Xəbər lenti
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

İlham Əliyev Qətər Əmirini təbrik etdi

Baxılıb: 1014     Tarix: 18-12-2025 11:58   

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.

Qanunvehedef.az xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ortaq dini-mədəni dəyərlərə, qardaşlığa, İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir.

Əminəm ki, qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar