Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Vəkil Ali Məhkəməni sərt tənqid etdi

Baxılıb: 489     Tarix: 26-12-2022 12:32   

Vəkil Əkrəm Həsnov Ali Məhkəmənin “İpoteka haqqında” Qanununa dair yeni çıxardığı qərardaddan narazıdır.
Qanunvehedef.az xəbər verir ki, o, bununla bağlı öz feysbuk hesabında paylaşım edib. Vəkil Ali Məhkəmənin qərardadını biabırçı adlandırıb. O bildirib ki, ipoteka predmeti (yəni hər hansı borca görə girov qoyulmuş daşınmaz əmlak, avtomobil) hərracda iki dəfə satılmadıqda, tələbkar (yəni ipoteka saxlayan, adətən banklar) onu 30 gün ərzində özü almalıdır, əks halda, ipotekaya xitam verilir:
“Ali Məhkəmənin Qərardadının xeyli hissəsi ona həsr edilib ki, guya 30 günlük müddətin hansı andan hesablanması problemi var. “İpoteka haqqında” Qanunun 43.1-ci və 43.8-ci maddələrində bu sualın cavabı birmənalı şəkildə təsbit edilib: hərracın təşkilatçısı tərəfindən hərracın baş tutmadığı barədə elanın kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumatın dərc etdirilməsi anından.
Qərardadın 12-ci bəndində deyilir ki, bir sıra hallarda bütün prosedurların 30 gün ərzində başa çatması mövqeyindən çıxış edilir, digər hallarda isə ipoteka saxlayanın əmlakı öz mülkiyyətinə götürmək barədə təklifi müsbət cavablandırması kifayət hesab edilir. Ali Məhkəmə yekunda belə nəticəyə gəlir ki, ipoteka predmeti protokolun imzalanması ilə əldə edilir.
Əsas məsələ ipoteka predmetinə görə ödənişin edilməsidir. Məsələn, tutaq ki, ipoteka predmetinin qiyməti 3 mln. manatdır. Borc isə 1 mln. manatdır. Deməli, tələbkar ipoteka predmetini əldə edərkən mülkiyyətçiyə (ipoteka qoyana) 2 mln. manat ödəməlidir. Normal halda alqı-satqı müqaviləsi bağlansaydı, notariusun depozit hesabına vəsait oturmadan alıcı əmlakı əldə edə bilmir. Ali Məhkəmənin məntiqinə görə isə ödəniş həyata keçirilmədən belə tələbkar bahalı əmlakı əldə etmiş hesab ediləcək?
Ödəniş məsələsinin açıq qalması və növbəti şərhlərə və fərqli yanaşmalara yol açması ilk növbədə mülkiyyətçinin (ipoteka qoyanın) maraqlarına tam ziddir. Belə çıxır ki, hərrac təşkilatçısı və tələbkar sövdələşərək hər an (lap bir neçə ildən sonra da!) guya 30 gün ərzində imzalanmış protokolu ortaya qoyub mülkiyyətçini əlverişsiz duruma sala bilərlər. Sonuncu nə etməlidir? Puluna görə məhkəməyə üz tutmalıdır? Axı aydındır ki, Qanun 30 günlük müddəti nəzərdə tutarkən əlbəttə ki, ödənişin də həmin müddət ərzində edilməsini ehtiva edir. Bir sözlə, Ali Məhkəmə özbaşınalığa yol açdı”.
Vəkil qeyd edib ki, qərardadda icra məmurunun bu proseslərdəki roluna da aydınlıq gətirilmədiyini vurğulayıb:
““İcra haqqında” Qanuna əsasən, tələbkarın əldə etdiyi əmlaka görə ödənişin edilməsinə icra məmuru nəzarət etməlidir. Lakin bəzən Daşınmaz Əmlakın Dövlət Reyestri icra məmurunun imzası olmadan Reyestr Xidməti tələbkarın əmlaka hüququnu təsdiq edir. Ali Məhkəmə isə bu vacib məsələyə aydınlıq gətirmədi. Ali Məhkəmənin 17 hakimi bu Qərardada imza edib. Hüquq, qanunun aliliyi, sivil cəmiyyət və s. bunlarlıq deyil!”.
Ali Məhkəmənin sözügedən qərardadı ilə aşağıdakı linkdən ətraflı tanış ola bilərsiz:
“İpoteka haqqında” Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Qərardadıшаблоны для dle 11.2