Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bayramov: Ermənistana 20 milyon ayrılır, bizə isə...

Baxılıb: 8110     Tarix: 26-12-2025 19:21   

Avropa Sülh Fondu Ermənistana yardım ayırırsa, eyni məbləğdə yardımın Azərbaycana da ayrılması vacibdir.

Qanunvehedef.az  xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, Avropa Sülh Fondu ilə bağlı məsələ müəyyən müddət əvvəl qaldırılıb:

"Çünki onlar Ermənistana maliyyə ayırırdılar. Bu çərçivədə Azərbaycana da yardım ayrılması məsələsini qaldıran ölkələr arasında Macarıstan ən fəal mövqe tutan dövlət idi. Nəticədə digər qurumlardan Azərbaycana minatəmizləmə fəaliyyəti üçün 10 milyon avro məbləğində yardımın ayrılması barədə qərar qəbul olunmuşdu".

XİN başçısı sözügedən Fondun Ermənistana 20 milyon avro məbləğində yardım ayırma təşəbbüsü barədə də məlumatlı olduqlarını vurğulayıb:

"Eyni məbləğin Azərbaycana da ayrılması barədə məsələ qaldırırıq. Belə maliyyə dəstəyi Ermənistana edilirsə, eyni məbləğdə yardımın Azərbaycana da göstərilməsi vacibdir".




Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar