Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İlham Əliyev Sərəncam imzaladı

Baxılıb: 10311     Tarix: 07-07-2026 10:45   

Səhiyyə nazirinə yeni müavin təyin olunub.

Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin olunub.

Qeyd edək ki, R. Hacıəlibəyov 2022-ci ilin iyul ayından səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

O, rəqəmsal transformasiya sahəsində 30 illik təcrübəsi ilə Azərbaycanda HP, Microsoft və SAP kimi aparıcı qlobal informasiya texnologiyaları şirkətlərinin yerli nümayəndəliklərinə rəhbərlik edib. 2017-ci ildən etibarən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının üzvüdür.

Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafına verdiyi töhfələrə görə Prezidentin 2021-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar