Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Araqçı: İlham Əliyevi Tehranda qarşılamağa hazırıq

Baxılıb: 8631     Tarix: 08-12-2025 13:57   

“Düşünürəm ki, bu səfər olduqca uyğun və münasib zamanda həyata keçirilir”.

Qanunvehedef.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçı Bakıda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Bu gün cənab Prezident İlham Əliyevlə olduqca dəyərli söhbət apardıq. Ona bizə vaxt ayırdığı üçün təşəkkürümü bildirirəm. Azərbaycanla İran arasında danışıqlar hər zaman belə dostcasına olmuşdur. Burada, əlbəttə, bəzi fikir ayrılıqları, anlaşılmazlıq ola bilər. Bunlar isə məhz danışıqlar vasitəsilə aradan qaldırıla bilər”.

O, İran Prezidenti Məsud Peşezkianın Azərbaycana iki səfərinin həyata keçirildiyini xatırladıb: “Prezident İlham Əliyevi Tehranda qarşılamağa hazırıq. Cənab Ceyhun Bayramovu da ölkəmizdə gözləyirik. Tehrana gəlişinizdən çox sevinərik.

Azərbaycanla münasibətləri artırmaq istəyirik. Bu əlaqələr nə qədər çox olarsa, iki ölkə vətəndaşları arasında get-gəl nə qədər çox olarsa, ticari iqtisadi məsələlər də o qədər çox vüsət alacaq”.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar