Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür, daim məşq edir

Baxılıb: 10113     Tarix: 05-01-2026 10:45   

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hər gün yoqa ilə məşğul olduğunu bildirib.

Qanunvehedef.az xəbər verir ki, Tokayev bu barədə “Turkistan” qəzetinə müsahibəsində danışıb.

Ümumilikdə səhhəti barədə jurnalistin sualını cavablandıran Qazaxıstan lideri sağlamlığına dair şikayətinin olmadığını qeyd edib.

Bununla yanaşı, o, MDB ölkələri arasında kimin fiziki hazırlığına görə fərqləndiyindən danışıb.

Tokayev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir: “Sadır Japarov futbol oynayır, Şavkat Mirziyoyev də yaxşı formadadır, məşq edir. Paşinyan velosipedçidir. Lukaşenko isə hələ də hokkey oynayır. Emoməli Rahmon da səhhətindən şikayət etmir”.

Onun sözlərinə görə, bütün həmkarları yaxşı formadadır.



Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar