Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İsmixan Mətiyev - Bud-çanaq oynağının total protezləşdirilməsi (artroplastikası), bud-çanaq oynağı ağır dərəcədə zədələnmiş xəstələrdə oynağın süni bir oynaqla dəyişdirilməsi əməliyyatıdır.

Baxılıb: 6 592     Tarix: 04-09-2018 23:03   


Müsahibim Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Travmatologiya şöbəsinin Travmatoloq-ortopedi Tibb Elmləri namizədi İsmixan Mətiyevdir.

DİZ OYNAĞININ ARTROZU NƏDİR?

Diz oynağına daim ağır yük düşdüyündən artrozun yaranma faktorlarından biri mexaniki faktor sayılır. Oynaq qığırdağının mikrotravmaya uğraması və onun üzərinə düşən ağırlıq nəticəsində qığırdağın strukturu pozulur. Nəticədə oynaq qığırdağının vaxtından əvvəl dağılması və diz oynağının zədələnməsi baş verir.

Diz oynağının artrozu bir çox əlamətlərlə özünü biruzə verir.

 Periodik olaraq ağrılar yuxudan sonra və uzun müddət oturaq vəziyyətdən sonra yaranır. (başlanğıc ağrılar)

 İkinci mərhələdə xəstə uzun müddət ayaqüstə dayandıqda və ya gəzdikdə yaranan ağrılar da narahat edir. Bu zaman xəstə oynaqlarda artan hərəki məhudluqan və aydın nəzərə çarpan əzələ hipotrofiyasından (arıqlama) şikayət edir.

 III mərhələdə ayaqların əyilməsi baş verir. (x-vari və ya o-vari). Deformasiyaya uğramış diz oynağı şişir və qabarır. Diz oynağının hərəkəti kəskin məhdudlaşır və ya tam itir.
Xəstəliyin erkən dövrlərdə effektiv müalicəsi əsasən müalicəvi fiziki hərəkətlər, xüsusən üzgüçülük hesabına baş verir. Bu zaman oynaq kapsulu genişlənir və onun trofikası yaxşılaşır. Əgər konservativ müalicə effekt verməzsə və ya siz xəstəliyin gecikmiş mərhələsində həkimə müraciət edərsinizsə onda sizə cərrahi əməliyyat təklif olunacaq.


 Diz Endoprotezi  nədir?

Diz oynağı 3 kompartmandan ibarətdir. Əgər bu kompartmanlardan ikisində duzlaşma varsa total diz protezi qoyulmalıdır. Duzlaşma sadəcə bir kompartmanda olduqda minimal invaziv qismi diz protezi(unikompartmantal diz protezi) tərcih edilə bilər. Total diz protezi qığırdağı sıradan çıxmış oynağın hər iki səthinin metal və polietilendən istehsal olunan parçalar ilə örtülərək ,ağrısız şəkildə hərəkətinə imkan yaradan süni bir oynaq yaradılmasına deyilir. Bu əməliyyat zamanı aşınmaya məruz qalan oynaq qığırdağı uyğun qalınlıqda sümük təbəqəsi ilə kəsilərək çıxarılır, protez ölçüsü alındıqdan sonra uyğun ölçüdə implantlar polimetilmetakrilat adlanan tibbi sementlə sümüyə tutdurulur. Bu əməliyyatla oynaq səthləri yenidən metal və plastikdən hazırlanmış protezlə yenidən örtülmüş olur. Protez əməliyyatı daha çox 60 yaş üstündə olan xəstələrə edilir, ancaq revmatoid artrit, osteonekroz kimi xəstəliklərdə daha erkən yaşda da edilə bilər. Diz protezinin ömrü son modellərlə 25-30 ilə qədər uzanmışdır. Buna baxmayaraq 50 yaş altında olan xəstələrdə protez öncəsi digər metodlar sonuna qədər tətbiq edilməyə çalışılmalıdır.

Oynaqların endoprotezləşdirilməsi haqda nə deyə bilərsiz?
 
Bud-çanaq oynağının total protezləşdirilməsi (artroplastikası), bud-çanaq oynağı ağır dərəcədə zədələnmiş xəstələrdə oynağın süni bir oynaqla dəyişdirilməsi əməliyyatıdır.  Çox vaxt endoprotezləşmə hərəkəti məhdudlaşmış oynağın funksiyasını bərpa etmək və ağrını aradan qaldırmaq üçün yeganə çıxış yoludur. Artıq əməliyyatdan 1-2 ay sonra pasient əvvəlki aktiv həyat tərzinə qayıda bilir.


Müasir endoprotezlər demək olar ki, ömürlükdürlər. Protezlər 15-20, hətta 30 il öz normal fəaliyyətlərini saxlaya bilirlər, lazım gəldikdə isə onları yenidən dəyişmək olur. Dünyada hər il milyona yaxın bud-çanaq oynağı endoprotezləşdirilməsi və yarım milyondan çox diz oynağı protezləşdirilməsi aparılır. İndiki dövrdə bud-çanaq, diz, çiyin, dirsək və hətta əl barmaqları üçün protezlər mövcuddur. Onlar metal, keramika və xüsusi dözümlü plastmasdan hazırlanır. Protezlərin istehsalı dəqiq və çoxpilləli bir proses olub, sertifikatlaşdırılır.


Endoprotezləşmə əməliyyatı hansı xəstələrdə aparılır?


Endoprotezləşmə əməliyyatı müxtəlif xəstəliklər nəticəsində oynaqların funksiyasını itirmiş pasientlərdə aparılır. Bunlara aşağıdakılar aiddir:

1.Oynağın degenerativ-distrofik xəstəlikləri (deformasiyedici artroz və ya osteartroz).

2.Oynaqların zədələnməsi ilə gedən Bexterev xəstəliyi

3.Posttravmatik artroz ( travmadan sonra baş verən artroz)

4.Bud sümüyü başı və bud kondilusunun aseptik nekrozu

5.Oynaq nahiyəsində düzgün bitişməyən sınıqlar

6.Sınıqlardan sonra yaranan yalançı oynaqlar

7.Anadangəlmə anomaliyalar nəticəsində meydana çıxan artrozlar (oynaqların hipoplaziya və displaziyası), oynaq çuxuru və bud boynunun sınığı.

8.Digər mənşəli artrozlar


Cərrahi əməliyyat nə zaman məsləhət görülür?


- Oynaqdakı ağrı gün ərzində hərəkətlərinizi məhdudlaşdırır və yerimək, əyilmək çətinləşir.
- Oynaqdakı ağrı istirahətdə keçmir, axşam və gecə sizi narahat edir.
- Oynaqdakı hərəkət məhdudiyyəti aşağı ətrafı qaldırmağa və hərəkət etdirməyə imkan vermir.
- Digər müalicə metodları (dərmanlar, fizioterapiya, oynaq içi inyeksiyalar və s.) ilə nəticə alınmırsa oynaq süni protezlə əvəz edilir.


Bud-çanaq oynağı endoprotezləşdirilməsi əməliyyatı necə həyata keçirilir?



Bud-çanaq oynağı endoprotezləşdirilməsində, tamlığı pozulmuş qığırdaq və sümük səthləri kəsilib təmizlənərək yerinə metal və dayanıqlı polietilendən ibarət süni oynaq səthləri qoyulur . Çox effektiv bir əməliyyat sayılır.Biz həkimlərin əsas məqsədi bu əməliyyat son olduğu üçün əməliyyatdan öncəbütün vasitələrdən istifadə edib, bu əməliyyatın zamanını gecikdiririk.Biz xəstələrdə bud çanaq oynağını alman istehsalı olan bud çanaq oynağı ilə əvəz edirik.

Müasir implantların üstünlüyü nədir?

Son zamanlar sürtünmə səthləri, gözəl dizayn implantlara verilir ki, biz hər bir xəstəyə indivudal implant seçə bilirik.Bu implantların işləmə dövrü daha uzunmüddətlidi. Biz hətta yaşlı pasienlərimizə elə bir implant qoyuruq ki,xəstəuzun müddət oynaq haqqında fikirləşməyəcək və gündəlik həyatını davam etdirəcək.

Əməliyyatla oynağın hər iki səthi plastik və metalkomponentlərlə dəyişdirilir. Komponentin sümüyə iki cür fiksasiya metodu mövcuddur.Bunlardan biri polimetilmetakrilat(PMMA) adı verilən sement ilə fiksasiyadır. Digər metodda(sementsiz) protez komponentinin üzəri xüsusi materialla örtülmüşdür. Bu material sayəsində müəyyən müddət sonra protez ətrafında sümük inkişaf edərək bioloji fiksasiyaya səbəb olur. Sirkə kasası komponenti vintlə vəya vintsiz fikasiya edilə bilər. Yaşlı xəstələr və osteoporozu olanlar xaricində əksər hallarda sementsiz protezlər istifadə olunur. Sementli protezlərdən sonra erkən dövrdə aşağı ətrafa yük vermək olar. Sementsiz protezlərdə bioloji fiksasiya gözlənildiyi üçün 1 ay ayağa tam yük verməmək tövsiyyə olunur. Günümüzdə endoprotezlərin böyük bir qismi sementsiz və ya hibrid(çanaq qismi sementsiz,bud qismi sementli) olaraq qoyulur. Sementsiz protezlərdə protez səthinə doğru inkişaf edən sümük protezi vücudun bir parçası kimi fiksasiya edir. Ancaq bu bitişmə üçün sağlam sümüyə ehtiyac vardır. 60 yaşın altında olan və ciddi daxili problemləri olmayanlar bu qrupa daxil edilir. 60 yaşın üstündə olan xəstələrdə bud komponenti sementsiz qoyulduqda mikro hərəkətlər olduğu üçün dizə yayılan ağrılar yarana bilər. Bunun qabağını almaq üçün çox hallarda bu yaş qrup xəstələrdə bud komponentini sementli, çanaq komponentini isə sementsiz (hibrid)qoymaq tərcih edilir. 70 yaşın üstündə osteoporoz(sümük əriməsi) olan xəstələrdə sümük keyfiyyəti zəif olduğu üçün sementli protezlər istifadə edilməsi məsləhət görülür. Burada göstərilən yaş hüdüdları mütləq deyildir və xəstədən xəstəyə dəyişə bilər. Xəstələrin 80-85%-də protezlərin ömrü 10-20 ildir. Əməliyyatdan sonra 4 gün boyunca xəstəyə xəstəxana daxilində yeriməsi və günlük işlərini necə icra etməsi ilə bağlı təlimlər verilir. Evə göndərildikdən sonra xəstə 4-6 həftə boyunca yerimə dəstəyi ala biləcək cihazlarla yeriyir, daha sonra isə sərbəst yerişə başlayır

Əməliyyatdan sonra nə etmək olmaz?
 

- Ən az 8 həftə müddətində ayağı-ayaq üstünə aşırmayın;
- Oturarkən önə əyilib yerdən bir şey götürməyin;
- Dizlərinizi qalça xəttindən yuxarıya qaldırmayın;
- Çöməlmə tələb edən tualetdə oturmayın;
- Oturub qalxarkən önə həddən artıq əyilməyin.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar