxarı qaldıraraq qaş üstü çuxur əmələ gətiririk. Qaş arası vertikal qırış və qaş üstü çuxur tamamilə“Corrugator” və “Proserus” əzələlərinin hərəkəti nəticəsində olduğu üçün gənc və orta yaşlı pasientlərdə tam müalicə olunur.
Göz çevrəsi dərisi çox incədir və erkən qırışmağa başlayır.
Gülərkən alt göz qapaqlarından üst yanağa qədər yelpik şəklində qırışlar uzanır ki, buna qaz ayağı qırışları deyilir. Bu qırışlar gözün dairəvi əzələsinin bayır kənarının yığılması nəticəsində əmələ gəlir. Bu əzələnin bayır kənarına botoks vurmaqla gənc və orta yaşlı pasientlərdə bu qırışı tamamilə itiririk. Botoks qaşları güvənlə və rahatlıqla 5 mm-ə qədər qaldırır. Qaş qaldırmada botoks ən sıx müraciət edilən vasitədir.
-Kimlərə botoks etmək olmaz?
Botoksdan hamiləlik, südvermə dövrü, dəri xəstəliyi, sellülit, çapıqlar, qan laxtalanmasında pozğunluq, qan sulandırıcı maddələrin istifadəsi , tətbiq edilən nahiyədə əzələ zəifliyi, sinir əzələ keçəcəyində xəstəlik varsa, o zaman botoks müalicəi etmək olmaz. Botoksdan öncə analizlər verilməlidir, 6 ay ərzində göz əməliyyatı olmamalıdır. Bəzi dərman preparatları var ki, onlar prosedurdan öncə istifadə olunmamalıdır. Bəzi peşə sahiblərinə də botoks etdirməkməsləhət deyil. Aktyor-aktrisalar, işi aktiv üz mimikalarından asılı olan şəxslər öncə məlumatlandırılmalıdır.
-Tərləmənin qarşısını alan botoks xərçəngə səbəb olur?
-Xərçəngi nə lazer epilyasiyası, nə də qolaltı botoks yaratmır. Xərçəng heç bir funksiyanı yerinə yetirməyən hüceyrədir. Onu əmələ gətirən səbəblər qətiyyən kosmetoloji prosedurlar ola bilməz. Bütün dünyada tərləməni botoksla müalicə edirlər. Bunun digər çarəsi də əməliyyatla tər vəzilərinin çıxarılmasıdır. Botoks heç bir xərçəngə gətirib çıxartmır
Ən çox oxunanlar
Son xəbərlər