Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Allergiya orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığı, reaksiyasıdır. Həkim- pediatrla müsahibə

Baxılıb: 1 657     Tarix: 06-11-2018 11:39   

Qanunvehedef.az saytının Həkimim rublikasının qonağı Mediplanet klinikasının həkim – pediatrı Dr. Bəxtiyar Qarayevdir. Həkimlə son illər uşaqlar arasında geniş yayılan xəstəliklərdən biri olan Allergik rinitin əlamətləri və müalicəsi haqqında danışacayıq.

Son illər insanlar arasında geniş yayılan xəstəliklərdən biri də allergiyadır. Əvvəllər bu xəstəliyə min nəfərdən birində rast gəlinirdisə, indi hər 10 nəfərdən ikisi bundan əziyyət çəkir. Azərbaycanda da allergiya daşıyıcılarının çayı çoxdur. Xüsusilə də son bir neçə ildə onların sayı nəzərəçapracaq dərəcədə artıb. Allergiyanın formaları arasında ən geniş yayılanı isə allergik və xroniki rinitdir.

Allergiya orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığı, reaksiyasıdır. Bu, immun sisteminin patalogiyasıdır. Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası və dərman allergiyası aiddir.

Allergik xəstəliyin inkişafına səbəb ola biləcək allergiyanın əsas səbəbləri hansılardır?

- İrsi meyillilik.
- Tez-tez baş verən (xüsusən də uşaq yaşlarında) infeksion xəstəliklər - Ekoloji faktorlar.
- Daxili orqanların xəstəlikləri. Bəzi hallarda, daxili orqanların (məsələn, mədə-bağırsaq traktı, qara ciyər, endokrin, sinir sistemləri və s.) fəliyyətində olan pozulmalar
-Sress – allergiyanın inkişaf etməsində əsas faktorlardan biridir. İstənilən stressdən sonra immun sisteminin fəaliyyəti "səhv" istiqamətdə gedə bilər.
-Orqanizmə lazım olan xeyirli qida maddələrinin kifayət qədər daxil olmaması Bu qida maddələrindən təkcə birinin uzun müddət ərzində çatışmaması da allergik reaksiyanın inkişaf etməsinə səbəb ola bilər. Xüsusən də bu, vitaminlərə və mikroelementlərə aiddir.

Allergik rinitin növləri hansılardır?


Allergik rinitin aşağıdakı növləri var:
1. Mövsümi: Bu rinit hər il eyni aylarda özünü göstərir. Mövsümi rinitə burun tənəffüsünün pozuntusu, tez-tez asqırma, burundan seliyin çox miqdarda ifrazı, burunda göynəmə və yanma hissləri xarakterikdir.
2. İl boyu davam edən rinit. İl boyu davam edən rinit diaqnozu o zaman qoyulur ki, o, özünü 9 aydan çox və gündəlik olaraq, özünü ən azı iki saatdan bir göstərir. Bu vəziyyət selik ifrazlı zökəm, burun və gözlərdə yanma hissi, bəzən isə öskürəklə müşayiət edilir.

Allergik rinitin əlamətləri hansılardır?

-Qaşinma,
-göz yaşarması,burun axması,
-burunun tutulması
.Bu əiamətlər şiddətləndikdə isə bədəndə həssaslıq artır,baş ağrıları,halsızlıq, yuxunun pozulması,Xəstənin vəziyyəti get gedə pisləşərsə hətta depressiyaya belə gətirib çıxara bilər.

-Diaqnostikası necə aparılır?

-İnsanlar çox vaxt bir deyil, bir neçə allergenə qarşı həssas olduğundan, bunu müəyyənləşdirmək üçün həkimə müraciət etmək və müxtəlif testlər etmək lazımdır. Burada hansı fəsildə xəstələnməyin, mənzil-məişət şəraitinin, ev heyvanları ilə təmasın və s. böyük əhəmiyyəti vardır. Diaqnostika üçün ən çox istifadə olunan üsul dəri sınaqlarıdır. Bunun üçün allergen ekstraktından bir qədər xəstənin biləyi üzərinə çəkilir. Sonra dəridə iti alətlə kiçik dəliklər açılır ki, maddə dərinin içinə daxil olsun. Əgər bu allergenə qarşı həssaslıq varsa, onda həmin yerdə müəyyən ölçüdə qızartı və şişkinlik əmələ bələcək. Bundan əlavə dəri altına az miqdarda ekstrakt vurmaqla və ya qan analizi aparmaqla da həssaslığı müəyyən etmək olar. Belə ki, bəzən qanda müəyyən allergenə qarşı IgE (immunoqlobulin E) adlı birləşməni axtarmaqla diaqnozu dəqiqləşdirmək lazım gəlir.

Allergik rinitin müalicəsi haqqında nə deyə bilərsiniz?

Allergik rinitin daşıyıcısı olan xəstələrin müalicə müddətində bəzi qidalardan istifadəsinə qadağa qoyulur. Əsasən, müalicə ilə paralel xəstələrdə allergiyanın əlamətlərini artıran qida məhsullarından - sitrus meyvələrindən, tərxun, bal, yemiş, tum və fındıqdan imtina edilməlidir. Allergik rinitin daşıyıcısı olan xəstə hər mövsüm vaxtlı-vaxtında lazımi müalicə kursu almalıdır. Əks halda, xəstəlik ağır sayılan dövrə keçir. Bu zaman isə rinit əlamətləri ağır formada təkcə yaz mövsümündə yox, ilboyu özünü göstərir. Xəstədə boğulma halları ortaya çıxır. Bir neçə il sonra isə həm allergik, həm də xroniki rinit bronxial astmaya çevrilə bilər:
"Allergik rinitin əlamətləri özünü biruzə verməyə başlayanda xəstə mütləq həkimə
müraciət etməli və lazımi müalicəni almalıdır. Ancaq bəzi xəstələr allergiyanın əlamətləri özünü göstərməyə başlayanda bunun adi qrip simptomları olduğunu düşünüb həkimə üz tutmur. Bir sıra antibiotiklər qəbul edib qripin keçməsini gözləyir. Bu da allergik rinitəlamətlərini daha da kəskin hal almasına səbəb olur. Bu vəziyyət bir neçə il təkrarlandığı halda isə rinit bronxial astma xəstəliyinə çevrilir. Astma daşıyıcılarının 80 faizi bu xəstəliyi allergik və xroniki rinitdən sonra qazanır".

Allergik rinitin qorunma üsulları hansılardır?

Allergiyadan qorunmaq üçün aşağıdakılara əməl etmək lazımdır:
-meşədən. ağacların sıx olduğu yerdən uzaq gəzmək
-küləkli havada gəzməmək
-otağın havasını yağışdan sonra küləksiz havada dəyişdirmək
-küçədən qayıdarkən yaxşıca yuynmaq , paltaları dəyişmək
-hər gün duş qəbul eləmək
-maşında gfedərkən pəncərəni bağlı saxlamaq
– evdə hər gün təmizlik işi aparmaq
-həkimin təyin etdiyi dərmanları vaxtında qəbul etmək.

Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik
Buyurun, həmişə sağlam olun.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar