Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Prezident xanımı ilə Efiopiyanın Baş nazirini qarşıladı

Baxılıb: 9115     Tarix: 27-02-2026 11:10   

Bu gün Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi olub.

Qanunvehedef.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verib.

Efiopiyanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin qarşısından keçib.

Sonda rəsmi foto çəkdirilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar