Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sürücülərə şad xəbər: Cərimə balı limiti ikiqat artırıla bilər

Baxılıb: 926     Tarix: 05-06-2026 12:23   

Milli Məclisdə sürücülük hüququndan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılması təklifi müzakirə olunub.

Qanunvehedef.az xəbər verir ki, parlamentin bugünkü iclasında səsləndirilən təklifə əsasən, peşəkar sürücülər və taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün mövcud 20 ballıq limitin artırılması məqsədəuyğun hesab edilir.

Bildirilib ki, şəhərdaxili və bölgələrarası marşrutlarda çalışan sürücülər yollarda adi sürücülərlə müqayisədə 5-8 dəfə daha çox vaxt keçirirlər. Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sürücülük əsas gəlir mənbəyidir və onların böyük hissəsi ailəsinin yeganə qazanc sahibidir.

Müzakirələr zamanı qeyd olunub ki, uzun saatlar ərzində sükan arxasında olan sürücülər kiçik qayda pozuntularına görə daha sürətlə 20 ballıq həddə çatırlar. Nəticədə sürücülük hüququnun itirilməsi onların gəlir mənbəyindən məhrum olmasına, ailə büdcəsinə mənfi təsir göstərməsinə, bəzi hallarda isə işsizliyə və maliyyə problemlərinə səbəb olur.

Diqqətə çatdırılıb ki, mövcud 20 ballıq limit peşəsi sürücülük olan şəxslər üçün qeyri-bərabər şərait yaradır. Adi sürücülər alternativ nəqliyyat vasitələrindən istifadə edə bildiyi halda, peşəkar sürücülər sürücülük hüququnu itirdikdə gəlirlərini də itirmiş olurlar.

Təkliflər sırasında sürücülük hüququndan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılması, bal sisteminin yalnız kobud qayda pozuntularına tətbiq edilməsi və ilk dəfə törədilən yüngül pozuntular zamanı yalnız cərimə ilə kifayətlənilməsi kimi məsələlər yer alıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar