Azərbaycanın ali dərəcəli, psixiatrı Ələsgər Soltanov “Qanunvehedef.az” saytına müsahibəsində , son zamanlar yayılan isterik tutmalar, İsterik tutmaların əlamətləri və müalicəsi yollarından da bəhs edib.
Baxılıb: 6 330 Tarix: 04-09-2018 21:28
Nevrozun əsas əlamətləri müxtəlifdir. Nevrozun əsas əlamətlərinin bir neçəsini bu gün saymaq olar. Yuxu pozuntusu, qorxu, həyəcan, ümidsizlik, halsızllıq, əhval ruhiyyənin kəskin dəyişməsi, iştahasızlıq, bəzən iştahanın həddən artıq olması, patoloji səliqəlilik, çoxlu ürək döyüntüsü, bütün bunlar nevroz halın əlamətləridir.
Nevrozun 4 əsas növü var:
-nevrasteniya
-isteriya
-psixasteniya
-sayrışan nevrozlar.
İsteriya nədir?
İsteriya nevrozun bir forması olub, emosional reaksiyalar, qıcolma tutmaları, hissiyat pozuntuları ilə təzahür edir. İsteriya yunan sözü “hystera” sözündən götürülmüşdür ki, mənası “uşaqlıq””(qadının cinsiyyət orqanı), anlamını verir. İsteriyanın kliniki mənzərəsi çox rəngarəngdir. Bütün isteriyaların kökündə müxtəlif konfliktlər, keçirilmiş stressli vəziyyətlər, uzun müddətli müxtəlif qınaqlar, alçaltmalar və s. psixoloji durumlar durur. Isteriya infantil konstitusional tip fonunda emosional-effektiv xəstələr zərif bədən quruluşu, yaxşı inkişaf etmiş ikincili cinsi əlamətlərlə, plastik zəriflik və qeyri-dəqiq hərəkətlərlə xarakterizə olunur. İsteriyalı xəstələrin davranışında ən mühüm cəhət ətrafdakıları müxtəlif vasitələrlə özünə cəlb etmək meylidir.
İsterik tutmaların əlamətləri hansılardır?
Yüngül hallarda qıcıqlanma, səbəbsiz ağlağanlıq və ya eyforik gülüş, boğazda sıxılma və tənəffüsün çətinləşməsi, ürək döyüntülərinin artması kimi əlamətlər inkişaf edir. Daha ağır formada isteriya özünü ümumi qıcolma tutmaları və ya bədənin ayrı-ayrı hissələrinin iflici ilə göstərir. Bunlarla yanaşı xəstənin ümumi ruh halında da dəyişikliklər – həyəcan, qorxu, əsəbləşmə kimi hallar baş verir. İsterik qıcolmaları epileptik statusdan ayırmaq önəmlidir, belə ki, epilepsiyadan fərqli olaraq isterik tutma zamanı xəstə huşunu tam itirmir, ətrafda olanları eşidir və anlayır, ayılanda baş verənləri xatırlayır. Adətən isterik bayılma gündüz vaxtı olur, bundan öncə xəstə olduqca həyəcanlı olur, rahat yerə yıxılır və bayıldığı zaman özünə qətiyyən heç bir bədən xəsarəti yetirmir. Qıcolma daha çox teatral-göstəriş xarakteri daşıyır, xəstənin tənəffüsü pozulmur, bəbəkləri işığı reaksiya verir, ağzından köpüklü ifrazat olmur. Ən nəzərəçarpan cəhət isə odur ki, ətrafdakılar xəstəyə nə qədər çox fikir versə isterik tutma bir o qədər uzun olur. Qıcolma dayandıqdan sonra epileptik turmadan fərqli olaraq xəstədə keyilik və yuxulama kimi əlamətlər müşahidə olunmur, o öz normal fəaliyyətini davam etdirə bilir. İsterik nevrozun ən çox müşahidə edilən vegetativ simptomları mədə-bağırsaq traktının pozğunluqları (ürəkbulanma, qusma, ağrı, gəyirmə) və müxtəlif dəri hissiyyatı (yanma, qaşınma, keyimə) şəklində qeyd edilir. Vegetativ pozğunluqlar həmçinin başgicəllənmə, huşitirmə, taxikardiya şəklində də baş verə bilər. İsterik ağrılar həmçinin bədənin demək olar ki, bütün nahiyələrində (oynaqlar, ətraflar, qarın boşluğu üzvləri, ürək) müşahidə oluna bilər, bununla əlaqədar olaraq xəstələr tez-tez cərraha müraciət edir və onlara hətta laparoskopiya icra olunur ("Münhauzen sindromu"). İisterik nevroz zamanı karlıq, korluq kimi hallar baş verə bilər ki, bu da bir qayda olaraq, mənfi təbiətli psixogen təsirlərlə əlaqədar olur.
İsterik nevrozun ağırlaşmalarında nevroloji pozulmalar baş verirmi?
İsterik nevrozun ağırlaşmalarında aşağıdakı nevroloji pozulmalar mühüm yer tutur:
- hərəki pozğunluqlar (iflic, parezlər, oriyentasiyanın pozulması, hiperkinezlər)
- nitq pozulmaları (afoniya, mutizm, pəltəklik)
Həyəcan zamanı səsin xırıldaması, eşitmənin və görmənin qəfil pisləşməsi isterik nevrozlara xas olan xüsusiyyətlərdir. Xəstəlik zamanı isterik yuxululuq xarakterik hesab edilir. Xəstələr bir neçə saat və ya gün ərzində yuxulu olurlar.
-Ələsgər həkim, xəstəliyi necə müalicə etmək olar?
-Isteriya nevrozunu yaradan səbəbi aşkara çıxarıb aradan qaldırmaq lazımdır. Ilk növbədə psixoterapevtik müalicə aparılmalıdır.Xəstəliyin müalicəsində mövcud simptomları aradan götürmək üçün dərman terapeyası tətbiq olunur.Bu xəstələrə müsbət təsir göstərir Sanatoriya-kurort müalicəsi, fizioterapevtik müalicə üsulu da əhəmiyyətlidir.
Söhbət terapiyası, qrup terapiyası, art terapiya, interpersonal əlaqələrin qurulması müsbət təsir edir.
Sadalanan psixi stress faktorlarının insana təsiri onun aid olduğu ictimai qrupdan, tərbiyəsindən, temperament tipindən, xarakterindən, həyat meyarlarından, sərvət meyllərindən və adaptasiya qabiliyyətindən bilavasitə asılıdır.
Son illərin mənzərəsinə baxaq:
iş, onun təşkili və iqtisadi çətinliklər;
ailə üzvlərinə çətinlik yaradan geniş tələbat malları ilə təchizat;
işləyən qadınlarda bu tələbatlarla olaqədar əmələ gələn psixi gərginlik;
həll olunmamış ev problemi;
ailə münaqişələri, işdə və digər yerlərdə olan narazılıqlar;
gərginliyi aradan götürmək məqsədilə toksiki maddələrdən istifadə (alkoqol, nikotin, narkotik maddələr və s.)
Ən çox oxunanlar
Son xəbərlər