"İrandakı İslam hökumətinin son günləridir" - Təbrizli tarixçi
Baxılıb: 614 Tarix: 28-11-2022 13:24
“1985-ci ildə bir illik Azərbaycana gəlmişdim. İndi bu gün buraları bu formada, xaraba qalmış görəndə qəhərlənirəm. Eyni zamanda, sevinirəm ki, artıq bu torpaqlar azad olunub”.
Bunu APA-ya açıqlamasında Ağdama səfər edən Fransada yaşayan Təbriz əsilli hüquq müdafiəçisi, tarixçi-tədqiqatçı Maşallah Rəzmi deyib.
O, ermənilərin Qarabağda törətdiyi dağıntıları digər ölkələrdəki müharibə dağıntıları ilə müqayisə edib:
“Ayrı ölkələrdə də müharibədən əziyyət çəkmiş yerləri görmüşəm. Amma burada – Qarabağda başqadır. Burada evlərin daşını-dəmirini, pəncərəsini-qapısını söküb aparıblar. Ağacları belə qırıb aparıblar. Bilirsiniz, bunlar özləri bilirlərmiş ki, burada əbədi qala bilməyəcəklər. O səbəbdən, nə vaxta kimi imkanları varsa, çapıb talayıblar, aparıblar”.
Maşallah Rəzmi İranda baş verən son hadisələrə də toxunub:
“İranda baş vermiş keçmiş inqilabda özüm də böyük rol oynamışam. O vaxt Təbrizdəki inqilab başçılarından biri mən olmuşam. İndiki vəziyyəti o vaxtkı vəziyyətlə müqayisə etdikdə, hesab edirəm ki, İrandakı İslam hökumətinin son günləridir. Millətin küçəyə tökülməsi, qorxmadan güllə qarşısına çıxması mənə o vaxtkı hadisələri xatırladır. Yəni millətin bu formada etirazı, küçələrə çıxması artıq bir hökumətin sonu deməkdir. Bu hakimiyyət 43 ildir, sanki oranı işğal altında saxlayıb. Bizlər də məcbur olub ölkədən çıxıb mühacir olmuşuq. Ümid edirəm ki, İranda 43 ildir, hakimiyyətdə olan bu qara hökumət sona çatacaq, oradakı insanlarımız azad-firavan yaşayacaqlar”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər