Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İlham Əliyevdən İranla bağlı mühüm tapşırıq

Baxılıb: 8211     Tarix: 06-03-2026 15:06   

Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verilib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, İrandan diplomatik heyətin tam çıxarılmasına qərar verilib:

“Bu, həm Tehrandakı səfirlik, həm də Təbrizdəki Baş konsulluğa aiddir. Hazırda bu istiqamətdə iş aparılır, müvafiq tapşırıqlar verilib. Həm Tehrandakı səfirlik, həm də Təbrizdəki Baş konsulluğun heyətinin təxliyəsi üçün tapşırıqlar verilib. Hazırda bu tapşırıqlar icra səviyyəsindədir. Hadisələrin inkişafının bu fonunda biz insanlarımızın həyatını risk altına ata bilmərik. Bundan sonra proseslər diqqətlə izləniləcək. Dron hücumları ilə bağlı İran tərəfdən aparılan araşdırmanın nəticəsini gözləyəcəyik və onun nəticəsindən asılı olaraq, növbəti addımlar atılacaq, qərarlar veriləcək”.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar