Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bayramov:“İranla ikitərəfli siyasi dialoq çox fəal davam edir”

Baxılıb: 8311     Tarix: 08-12-2025 13:42   





“Azərbaycan və İran arasında münasibətlərin dərin tarixi, mədəni, dini kökləri mövcuddur”.

Qanunvehedef.az  xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan iranlı həmkarı Seyid Abbas Araqçı ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün iki ölkə arasında siyasi, iqtisadi, investisiya, humanitar sahədə əməkdaşlıq, eləcə də qlobal mövzular müzakirə edilib.

“İki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə 650 milyon dollar, 2025-ci ildə isə 520 milyon dollar həcmində olub”, - nazir bildirib.

C.Bayramov həmçinin görüş zamanı Araz çayı üzərində birgə layihələrin xüsusi vurğulandığını diqqətə çatdırıb.

“Azərbaycanla İran arasında ikitərəfli siyasi dialoq çox fəal davam edir. Bu yaxınlarda iki ölkə arasında nazir müavinləri səviyyəsində konsulluq məsləhətləşmələri keçirilib”, - XİN rəhbəri qeyd edib.


Qanunvehedef.az 





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar