Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mərdəkan və Şüvəlan qəsəbələrində genişmiqyaslı abadlıq və bərpa işləri sürətlə davam etdirilir

Baxılıb: 1015     Tarix: 11-06-2026 11:25   

Son dövrlərdə Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrində aparılan abadlıq, təmir və bərpa işləri həm tarixi irsin qorunması, həm də müasir şəhər mühitinin formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Qəsəbələrin simasını müasirləşdirmək və sakinlərin rahatlığını təmin etmək məqsədilə hazırda müxtəlif istiqamətlər üzrə genişmiqyaslı layihələr uğurla icra olunur.

Kompleks tədbirlər çərçivəsində ərazilərdəki tarixi abidələr bərpa edilir, parklar yenilənir, yaşayış məhəllələri abadlaşdırılır və ictimai infrastruktur əsaslı şəkildə yaxşılaşdırılır.

Görülən işlərin mühüm bir hissəsi kimi, qəsəbələrin ümumi estetik görünüşünün yenilənməsi məqsədilə mərkəzi küçələrdə və yol kənarlarında yerləşən köhnəlmiş, qəzalı vəziyyətdə olan divarlar, eləcə də binaların fasadları əsaslı şəkildə təmir və bərpa olunur.

Layihə çərçivəsində qəsəbələrin bir sıra küçələrində fərdi yaşayış evlərinin fasadları suvanaraq rənglənir, darvaza və hasarların boya örtükləri yenilənir. 

Həmçinin aqlay üzlüklü divarların təmizlənməsi xüsusi yüksək təzyiqli avadanlıqlar vasitəsilə həyata keçirilir, səthlər ekoloji cəhətdən təhlükəsiz yuyucu vasitələrlə işlənərək ilkin estetik görünüşü bərpa olunur.

 Rekonstruksiya layihəsi çərçivəsində, həmçinin zədələnmiş piyada səkiləri yenidən qurulur, küçə və məhəllə girişləri abadlaşdırılaraq müasir üsluba salınır.

Müasir şəhər estetikasına uyğun gəlməyən bir çox obyektlər isə tamamilə yenidən qurularaq ərazinin ümumi arxitekturasına uyğunlaşdırılır.

Abadlıq tədbirləri tarixi və mənəvi əhəmiyyət daşıyan məkanları da əhatə edir.

Belə ki, Şüvəlan qəsəbəsinin tarixi kənd qəbiristanlığında təmizlik və səliqə-sahman işləri aparılır, ərazidə mövcud hasarların zədələnmiş hissələri bərpa olunur və ətraf mühitin abadlaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Həmçinin, sosial infrastrukturun yenilənməsi istiqamətində Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi 58, 60 və 62 saylı yaşayış binalarının dam örtükləri də tamamilə yenilənmişdir.

Hazırda Mərdəkan və Şüvəlan qəsəbələrinin ərazisində sakinlərin rifahına yönəlmiş bu cür abadlıq və quruculuq işləri sürətlə və ardıcıl şəkildə davam etdirilməkdədir.


Qəni Hüseynov






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar