Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Qarabağda minalarla çirklənmə köçkünlərin təhlükəsiz qayıdışına mane olur”

Baxılıb: 611     Tarix: 17-03-2023 10:55   

“Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır və köçkünlərin təhlükəsiz qayıdışına mane olur”.
Qanunvehedef.az xəbər verir ki, bunu 16 mart tarixində Azərbaycanın Ağdam rayonunda iki dinc sakinin ölümünə səbəb olan mina partlayışı ilə əlaqədar Trend-in sorğusuna ABŞ səfirliyindən cavab olaraq bildiriblər.
“ABŞ səfirliyi Ağdamda mina partlayışı nəticəsində həlak olanların ailəsinə başsağlığı verir. Münaqişə rayonunda minalar və partlamamış hərbi sursatlar dinc sakinləri öldürməyə və şikəst qoymağa davam edir”, - diplomatik nümayəndəlikdən bildirilib.
Səfirlik ABŞ-nin humanitar minatəmizləmə işlərini dəstəklədiyini qeyd edib.
"Regionda sülhə və əməkdaşlığa kömək etmək məqsədilə ABŞ 2021-ci ilin noyabrından münaqişə rayonlarında humanitar minatəmizləmə işlərinə 2,5 milyon dollar vəsait ayırıb",- ABŞ səfirliyindən deyiblər.
Xatırladaq ki, Ağdam rayonunun Yusifcanlı kəndinin iki dinc sakini mina partlayışı nəticəsində həlak olub. 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar